Alatoran. Saqa. Tutulma (ing. The Twilight Saga: Eclipse) daha çox “Tutulma” kimi tanınan, 2010-cu ildə Stefani Mayerin “Tutulma” romanı əsasında romantik-fentezi janrında çəkilmiş ABŞ filmidir. Alatoran filmlər seriyasından üçüncü film olan “Tutulma” 2008-ci ildə çıxarılmış “Alatoran” və 2009-cu ildə çıxarılmış “Yeni Ay” filmlərinin davamıdır. “Summit Entertainment” filmin çəkiləcəyini 2009-cu ilin fevralında elan etmişdi.[4] Devid Sleydin rejissorluğu ilə çəkilmiş filmdə Kristen Stüart, Robert Pattinson və Teylor Lotner müvafiq olaraq Bella Svon, Edvard Kallen və Ceykob Blek obrazlarını canlandırmışlar.[5] “Alatoran” və “Yeni Ay” filmlərində olduğu kimi “Tutulma” filminin də ssenarisini Melissa Rozenberq yazmışdır.[6] Filmin çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamış[7] və oktyabrda tamamlanmışdır, çəkilişdən sonrakı istehsala isə növbəti ay start verilmişdir.[8] Brays Dallas Hovard əvvəlki filmlərdə Viktoriya obrazını canlandırmış Raşel Lefevreni əvəz etmişdir.
Alatoran. Saqa. Tutulma | |
---|---|
ing. The Twilight Saga: Eclipse | |
Janr |
Dram Fentezi Melodrama |
Rejissor | Devid Sleyd |
Prodüserlər |
Vik Qodfri Qreq Muradian Karen Rozenfelt |
Əsərin müəllifi | Stefani Mayerin «Tutulma» romanı əsasında |
Ssenari müəllifi | Melissa Rozenberq |
Baş rollarda |
Robert Pattinson Kristen Stüart Teylor Lotner |
Operator | Xaviyer Aqirresarobe |
Bəstəkar | Hovard Şor |
İstehsalçı | Summit Entertainment |
Distribütor | Fórum Hungary[d][3], Netflix, Disney+, Summit Entertainment |
İlk baxış tarixi |
24 iyun 2010 (Los-Anceles premyerası) 30 iyun 2010 (ABŞ) |
Müddət | 123 dəqiqə[1] |
Büdcə | $68 milyon[2] |
Gəlir | $698,491,347[2] |
Ölkələr | ABŞ |
Dil | İngiliscə |
İl | 2010 |
Əvvəlki film | Yeni Ay |
Sonrakı film | Sübh (I hissə) |
Rəng | rəngli |
Çəkiliş yeri | Vankuver, Kokuitlam[d] |
IMDb | ID1325004 |
30 iyun 2010-cu ildə dünya kinoteatrlarında təqdim edilən “Tutulma”, Alatoran filmlər seriyasından IMAX formatında təqdim edilən ilk filmdir.[4][9] Film tənqidçilər tərəfindən qarışıq rəylər almışdır. $30 milyon[10] gəlirlə film, ABŞ və Kanadada ən böyük gecə yarısı açılışına səbəb olmuş, sonradan 2011-ci ildə filmin bu rekordu “Harri Potter və Ölüm Hədiyyələri. II hissə” filmi tərəfindən qırılmışdır.[10][11] “Tutulma” filmi $68,533,840 gəlirlə, $62 milyon gəliri olmuş “Transformerlər; Məğlubların qisası” filmini geridə qoyaraq, ABŞ və Kanada tarixinin ən böyük çərşənbə açılışı olmuşdur.[12] 4,416 kinoteatrda vizyona girən “Tutulma” 2009-cu ilin noyabrında vizyona girmiş “Yeni Ay” filminin nəticələrini geridə qoyaraq ən geniş azad çıxış olmuşdur.[13]
Hadisələr Sietlda vampir hücumları xəbəri ilə başlayır, naməlum bir vampir tərəfindən yaradılmış gənc vampirlər qana hərisliklərini idarə edə bilmədikləri üçün çoxlu insanlar öldürür, izləri itirməyi də bacarmırlar. Edvard və Bellanın birlikdə kollecə qəbul olmasından sonra, Bella Edvarddan dostu Ceykob Bleklə görüşmək üçün icazə istəyir. Lakin, Edvard Bellanın təhlükəsizliyi üçün narahat olur, buna görə də onların görüşməsinə yaxşı baxmır. Görüşlərdən birində Ceykob Bellaya onu sevdiyini və Edvardın yerinə onu seçməsini arzuladığını bildirir, Bella isə ona yalnız dost kimi baxdığını bildirir. Bu arada Elis Kallen qisas almaq üçün Bellanı izləyən Viktoriyanın Forksa döndüyünü görür. Bir neçə gün sonra isə Edvard Bellaya evlənmək təklif edir.
