"Quba kapriççiosu" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Təbəssüm Muxtarovadır.
Quba kapriççosu | |
---|---|
rus. Кубинское каприччио | |
Müəllif | Çingiz Abdullayev |
Janr | Detektiv |
Orijinalın dili | Rus dili |
Tərcüməçi | Munisə Dadaşqızı |
Rəssam | Emil Muxtarov |
Nəşriyyat | Nurlar nəşriyyatı |
Nəşr | 2008 |
Səhifə | 224 |
Növ | kitab |
Tiraj | 2000 |
ISBN | ISBN 978-9952-450-01-9 |
Dünya şöhrətli yazıçı Çingiz Abdullayevin bu əsəri ən məşhur almazlardan birinin müasir günlərimizdəki macəralarından bəhs edir. Bu sayaq məşhuri-cahan ləl-cavahiratın hər biri arxasınca uzun, qanlı bir iz qoyub gəlmiş və mənsub olduğu şəxslərə daim müşküllər yaratmışdır. Tanınmış ekspert-kriminalist Dronqo Quba yəhudisi, zərgər Semyon İzmaylova məxsus olub itmiş "Şah Abbas" almazının axtarışlarına çıxarkən qətl hadisələrini də açmaq məcburiyyətində qalır... Xəbərdarlığın sonu
Əsər əsasında "Xeyirlə şərin rəqsi" tammetrajlı bədii filmi çəkilmişdir.