Ölümsüzlər (ing. Immortals) — 2011-ci ildə rejissor Tarsem Sayn tərəfindən çəkilmiş, əsas rolları Henri Kavill, Freida Pinto və Miki Roukeni[2] oynadığı ABŞ istehsalı olan fantaziya filmidir. Filmdə həmçinin Lük Evans, Stiv Bayers, Kellan Latz, Cozef Morqan, Stefen Dorff, Daniel Şarman, Alan van Spranq, Izabel Lukas, Kori Sevier və Con Hört kimi aktyorlar da çəkilmişdirlər. Film əvvəlcə Döyüşün Şəfəqi və Döyüş Tanrıları adlandırılmışdı, lakin filmin yunan mifologiyasındakı Tesey haqqında olması adının Ölümsüzlər olaraq dəyişməsinə səbəb oldu.[3]
Ölümsüzlər | |
---|---|
ing. Immortals | |
| |
Janr | Fantaziya |
Əsas mövzu | qədim yunan mifologiyası |
Rejissor | Tarsem Sayn |
Prodüserlər |
Qianni Nunnari Mark Kanton Rian Kavanauq |
Ssenari müəllifləri |
Vlas Parlapanides Çarli Parlapanides |
Baş rollarda |
Henri Kavill Freida Pinto Miki Roukeni Lük Evans Stiv Bayers Kellan Latz Cozef Morqan Stefen Dorff Daniel Şarman Alan van Spranq |
Bəstəkar | Trevor Morris |
İstehsalçı | Relativity Media |
Distribütor | Relativity Media[d], Netflix |
İlk baxış tarixi | 11 noyabr 2011 |
Filmin növü | Bədii film |
Müddət | 110 dəqiqə |
Büdcə | 75 milyon dollar[1] |
Gəlir | 226.9 milyon dollar[1] |
Ölkə | ABŞ |
Dil | İngiliscə |
İl | 2011 |
Rəng | rəngli |
Çəkiliş yeri | Monreal |
IMDb | ID1253864 |
Vikianbarda əlaqəli mediafayllar |
Əsas fotoqrafiya 5 aprel 2010-cu ildə Montrealda başladı və film 2011-ci ilin 11 noyabr tarixində 2D və 3D formatlarında Universal Pictures və Relativity Media tərəfindən yayımlandı. Yayımlandığı ərəfədə kinotənqidçilər tərəfindən çox qarışıq rəy almasına baxmayaraq, film yüksək büdcəli gəlir ilə uğur qazana bildi.
İnsanların və məxluqlar dünyada olmamışdan əvvəl ölümsüzlər cənnətdə bir-birilərinə qarşı müharibədə idilər. Qaliblər özlərini tanrı elan edərək məğlub olanları Titanlar adlandıraraq Tartara həbs etdilər. Möhtəşəm qüvvəyə sahib olan Epirus Bow adlı silah isə yerdə itirildi.
E.Ə. 1228-ci ildə ölümlü kral Hiperion bu silahın axtarışına başladı. Buna səbəb isə silahdan istifadə edərək Titanları azad etmək və tanrılardan ailəsini xəstəlikdən xilas etməyə kömək etmədikləri üçün qisas idi. hiperion bakirə Fedranı oğurlayaraq onun öncə görmələrinin köməyi ilə həmin silahın yerini öyrənməyə çalışır.
Hiporion balaca kənd yaxınlığında sakinləri toplayaraq öz ordusunu Tartar dağlarına yönləndirməyə başlayır. Sakinlərdən biri Tesey bir yaşlı kişi tərəfindən yaxşı təlim keçmiş bir döyüşçüdür. Lakin o zorakılığa məruz qalmış anadan doğulub və onlar Lisander kimi Afinalı əsgərlərin arxasında gizlənməli olduqları üçün "lazımsız" olaraq qiymətləndirildilər. Afinalı zabit Lisanderi buna görə pisləyir və ordudan geri çəkir. Lisander Hiperionun yanına gedərək öz xidmətini və kəndi təklif edir o isə razılaşır. Hiperios kəndə hücum edərək kəndliləri eləcədə Teseyin anasını öldürərək Teseyi qaçırdır.
Yaşlı kişi tanrı olan həmkarları Atena, Poseydon, Ares, Apollo və Herakl ilə görüşəndə onun əslində tanrı Zevs olduğu məlum olur. Zevs onları insanlar ilə tanrı kimi rəftar etməməyi tapşırır.
Tesey qaldığı qəfəsdə digər məhkumlar olan oğru Stavros və Fedra ilə tanış olur. Fedra öncə görmələrinin köməyi ilə onlar və digərləri ilə birlikdə azad ola bilirlər. Poseydon və Zevsin əmrinə qarşı gələrək Olimpiyadan yerə enərək okeana girir və sunnaminin olmasına səbəb olur. Bu isə Hiperionun dəniz ordusunun məhv olması ilə nəticələnir. Bu vaxt Fedranın başqa öncə görməsi baş verir. O, Teseyə evə qayıdaraq anasını dəfn etməli olduğunu müəyyən edir.