Bella və Kallenlər daha sonra müəyyənləşdirirlər ki, Sietlda qəttlər törədən yeni doğulmuş vampirlər “ordu”su Viktoriya tərəfindən idarə olunur. Kallenlər bu təhlükəni rədd etmək üçün canavar adamlar dəstəsinin də köməyindən istifadə etmək qərarına gəlirlər. Hamı döyüşə hazırlaşır, Edvard, Bella və Ceykob döyüş vaxtı dağlarda gizlənirlər, sonradan Set Klirvoter də onlara qoşulur.
Səhər tezdən Ceykob, Edvard və Bellanın arasındakı səmimi münasibəti görərək qısqanır və özünü ölümün pəncəsinə atmaq üçün döyüşə gedəcəyini bildirir. Onun döyüşə getməsinin qarşısını almaq üçün Bella Ceykobdan onu öpməyi xahiş etməyə məcbur olur. Bu öpüşdən sonra Bella əslində Ceykoba qarşı da sevgi hisslərinin olduğunu və bu vaxta kimi özünü aldatdığını başa düşür. Döyüş zamanı Viktoriya Edvardın ətirini hiss edir və Bellanın da onunla birlikdə ola biləcəyini düşünərək onların ardınca dağlara gəlir. Edvard Viktoriyanı öldrür və onun yaratdığı yeni doğulmuşlar ordusu məhv edilir. Daha sonra Bella özündə müəyyən edir ki, həm Edvardı, həm də Ceykobu sevsə də, Edvarda olan sevgisi daha böyükdür.
Epiloqda göstərilir ki, Ceykob canavar formasında qaçaraq uzaqlaşır. Özü də Semlə Bella və Ceykobun hadisəsinə oxşar hadisə yaşayan Leya Ceykoba qarşı yaxınlıq və Bellaya qarşı nifrət hiss edir.
2008-ci ilin noyabrında “Summit” Stefani Mayerin Alatoran seriyasından olan “Alatoran”, “Yeni Ay”, “Tutulma” və “Sübh” romanlarının ekranlaşdırılması hüquqlarını aldığını elan etdi.[24] 2009-cu ilin fevralında “Summit” “Tutulma” filmi üzərində işlərin başladığını elan etdi. Elə həmin gün rejissor Kris Veytzin “Yeni Ay” filminin istehsalı ilə məşğul olduğundan “Tutulma” filminin rejissor kürsüsündə əyləşə bilməyəcəyi də açıqlandı.[25][26] Bundan sonra film rejissor Devid Sleydə həvalə edildi, ssenarini yazmaq isə yenidən Melissa Rozenberqə həvalə olundu. Devid Sleyd ssenari və personajları bir neçə dəfə müzakirə etdikdən, həmçinin aktyorlarla fərdi müsahibələrdən sonra işə başlamışdı.[27]
2009-cu ilin iyulunda “Summit Entertainment” əvvəlki filmlərdə qəddar vampir Viktoriya obrazını yaratmış Raşel Lefevreni Brays Dallas Hovardla əvəzləyəcəklərini elan etmişdi. Bu qərar qrafik konflikti ilə əlaqələndirilmiş, Lefevre isə alınmış qərardan “təsirləndiyini” və “çox kədərləndiyini” bildirmişdi.[28] “Alatoran” filmində Viktoriya obrazını canlandırmaq təklif edildikdə Hovard “rolun çox kiçik olması” səbəbiylə obrazı canlandırmaqdan imtina etmişdi.[29]
“Saylent Hill” filminin ulduzu Codell Ferland yeni çevrilmiş vampir Bri Tanneri canlandırmışdır.[30] Ksavye Samuel, Rayli obrazını[31], Cek Hyuston, Kral II Roys obrazını[32], Katalina Sandino Morena, Mariya obrazını, Culia Cons, Li Klirvoter obrazını, Bu Bu Stüart Set Klirvoter obrazını canlandırmışlar.[30]
