"Sutenyorun qəlbi" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.
Sutenyorun qəlbi | |
---|---|
rus. Душа сутенера | |
Müəllif | Çingiz Abdullayev |
Janr | Bədii ədəbiyyat |
Orijinalın dili | Rus dili |
Tərcüməçi | Təbəssüm Muxtarova |
Tərtibat | Emil Muxtarov |
Nəşriyyat | Zərdabi LTD |
Nəşr | 2012 |
Səhifə | 168 |
Növ | kitab |
Tiraj | 1000 |
Əsərin Moskvada yaşayan baş qəhrəmanı, özünün etiraf etdiyi kimi, doğulduğu Bakı şəhərində kişi üçün təhqir hesab olunan bir işlə - "insan ehtirasları vasitəsilə" - sutenyorluqla məşğul olmaqla külli miqdarda pul qazanır. Tabeliyində olan seçmə fahişələri, adətən yuxarı təbəqənin nümayəndələri sifariş edirlər. İkili həyat sürən saxtakarlarla ünsiyyətdə olan, onlarla iş birliyi quran, hər cür mənəvi normaları tapdalayan adamlarla üzləşməyə məcbur qalan Lütikov insan psixologiyasına çox gözəl bələddir. Müəyyən müddətdən sonra onun ətrafdakılara qarşı münasibəti artıq tamamilə fərqli məcraya düşmüşdür - qəhrəman harın riyakarlara dərin nifrət bəsləyir.
Növbəti sifarişi sutenyora bir neçə nəfərin qanı bahasına başa gəlir. Bu sonuncu sifariş onun qəlbinin dərinliklərində gizlənən və özünün də etiraf etmək istəmədiyi hissləri üzə çıxarır...
Çingiz Abdullayevin "Sutenyorun qəlbi" romanının Azərbaycan dilinə tərcümə olunmuş variantının təqdimat mərasimi 28 dekabr 2012-ci ildə Azərbaycan Yazıçılar Birliyində keçirilmişdir. Tədbirdə müəllif Çingiz Abdullayev və tərcüməçi Təbəssüm Muxtarova kitabın yazılma prosesi, süjet xətti və tərcümə ideyasının reallaşdırılması barədə məlumat vermişdilər. Kitab haqqında fikirlərini bildirənlər arasında tanınmış yazıçı Natiq Rəsulzadə də olub.[1]