Mənim gözəl alibim | |
---|---|
rus. Мое прекрасное алиби | |
Müəllif | Çingiz Abdullayev |
Janr | Detektiv |
Orijinalın dili | Rus dili |
Tərcüməçi | Təbəssüm Muxtarova |
Nəşriyyat | Nurlan nəşriyyatı |
Nəşr | 2006 |
Səhifə | 168 |
Növ | kitab |
Tiraj | 300 |
"Mənim gözəl alibim" — Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.
Bu kitab əvvəllər Əfqanıstan müharibəsində döyüşüb qolunu itirmiş, lakin taleyin gərdişindən sonradan killerə çevrilən zabitin faciəvi həyat yolundan bəhs edir. Qüdrətli dövlət dağılandan sonra əvvəl mötəbər vəzifə sahibi sayılan zabit lazımsız, artıq bir insana dönür…
Milyonlarla insanların faciəsi bir nəfərin timsalında qabarıq çalarla təsvir olunmuşdur.