Bu məqalə qaralama halındadır. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Çağatay Xan (monq. Цагадай, Tsagaday, Farsca: چغتاى خان Chaghatāī khān; 22 dekabr 1183, Monqolustan – 1242[1][2], Almalıq[d]) — Moğol şahzadəsi və Çingiz Xan ın ikinci oğlu.
Çağatay xan | |
---|---|
Цагадай | |
1226 – 1241 | |
Əvvəlki | Çingiz xan |
Sonrakı | Qara Hülakü |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1183 |
Doğum yeri | |
Vəfat tarixi | 1242[1][2] |
Vəfat yeri | |
Fəaliyyəti | Xan |
Atası | Çingiz xan |
Anası | Börte |
Həyat yoldaşı | Ebuskun |
Uşaqları | Baydar, Mütügen, Yesü Möngke |
Ailəsi | Çingizlilər |
Dini | Tenqriçilik |
Vikianbarda əlaqəli mediafayllar |
Qardaşlarıyla birlikdə atasının Çin (1211–1215) və Xarəzm (1219–1224) səfərlərinə qatıldı. Xarəzmşahlar dövləti paytaxtı Ürgəncin ələ keçirilməsində əhəmiyyətli rol oynadı (1221). Monqollara məğlub olaraq Hindistana qaçan Cəlaləddin Xarəzmşahı təqib etməyə göndərildi.
Çingizin Tangut səfəri əsnasında (1225–1227) Monqolustanda saxlanılan hərbi qüvvələrin komandirliyinə gətirildi. Atası ölən zaman (1227), onun vəliəhd seçdiyi qardaşı Ögedayı böyük xan elan etdi. Çingiz Qanunu mövzusundakı mütəxəssisliyi səbəbindən dövlət rəhbərliyində böyük möhtərəmlik qazandı.
Çingiz tərəfindən Quru Hıtayın torpaqları verildisə Mavəraünnəhirdən Şərqi Türkistana qədər uzanan bölgədə olan şəhərlər İmperatorluğun mərkəz rəhbərliyinə bağlı qalmış və Ögeday tərəfindən təyin edilən qubernatorlar tərəfindən idarə olunmuşdu. Qardaşı Ögedayın ölümündən (1241) qısa müddət sonra öldü. Ölümündən sonra qurulan dövlətə Çağatay xanlığı adı verilmişdi.