Aetranın cəsədinin Labirintə olduğu bir vaxt, Tesey həmin silahın yerini tapır. Lakin bu vaxt Hiperionun əsgəri tərəfindən hücuma məruz qalır və onu məğlub edə bilir. Fedra əvvəllər Teseyə hörmət etsədə sonradan ona aşıq olurlar. Eşq yaşadığı üçün bakirəliyini itirən Fedra eyni zamanda öncə görmə qabiliyyətini də itirmiş oldu.
Hiperionun ordusunun Tartar dağına girməyə çalışdığı vaxt Tesey Bow silahı itirir. Belə olan vaxt Aries Teseyi xilas etmək üçün müdaxilə edir. Bu vaxt Zevs qəzəbli halda yerə enir və qaydaları pozduğuna görə Ariesi öldürür. Zevs Teseyə Ariesin cəsədinin bütün tanrılara dərs olması üçün ortalıqda qalmasını tapşırır. İtirilmiş silahı isə Hiperion ələ keçirir.
Tesey, Stvros və Fedra Tartar dağlarına çatırlar. Hiperion Silahdan istifadə edərək Kassabar və Heliosu öldürür və Tesey gəlməmişdən qabaq dağı məhv etməyə çalışır. Bu cəhd qapıların açılmasına və Titanların azad olmasına səbəb olur. Stravos silahı götürərək bir Titanı öldürsədə başqa birisi tərəfindən öldürülür. Teseyin Hiperios ilə dava etdiyi vaxt Zevs, Poseydon, Afina, Herakl və Apollo müharibə yerinə gəlir. Tesey Hiperionu öldürdüyü vaxt Zevs silahı məhv edərək bir daha kimi güclü olduğuni göstərir. Bu vaxtda isə Afina ölmüş olur. Dağın uçulmasına yaxı Zevs Afinanın cəsədini götürərək Olimpusa aparır. Dağın uçulması ilə bütün ordu məhv olur. Tesey göstərmiş olduğu şücaətə görə Olimpiyaya göndərilir.
İllər sonra Teseyin hekayəsi əfsanəyə çevrilir. Tanrıların hədiyyəsi kimi Fedra Teseydən Akamas adlı uşaq dünyaya gətirir. Bir gün Akamas bir yaşlı kişi ilə görüşür və kişi ona deyirki nə vaxtsa yenidən müharibə olacaq və o öncə görmələrindən qorxmamalıdır. Bu vaxt Akamas göyə baxaraq gələcəkdə minlərlə tanrı və Titanlar arasında atası Teseyin başçılığı ilə olacaq müharibəni görür.
Bu film klassik yunan mifologiyası əsasındadır və 3D texnologiyası ilə hazırlanıb. Rejissor Tarsem Sayn verdiyi açıqlamasında intibah dövrü əsasında döyüş filmi çəkməyi planlaşdırdığını bildirmişdi. Verdiyi müsahibəsində bildirib ki "Bu bir növ Karavacconun Döyüş Klubu ilə birləşməsi kimidir. İntibah dövrünün motivləri əsasında döyüş filmi çəkmək maraqlı olardı. Bunun necə alınacağını görmək istəyirəm; lakin düşündüyümdən də daha maraqlı alındı. Bu ərəfədə isə daha da dərinə getməyin yaxşı fikir olacağını düşünürəm. Bu bir növ Baz Lurmanın Meksikada Romeo + Culyet çəkməsi kimi bir şeydir."[11] Film 80 milyon dollara başa gəldi (vergi güzəştlərindən sonra 75 milyon dollar)[12][13] və marketinqdə təxminən 35 milyon dollar olaraq qiymətləndirildi.[14]
Filmin musiqiləri Trevor Morris tərəfindən bəstələnib və 8 noyabr 2011-ci ildə satışa çıxarılıb.