Dinləmələrdən keçirilən aktyorlara ssenari göstərilməmişdir. Aktrisa Kristen Prout qeyd edir ki, “biz kitabdan götürülmüş konkret səhnələr üzərində çalışdıq...Onlar ssenarini bizə göstərmədilər. Beləliklə, dinləmə hissəsi yalnız “Alatoran”dan bəzi hissələrin oxunmasından ibarət idi.” [33]
“Tutulma” filminin əsas çəkilişləri 17 avqust 2009-cu ildə “Vancouver Film Studios”da başlamışdır.[7][34] 29 avqustda Kristen Stüart, Billi Bruk və digər aktyorların iştirakı ilə buraxılış səhnəsindən şəkil yayılmışdır.[35] 2 sentyabrda Ksavye Samuel, Kristen Stüart və Robert Pattinsonun srudiyada Bellanın ev səhnələri çəkilmişdir.[36] Rejissor Devid Sleyd həmin səhnələrin fasilələrlə 13 sentyabrda çəkildiyini qeyd edir.[37] O, həm də bildirir ki, Ceykob və Bella arasında öpüş səhnəsi də 17 sentyabrda çəkilmişdir.[38] Çəkilişlər 29 oktyabr 2009-cu ildə tamamlanmış və sonrakı istehsala noyabrda başlanılmışdır.[8] Sleyd öz twitter səhifəsində montaj işlərinin yaxşı getməsini qeyd edərək, istehsal prosesi haqqında məlumat yaymışdır.[39] O, qeyd edir ki, “hekayə və vəziyyət filmə daha realistik yanaşmanı tələb edir.”[40] 2010-cu ilin aprelində filmin bəzi səhnələrinin yenidən çəkiləcəyi elan edilmişdi. Sleyd və Stefani Mayer filmin üç əsas ulduzu ilə birgə çəkilişlərdə iştirak etmişdilər.[41]
2010-cu ilin yanvarında filmin ssenarisinin ilkin variantlarından biri internetə sızdı.[42] Səhifələrin hər birinin kənarında filmin ulduzlarından biri olan Cekson Retbonun adı yazıldığına görə, sızan ssenarinin ona aid olması güman edilir.[42]
“Tutulma” filminin musiqisi “Üzüklərin hökmdarı” trilogiyası və “Aviator” kimi filmlərin musiqisini yazmış bəstəkar Hovard Şor tərəfindən bəstələnmişdir.[43] Film musiqiləri albomu 8 iyun 2010-cu ildə “Atlantic Records” tərəfindən, Aleksandra Pastavasın “Chop Shop” leyblının iştirakı ilə satışa çıxarılmışdır.[44] Britaniya qrupu “Muse” tərəfindən ifa edilmiş “Neutron Star Collision (Love Is Forever)” mahnısı albomdan sinql kimi çıxarılmışdır.[45]
11 may 2010-cu ildə MySpace, növbəti gündən etibarən hər saatın ilk yarısında, ümumilikdə gün ərzində altı saat müddətində “Tutulma” film musiqilərinin tam siyahısının açıq istifadədə olacağını elan etdi.[46] Albom “Billboard 200” hit-paradında ikinci yerdə debüt etmişdi.[47]
5 noyabr 2009-cu ildə “American Film Market” “Tutulma” filminin ilk afişasını təqdim etmişdir.[48] 2010-cu ilin fevralının sonlarında “Summit Entertainment” filmin ilk treylerinin Robert Pattinsonun baş rolu canlandırdığı “Xatırla məni” filmi ilə birlikdə təqdim ediləcəyini elan etmişdir. 10 mart 2010-cu ildə filmin ilk treylerinin 10 saniyəlik təqdimatı baş tutmuş[49], növbəti gün isə treyler tam şəkildə təqdim edilmişdir.