Çində kənd təsərrüfatı — Çin Xalq Respublikasının məşğulluq, ixracat və milli gəlirə etdiyi faydaları ilə əhəmiyyətli bir sektordur.
1949-cu ildə Çinin ictimai istehsal və milli gəlir strukturunda kənd təsərrüfatının payına təxminən 70% düşürdü[1].
İnqilabdan sonrakı inkişaf illərində kənd təsərrüfatının əhəmiyyəti nisbətən azalsa da, iqtisadiyyatın başlıca sahəsi kimi qalmaqdadır. O, 70%-lik göstərici ilə yüngül sənaye üçün xammalın əsas tədarükçüsüdür[1].
Kənd təsərrüfatı məhsulu istehsalının ölçülərinə görə Çin dünyada nəhənglərdən hesab edilir[1].
Kənd yerlərində məşğul əhalinin sayı 313 milyon nəfər, ailə üzvləri ilə birlikdə isə 850 milyon nəfər təşkil edir ki, bu da birlikdə götürülmüş Rusiya, Yaponiya, İngiltərə, Fransa, Almaniya, İtaliya, Meksikadan 6 dəfə artıqdır[1].
Əkin yerlərinin daimi çatışmazlığı kənd təsərrüfatının başlıca xüsusiyyətlərinə çevrilir. 320 milyon hektar şumlanmış sahədən 224 milyon istifadə oluna bilir. Eyni zamanda şumluq torpağın sahəsi təxminən 110 milyon hektar təşkil edir ki, bu da dünya şumluq torpağının 7 % i deməkdir[1].
Çin təsnifatına görə torpağın yalnız 21%-i yüksək məhsuldardır. Bu Çinin Şimal-şərq düzənlikləri, Yantszı çayının orta və aşağı hövzəsi, Çjutszyan çayınnı deltası və Sıçuan çökəkliyidir. Onlar bitkiçilik üçün münbit şəraitləri ilə fərqlənirlər ki, bu da ildə iki dəfə, Çinin uzaq cənubunda isə üç dəfə məhsul götürməyə imkan verir. Ölkənin kənd təsərrüfatına ənənəvi olaraq bitkiçilik, hər şeydən öncə taxılçılıq istiqaməti xasdır, taxıl ölkənin qida rasionunun 3%-ni təşkil edir, əsas qida bitkiləri isə düyü, buğda, qarğıdalı, qaolyan, darı, kök yumrusu və soyadır[1].
Şumluq sahənin təxminən 20 %-də düyü əkilir ki, onun payına ölkədə taxıl yığımının təqribən yarısı düşür[2]. Əsas düyüçülük rayonları Xuanxe çayından aşağıda yerləşir. Çoxəsrlik düyü əkini tarixində Çində 10 min növdən çox düyü becərilmişdir[2].
Buğda — əhəmiyyətinə görə ölkədə ikinci taxıl bitkisidir və ölkədə VI–VII əsrlərdən yayılmağa başlamışdır. Hal-hazırda heç bir başqa ölkədə Çindəki qədər belə yüksək buğda məhsulu yığılmır, bundan əlavə böyük miqdarda şirin kartof (batat) becərilir[2].
Çindəki şəraitlə texniki bitkilərin becərilməsi mühüm əhəmiyyət kəsb edir. Müəyyənləşmiş qiymətlər strukturu nəticəsində onların istehsalı buğda, pambıq, meyvə və tərəvəzdən daha gəlirlidir, baxmayaraq ki, məsələn pambıq becərilməsinə görə Çin dünyada üçüncü yeri tutur. Bundan başqa, yağ verən bitkilərin becərilməsi geniş yayılmışdır, bu da qida yağlarının əsas mənbəyidir. Onlardan əsasları Şandun əyalətində becərilən yerfındığı, raps və küncütdür[2].
Çin bizim eranın IV əsrindən dərman kimi istifadə olunmağa başlayan, VI əsrdən isə hamı tərəfindən qəbul edilən içkiyə çevrilən çay istehsalına görə də geridə qalmır. İndiyə qədər yaşıl və qırmızı çay növlərinin (Çində "qara çay" anlayışı yoxdur) əksəriyyəti demək olar ki, yalnız ixraca gedir. Çay Çjetszyan, Xunan, Anxoy əyalətlərində becərilir[2].
Əhalinin yüksək sıxlığı və torpaq fondundan intensiv istifadə hər şeydən əvvəl çox az rola malik maldarlığın inkişafında özünü göstərir[2].
Çində tarixən iki tip maldarlıq formalaşmışdır. Bunun biri əkinçiliklə sıx bağlıdır və yardımçı xarakter daşıyır; əkinçilik yayılmış düzənlik rayonlarda əsasən donuz, ağır yük heyvanları və quş saxlanılır. Qərbi rayonlara isə ekstensiv, köçəri və yarımköçəri maldarlıq xasdır. Xüsusən əhalinin adambaşına hesabı ilə maldarlıq məhsullarının istehsalı və istehlakı aşağıdır[2].
Hələ eramızdan əvvəl Çində məlum olan donuzçuluq nisbətən inkişaf etmişdir; istehsal olunan ətin 90%-i onun payına düşür[2].
Çində maldarlığın xarakterik xüsusiyyəti işlək heyvanların yüksək payı və südverən maldarlığın zəif inkişafıdır[2].