Çavuş Mehmed Paşa (ö. 1650) — Sultan İbrahim və IV Mehmed səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.
Çavuş Mehmed Paşa | |
---|---|
Əvvəlki | Nişançı Mustafa Paşa |
Sonrakı | Tarhuncu Əhməd Paşa |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | İstanbul, Osmanlı imperiyası |
Doğum tarixi haqqında məlumat yoxdur. Əndərunda təlim-tərbiyə edildikdən sonra yüksələrək saray çavuşu, 1647-ci ildə yeniçəri ağası oldu. 1648-ci ilin yanvarında Misir bəylərbəyi təyin edildi və 5 fevral 1649-cu ildə vəzifədən alınaraq paytaxta çağırıldı. Bir müddət həbs tutulduqdan sonra bağışlandı. Çox keçmədən 1650-ci ildə vəfat etdi və Əyyubsultan məzarlığında dəfn olundu.