[50] Filmin ilk treylerinin çıxarılması onun rəsmi saytının işə düşməsi ilə üst-üstə düşmüşdür. 19 mart 2010-cu ildə “Alatoran Saqa: Yeni Ay” filmi DVD və Blu-ray formatlarında çıxarılmışdır; “Walmart Ultimate Fan Edition” versiyasına “Tutulma” filminin 7 dəqiqəlik ilk baxış videosu da əlavə edilmişdir.[51] 23 martda filmin ikinci afişası təqdim edilmişdir.[52] 13 mayda filmin final treyleri “Ofra Unfri Şousu”nda təqdim edilmiş və filmin təbliği üçün Robert Pattinson, Kristen Stüart, Teylor Lotner və Dakota Fanninq şouda iştirak etmişlər.[53] 6 iyun 2010-cu ildə, “MTV Film Mükafatları”nın təqdim edilməsi mərasimində filmin ilk baxışı keçirilmiş, həmin həftə filmdən videolar və TV şərhləri çıxardılmışdır.[54]
26 iyun 2010-cu ildə ay tutulması ilə əlaqədar olaraq “Summit Entertainment” ABŞ-nin iyirmi şəhərində “Alatoran” filmlər seriyasından olan iki ilk filmin baxışını təşkil etmişdir. Tədbir Filadelfiya və San Diyeqodan canlı yayımlanmış, film aktyorları tədbiqlərə qatılmış və “Tutulma” filminin bəzi səhnələri göstərilmişdir.[55]
“Nordstrom” və “Summit Entertainment” filmdən ilhamlanaraq hazırlanmış geyim kolleksiyasının satışına başlamışdır. “Awake Inc.” tərəfindən hazırlanmış geyimlər Eşli Qrinin yaratdığı Elis Kallen və Kristen Stüartın yaratdığı Bella Svon obrazlarına əsaslanmışdır. “Tutulma” kolleksiyasının satışına 4 iyun 2010-cu ildən başlanmışdır.[56] “Yeni Ay” filminin təbliğatında olduğu kimi “Tutulma” filminin də təbliğatı üçün 21 iyun 2010-cu ildən “Burger King” restoranlarında reklamlara start verilmişdir. Bu təbliğat zamanı xüsusilə “Ceykob dəstəsi Edvard dəstəsinə qarşı” xəttindən istifadə edilmişdir.[57]
14 may 2010-cu ildən etibarən müxtəlif bilet satışı şirkətləri “Tutulma” filmi üçün biletlərin satışına başlamışlar.[58] Filmin rəsmi qırmızı xalı premyerası 24 iyun 2010-cu ildə Los-Anceles Nokia Teatrında baş tutmuşdur.[59][60] Təqdimat yerinin 23 iyunda dəyişdirilməsinə kimi, 21 iyundan etibarən fanatlar Los-Anceles Nokia Plazanın qabağına toplaşmağa başlamışdılar.[61] Rəsmi Birləşmiş Krallıq təqdimatı 1 iyul 2010-cu ildə Leyçester meydanı Londonda baş tutmuşdur. Lakin, Kristen Stüart, Robert Pattinson və Teylor Lotner həmin təqdimatda iştirak etməmişlər.[62]
“Tutulma” 4416 kinoteatrda və 193 IMAX ekranında açılmışdır. İlkin məlumatlara görə film çıxarılmasından ilk altı gün ərzində $150 — $180 milyon dollar arası gəlir gətirərək “Yeni Ay” filminin rekordunu qırmağa yaxın olmuşdur.[63][64] “Fandango”da onlayn bilet satışının 82 faizini əhatə edən “Tutulma” filmi 14 may 2010-cu ildə filmin ilk beşliyə düşməsinə səbəb olmuşdur. “MovieTickets.com” qeyd edir ki, “Tutulma” filmi onların gündəlik bilet sifarişinin əlli faizdən çoxunu təşkil etmişdir.[65] Film 2010-cu ilin iyununa kimi bilet satışlarının yarıdan çoxunu təşkil etmişdir.[66] “Gold Class Cinemas”da da erkən bilet satışları rekord göstəricilərə nail olmuş, 8500-dən çox Alatoran fanatı bilet sifariş etmişdir.[67]
