"Üçüncü variant" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.
Üçüncü variant | |
---|---|
rus. Третий вариант | |
Müəllif | Çingiz Abdullayev |
Janr | Detektiv |
Orijinalın dili | Rus dili |
Tərcüməçi | Təbəssüm Muxtarova |
Nəşriyyat | Nurlan nəşriyyatı |
Nəşr | 2007 |
Səhifə | 272 |
Növ | kitab |
Tiraj | 900 |
Çingiz Abdullayevin “Üçüncü variant” əsəri “Mənim gözəl alibim”dən oxuculara yaxşı tanış olan Solaxay ayamalı təkqol killerin “ölüm”ündən və “dirilməsi”ndən sonra özü kimi “vəfat etmiş” və güclülər tərəfindən bütün kürreyi-ərzdə axtarılan bir şəxsi taparkən başına gələn qəzavü-qədərlərdən bəhs edir. Həmçinin bu kitabda, birinci hissədə olduğu kimi, təqib də, nakam məhəbbət də, dərin insan faciəsini əks etdirən ağrılı fəlsəfə də əks olunur.