Saturnun tövbəsi (roman)

"Saturnun tövbəsi" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. Tərcümənin redaktoru Munisə Dadaşqızıdır.

Saturnun tövbəsi
rus. Исповедь Сатурна
Müəllif Çingiz Abdullayev
Janr Detektiv
Orijinalın dili Rus dili
Tərcüməçi Təbəssüm Muxtarova
Nəşriyyat Nurlar nəşriyyatı
Nəşr 2010
Səhifə 216
Növ kitab
Tiraj 1000
ISBN ISBN 978-9952-450-62-2

Məzmun[redaktə | mənbəni redaktə et]

Qədim Roma mifologiyasına görə, əkin-səpin allahı Saturn anasının təhriki ilə övladlarına nifrət edən atası Urana əl qaldırır və hakimiyyəti əlinə alaraq onun yerinə keçir. Özü valideyninə qarşı göstərdiyi münasibətdən xoflanan Saturn, sonradan bu aqibətin təkrarlanacağından qorxaraq, övladları Vesta, Demetra, Yunona, Ork, Neptunu diri-diri gəmirərək udur...
Çingiz Abdullayevin "Mənim gözəl alibim" və "Üçüncü variant" kitablarının əsas qəhrəmanı Solaxay ləqəbli killerin mifologiyanın qəhrəmanı Saturna nə kimi bənzəri ola bilər? Amansız həyat hətta ata-oğul münasibətlərinə də öz düzəlişlərini verir. Müharibə, iztirablara yanmayan həyat yoldaşının qeyri-insani hərəkətləri, hətta dövlətin dağılması bu miqyasda kiçicik görünə bilən həyat faciəsinə - sevən atanın Saturna çevrilməsinə gətirib çıxarır.


Qeyd[redaktə | mənbəni redaktə et]

Üz qabığının birinci səhifəsində XIX əsr ispan rəssamı Fransisko Qoyyanın 1823-cü ildə çəkdiyi “qara şəkillər” siyahısına daxil olan “Öz uşaqlarını gəmirən Saturn” əsəri verilmişdir.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]