4 dekabr 2010-cu ildə “Tutulma” ABŞ-də DVD formatında satışa çıxarılmışdır. İki diskli “Special Edition” və Blu-ray versiyalarına səkkiz kəsilmiş və genişləndirilmiş səhnə, Muse və Metric qruplarının “The Twilight Saga: Eclipse: Original Motion Picture Soundtrack” albomundan olan mahnılara çəkilmiş musiqi videoları, Kristen Stüart, Robert Pattinson, Stefani Mayer və Vik Cofferinin şərhləri əlavə edilmişdir.[68] 1 dekabr 2010-cu ildə film Yeni Zellandiya və Avstraliyada satışa çıxarılmışdır. Həmçinin xüsusi bağlamalı, kolleksionerlər üçün altı foto kartlı, iki diskli hədiyyə dəstini də əldə etmək mümkün olmuşdur.[69] Şimali Amerika DVD satışları $164,676,695 milyon gəlir gətirmiş və 9,424,505 nüsxə satılmışdır.[70]
4,000 kinoteatrda $30.1 milyon gəlir gətirən “Tutulma” ABŞ və Kanadada kassa tarixində yeni rekorda səbəb olaraq, ən böyük gecə yarısı açılışına səbəb olmuşdur.[10] Bundan əvvəlki rekord isə 3,514 kinoteatrda $26.3 milyon gəlirlə “Alatoran” seriyasından ikinci film olan “Yeni Ay” filminə məxsus idi.[10] 2011-ci ilin yayında “Harri Potter və Ölüm Hədiyyələri. I Hissə” filmi $43.5 milyon gəlir gətirənə kimi “Tutulma” filmi rekordunu qoruyub saxlaya bilmişdir.[71] 2011-ci ilin noyabrında “Alatoran:Sübh 1-ci hissə” filminin $30.3 milyon gəlir əldə etməsinə kimi “Tutulma” həm də françayzın ən çox gəlirli filmi olmuşdur.[72] Filmin rekordu həm də IMAX ekranlarında göstərişə görə, “Transformerlər: Məğlubların qisası” filmi tərəfindən təhlükə altına alınmışdır. “Tutulma” filmi 192 kinoteatrda $1 milyon, “Transformerlər:Məğlubların qisası” filmi isə $959,000 gəlir toplamışdır.[73] Beş ay sonra filmin rekordu $1.4 milyon gəlir əldə etmiş “Harri Potter və Ölüm Hədiyyələri. II hissə” filmi tərəfindən qırılmışdır.[74] Açılış günündə $68.5 milyon gəlir əldə edən film ABŞ və Kanadada çərşənbə günü ən böyük tək gün açılışı olmaqla $62 milyon gəlir əldə etmiş “Məğlubların qisası” filmini geridə qoymuş[75], həmçinin bütün zamanların ən böyük üçüncü tək gün açılışı olmuşdur.[12] 2011-ci ildə verilmiş məlumata görə, “Yeni Ay” ($72.7 milyon) və “Alatoran:Sübh 1-ci hissə” ($72.0 milyon) filmlərindən sonra “Tutulma” Alatoran filmlər seriyasında üçüncü ən çox açılış gəliri gətirən film olmuşdur.[76] Həmçinin ilk həftə ərzində müxtəlif yerlərdə yerləşən IMAX kinoteatrlarından film $9 mmilyon gəlir əldə etmişdir.[77]