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Immortal and Divine" | 1:30 |
2. | "War in the Heavens" | 2:32 |
3. | "Hyperion's Siren" | 3:47 |
4. | "Witness Hell" | 1:56 |
5. | "To Mount Olympus" | 2:54 |
6. | "Enter the Oracles" | 2:30 |
7. | "Theseus and Phaedra" | 1:37 |
8. | "Poseidon's Leap" | 1:24 |
9. | "This Is Your Calling" | 1:31 |
10. | "Theseus Fights the Minotaur" | 2:13 |
11. | "Theseus Fires the Bow" | 2:16 |
12. | "My Own Heart" | 3:03 |
13. | "Zeus' Punishment" | 2:27 |
14. | "Ride to the Gates" | 1:00 |
15. | "In War Fathers Bury Their Sons" | 1:05 |
16. | "The Gods Chose Well" | 1:18 |
17. | "Fight So Your Name Survives" | 3:07 |
18. | "Battle in the Tunnels" | 2:44 |
19. | "Immortal Combat" | 3:34 |
20. | "Do Not Forsake Mankind" | 4:33 |
21. | "Apotheosis" | 1:44 |
22. | "Sky Fight/End Credits" | 2:22 |
Ümumiyyətlə Ölümsüzlər kinotənqidçilər tərəfindən çox qarışıq rəylər alıb. Film Rotten Tomatoes tərəfindən aparılan dəyərləndirmədə 114 tamaşaçı tərəfindən 10 baldan 5 bal alaraq 35% toplaya bilib. Saytın verdiyi açıqlamada deyilir: "Real set qrupu, CG işi, və Tasemin atəşvəşanlıq işləri, lakin eyni idea Ölümsüzlər-in zəif hekayəsi üçün deyilə bilməz."[15] Metacritic-də 23 tənqidçinin səs verməsi ilə 100-dən 46 toplayaraq qarışıq rəy almış oldu.[16][17] Rocer Ebert 4 ulduzdan 2 ulduz verərək filmin yaxşı kimi görünən dəhşətli film olduğunu vurğulayıb.[18] The Guardian isə 5 ulduzdan 3 ulduz verərək Teseyin döyüş səhnələrinin heç bir məntiqə uyğun olmadığını qeyd etdi.[19][20]
Bununla bərabər film MTV.com tərəfindən ilin ən yaxşı filmlərindən biri seçildi.[21] Həmçinin film Gay Locun HitFlix-də 2011-ci ilin ən yaxşı 20 filmlər arasında yer aldı.[22] Bunda başqa Toro Magazine-nin top 10-luğunda[23] eləcədə Glasgow To The Movies-də 2011-ci ilin ən yaxşı 10 filmi siyahılarına daxil ola bildi.[24] Mark Estmen filmi Are You Screening.com-da üçüncü yerə layiq gördü.[25] Filmin həmçinin "Ən Yaxşı Fantaziya Filmi" kimi nominasiyada Saturn Mükafatının bir neçə nomonasiyasına da namizədliyi irəli sürülüb.[26]
Şimali Amerikada 11 noyabr 2011-ci ildə nümayiş olunmağa başladı. Nümayişə başladığı gecədə 1.4 milyon dollar qazanaraq açılış günündə ümumilikdə 14.8 milyon dollar gəlir əldə etdi.[27][28] Həftənin sonunda 32.2 mln qazanaraq Relativity Media-nın ən bahalı həftəsi olan filmlərindən biri oldu. Filmin 3D formatda olması ən əhəmiyyətli məqamlardan biridir. Tamaşaçıların 60%-i kişi 75%-i isə yaşı 35-dən aşağı olan insanlar idi.
Şimali Amerikadan kənarda, film ilk həftəsində 35 ölkədən 38 milyon dollar qazandı. Ən çox gəlir qazandığı ölkələr isə Rusiya (8.2 mln dollar), Çin (5.7 mln dollar) və Cənubi Koreyadır (4.5 mln dollar).[29] Birləşmiş Ştatlar və Kanadada 83,504,017 dollar, başqa ölkələrdə 143,400,000 dollar, ümumilikdə isə 226,904,017 dollar gəlir əldə edib.[30]
İl | Mükafat | Kateqoriya | Namizəd | Nəticə | Ref. |
---|---|---|---|---|---|
2012 | Saturn Mükafatı | Ən yaxşı fantaziya filmi | Ölümsüzlər | Namizəd | [31] |
Ən yaxşı layihə dizaynı | Tom Foden | Namizəd | |||
Ən yaxşı makyaj | Annik Çartier, Adrien Morot və Nikoletta Skarlatos | Namizəd |
İl | Mükafat | Kateqoriya | Namizəd | Nəticə | Ref. |
---|---|---|---|---|---|
2011 | IGN Summer Film Mükafatı | Ən yaxşı fantaziya filmi | Ölümsüzlər | Namizəd | [32][33] |
Ən yaxşı 3-D film | Ölümsüzlər | Namizəd |
Ölümsüzlər 5 mart 2012-ci ildə DVD, Blue-ray disc və Blue-ray 3D olaraq Böyük Britaniyada satışa çıxarıldı, ABŞ və Kanadada həmin ilin 6 mart tarixində prokatlara buraxıldı.[34] Birinci həftəsində 20th Century Fox Home Entertainment tərəfindən 1.2 milyon tiraj ilə satılan film Home Entertainment tərəfindən birinci yerə layiq görüldü.[35] 11 mart tarixinə qədər həftənin sonunda ümumilikdə 21,310,902 DVD satıldı. ABŞ-da 100 mindən çox 3D Blue-ray satıldı.[36][37]