WEE

wee1

n sidik (həm də ~ -wee); Do a wee-wee Pi-pi elə, işə (balaca uşaqlara deyilir)

wee2

v işəmək, siymək

WEDNESDAY
WEED
OBASTAN VİKİ
In the Wee Small Hours
In the Wee Small Hours (Qısa zamanlarda) — Frenk Sinatranın sayca doqquzuncu studiya albomudur. Albom 9 aprel 1955-ci il tarixində Capitol Records'da çıxarılmış; Voyl Gilmor tərəfindən istehsal olunmuş və Nelson Ridl tərəfindən aranjeman edilmişdir. Albomda yalnızlıq, özünüdərk, itirilmiş sevgi, gerçəkləşməyən münasibətlər, depressiya, gecə həyatı kimi mövzular işlənmiş, nəticədə In the Wee Small Hours ilk konsepsiya albomlarından biri kimi yadda qalmışdır. Albomun üz qabığında bu mövzular əks olunmaqla, Sinatranın xəyali və tərk edilmiş küçənin maviyə çalan işıqlarının altındakı təsviri verilmişdir. Buraxdığı ilk albom olan The Voice üçün 1946-cı ildən bəri üzərində düşündüyü "konsepsiya" ideyasını Songs for Swingin' Lovers və Only the Lonely kimi növbəti albomlarında da uğurla davam etdirmişdir. In the Wee Small Hours iki 10 düymlük LP diskləri şəklində buraxılmış və həmçinin 12 düymlük LP kimi də istehsal olunaraq, bir ilkə imza atmışdır. Həmçinin albom dörd EP olmaqla dörd parçadan ibarət olan 45-rpm diskləri şəklində 45-rpm-lik sinql kimi kağız üz qabığı ilə deyil, LP-dəki ilə eyni üz qabığı ilə karton üzlüklərlə buraxılmışdır. Albomun satışı uğurlu alınmış, Bilboard 200-də 2-ci yerə yüksəlmiş və 18 həftə həmin pillədə qalmağı bacarmışdır. Bu, eyni zamanda, Sinatranın 1947-ci ildə çıxardığı Songs by Sinatra-dan sonrakı ən yüksək nəticə əldə edən albomu idi. 2002-ci ilə qədər albom RIAA tərəfindən Qızıl sertifikatına layiq görülərək, yarım milyondan çox satılmışdır .
Polypterus weeksii
Polypterus weeksii (lat. Polypterus weeksii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinə aid heyvan növü.
The Weeknd
The Weeknd (Əsl adı: Eybel Makkonen Tesfaye; 16 fevral 1990, Toronto, Ontario, Kanada) Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir, o, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir. O, dörd "Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır, bundan əlavə o, "Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub. Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildə YouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis etdi, çox keçməmiş House of Balloons, Thursday və Echoes of Silence adlı müasir pop və alternativ R&B janrı ilə diqqət çəkən miksteyplər yayımladı. 2012-ci ildə Republic Records ilə müqavilə bağladıqdan sonra o Trilogy adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu Kiss Land 2013-cü ildə işıq üzü gördü və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşdı. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatına layiq görüldü və "Oskar" mükafatına namizəd oldu.Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidi bəyənmə ilə qarşılandı. Albom ABŞ-da bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı, hit-paradlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri "Qremmi" mükafatına layiq görüldü. Onun trap janrlı üçüncü albomu "Starboy" əvvəlki buraxılışları kimi dinləyicilərin rəğbətini qazandı, "Die For You" və albomun adını daşıyan mahnısı ona "Qremmi" qazandırdı.
Weebly
Weebly - 29 mart 2009-cu ildə qurulmuş web-hostinq xidmətidir. Şirkətin mərkəzi ofisi ABŞ-nin San-Fransisko əyalətində yerləşir. İcarçı direktoru Devid Rusenkodur. Sayt vasitəsi ilə domen almaq, hostinqdən yararlanmaq, şəxsi elektron poçtlardan istifadə və sayt (bloq) hazırlamaq mümkündür. Weebly eyni xidmətləri göstərən beynəlxalq şirkətlar arasında ilk pillələrdə qərarlaşır. == Rəqabət == Şirkət əsasən wix.com və Wordpress ilə rəqabətdədir. Lakin bu sıralamaya Squarespace.com, Jimdo, SnapPages və Yolanı da əlavə etmək olar. Adı çəkilən bütün saytlar demək olarki eyni xidmətləri göstərir. Lakin saytın istifadəçiləri müxtəlif böyük və ya kiçik üstünlüklərə görə əsasən wik.com və weeblyə üstünlük verir. == Yeni dövr == Weebly ös istifadəçilərinə çox gözəl bir şans vermişdi.
While My Guitar Gently Weeps
While My Guitar Gently Weeps (azərb. Gitaram Sakitcə Ağlayarkən‎ ) — The Beatles qrupunun 1968-ci ilin noyabrında buraxılmış "The White Album" albomundan Corc Harrisonun bəstələdiyi mahnısıdır. "Beatles"ı mahnıda solo gitaraçı kimi Erik Klapton müşayiət edib.
Vampire Weekend
Vampire Weekend — 2006-cı ildə Nyu-Yorkda qurulmuş amerikan rok qrupu. Qrup üzvləri ifaçı-gitaraçı Ezra Keninq, multi-instrumentalist Rüstəm Batmanqlic, təbilçi Kris Tomson və basçı Kris Bayodur. Rüstəm 2016-cı ilin əvəllərində qrupdan ayrıldı.