ABŞ və Kanadada filmin çıxarılmasından altı gün sonra ABŞ-nin Müstəqillik günü ilə əlaqədar olaraq filmin yayımı dayandırılmış, bu müddətdə ilk həftədə toplanmış $64.8 milyon da daxil olmaqla, film $176.4 milyon gəlir əldə etmişdir.[78] İkinci həftəsonunda film sələflərindən fərqli olaraq daha yaxşı nəticə göstərmiş və gəlirlərini $31.7 milyona çatdırmışdır.[79]
ABŞ-dən kənarda da yüksək nəticələr göstərən film sələflərini geridə qoymuş, Rusiyada $3.9 milyon ($5 milyon gəlir toplamış Karib dənizinin quldurları:Qəribə sahillərdə filmi tərəfindən rekordu qırılmışdır), İtaliyada $3.1 milyon, Filippində $1.2 milyon, Belçikada isə $1.1 milyon gəlir əldə etmişdir.[80] İtaliyada film bütün zamanların üçüncü ən böyük açılışı olmuş, Filippində “Hörümçək adam 3” filmini geridə qoymuş, Belçikada isə bütün zamanların ən böyük açılışına nail olmuşdur. Birinci həftəsonunda qazandığı $71.3 milyon da daxil olmaqla, üçüncü günündə “Tutulma” $121.3 milyon gəlir əldə etmişdir.[81]
İkinci həftəsonunda film, 9,440 kinoteatrdan $70.6 milyon gəlir əldə etmişdir. Birləşmiş Krallıqda 523 məntəqədə nümayişdən $20.7 milyon gəlir əldə edən film 2010-cu ilin ən böyük açılışı olmuşdur (Oyuncaqların hekayəsi 3 tərəfindən geridə qoyulana kimi). Bu göstərişlə “Tutulma” 2009-cu ildə təqdim edilmiş və “Yeni Ay” filmini $1.7 milyon geridə qoymuşdur. Fransada $13.3 milyon gəlir əldə edən film “Harri Potter və Ölüm Hədiyyələri. I Hissə” ($20.7 milyon) və “Alisa möcüzələr ölkəsində” ($15.4 milyon) filmlərindən sonra 2010-cu ilin ən böyük açılışı olmuşdur. Cənubi Koreyada $4.9 milyon gəlirlə film birinci olmuşdur.[82]
ABŞ və Kanadada $300,531,751 gəlirlə “Tutulma” film kassa gəlirlərini 21 oktyabr 2010-cu ildə başa vurmuş, göstərdiyi nəticə ilə bir neçə ay əvvəl $296,623,634 gəlirlə “Alatoran” filmlər seriyasının ən gəlirli filmi olan “Yeni Ay” filmini geridə qoymuşdur.[83] 2010-cu ilin $300 milyondan çox gəlir gətirən dördüncü filmi olan “Tutulma” Kanada və ABŞ-də ən çox gəlir gətirən filmlər siyahısında 46-cı yerdə qərarlaşmışdır. Ümumilikdə $693,579,566 gəlir əldə edən film “Alatoran” filmlər seriyasında $709,826,790 gəlir əldə etmiş “Yeni Ay” filmindən sonra ikinci yeri tutmuşdur.[84] “Tutulma” filmi ABŞ və Kanadadan sonra BK, İrlandiya, Malta ($45,709,785), Almaniya ($33,087,955), Fransa və Məğrib ($32,987,421), İtaliya ($19,984,000), Braziliya ($30,499,010) və Avstraliya ($28,566,737) olmuşdur.[85]
Tutulma” filminə verilən rəylər qarışıq olsa da, “Yeni Ay”la müqayisədə daha müsbətyönümlü olmuşdur. “Rotten Tomatoes” 229 rəy əsasında filmə 49% müsbət rəy vermişdir.[86] Saytın ümumi konsesusunda deyilir ki, “Daha çox obrazların dialoqları əsasında qurulmuş “Tutulma” filmi romantika və fentezi mövzusunu inkişaf etdirsə də, “Alatoran” saqasına yeni izləyicilər toplaya bilməmişdir.”[87] “Metacritic” 38 tənqidçinin rəyi əsasında filmi 58/100 balla qiymətləndirir və rəyləri “qarııq və orta” kimi dəyərləndirir.[88]
