Üç mədəniyyət (osman. اوچ مدنیت, türk. Üç Medeniyet) — Əhməd bəy Ağaoğlunun ilk dəfə 1927-ci ildə nəşr olunmuş əsəri.
Üç mədəniyyət | |
---|---|
osman. اوچ مدنیت | |
Müəllif | Əhməd bəy Ağaoğlu |
Janr | esse |
Orijinalın dili | türk dili |
Orijinalın nəşr ili | 1927 |
Nəşriyyat | Türk Ocaqları |
Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Əhməd Ağaoğlunun «Üç mədəniyyət» əsərində dünya sivilizasiyasının beşiyi olan Şərqin tənəzzülünün səbəbləri araşdırılır.
Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
Əsər İstanbulda 1927-ci və 1972-ci illərdə nəşr edilib. Ruhəngiz Soltanova tərəfindən Azərbaycan dilinə tərcümə edilmiş, filologiya elmləri doktoru, professor Vaqif Sultanlının elmi redaktorluğu, ön söz və şərhlərin müəllifliyi ilə Bakıda 2017-ci ildə Bakı Kitab Klubunda 182 səhifədə, 50 tirajla çap edilib.[1]