“The Hollywood Reporter” “Tutulma” filmini müsbət qiymətləndirmişdir.[89] “Variety” jurnalından Piter Debruj qeyd edir ki, “nəhayət ki, bu film daha çox blokbasterə oxşayır.” [90]
“McClatchy Newspapers”dən Rik Bentli qeyd edir ki, “Tutulma” “Alatoran” filmlər seriyasından olan filmlər arasında ən yaxşısıdır və razılaşır ki, “Tutulma”nın belə uğurlu alınması final filmlər olan iki hissəli “Sübh” üzərində çalışanlara əsl çağırışdır.[91] “The New York Times” Devid Sleydin əyləncəli film yaratmaq bacarığını dəyərləndirir və “Tutulma”nın özündən əvvəlki filmlərdən daha uğurlu alındığını qeyd edir, həmçinin, aktyor fəaliyyətinin demək olar ki, yaxşılaşmadığını da vurğulayır.[92] “The Los Angeles Times”dan Betsi Şarkli filmi 5 ulduzdan 4.5 ulduzla dəyərləndirir, Devid Sleydin əvvəlki filmləri ilə qarşılıqlı şəkildə maraqlı film yaratmaq bacarığını qeyd edir. O, yazır: “Tutulma sələflərini qaranlığa qərq edir.”[93] “Moviefone ”un 2010-cu ilin əlli ən yaxşı filmi siyahısında “Tutulma” 49-cu yerdə qərarlaşdırılıb.[94]
“Orlando Sentinel”dən Orlando Mur filmi 4 ulduzdan 2.5 ulduzla qiymətləndirir və qeyd edir ki, “Brays Dallas Hovard və ya Anna Kendrikin ifası hərdən aktyorların darıxdırıcı ifasını bölür.” Müəllif filmi “boşboğaz və çox uzun” adlandırsa da, Devid Sleydin rejissorluğunu tərifləyir və filmin fanatları sevindirəcəyini qeyd edir.[95] “Chicago Tribune”dan Maykl Filips filmi 5 ulduzdan iki ulduzla dəyərləndirir və qeyd edir ki, Devid Sleydin stimulyasiyasında “hər şey yüksəklikdən düşmüş kimi görünür”. O, həm də obrazları, aktyorların onları canlandırmasını tənqid edir, Hovard Şorun musiqisini “zibil” adlandırır.[96] “Boston Globe”dan Uizli Morris qeyd edir ki, “əgər ilk iki film “otaq axtarmağa” vadar edirdisə, üçüncq film “terapevt axtarmağa” vadar edir.”[97]
Qarışıq rəydə deyilir ki, “Tutulma, Yeni ayın Alatoran seriyasından uzaqlaşdırdığı enerjini yenidən qaytarır və izləyicini özünə bağlı saxlamaq üçün kifayət qədər keyfiyyətlidir”.[98] “Chicago Sun Times”dan Rocer Ebert “Tutulma”ya ilk iki filmdən daha yaxşı rəy verir, lakin hələ də üç əsas qəhrəman arasındakı dialoqlardan narazı olduğunu ifadə edir. O, film boyu Edvard və Ceykobun Bellaya yönəlmiş baxışlarını tənqid edir və qeyd edir ki, film boyu fonda görünən dağ mənzərələri “televiziya şousunda çəkilməsi öyrədilən mənzərələrə oxşayır”. O, filmi, dörd ulduzdan iki ulduzla qiiymətləndirir.[99] “St. Peterburg Times ”dan Stiv Persall filmi “dəhşətli dərəcədə pis” adlandırır, qeyd edir ki, “Tutulmanın süjet xətti darıxdırıcıdır və vampirlər və canavar adamların dil tapması xaricində hansısa maraqlı bir şey yoxdur” və C- dərəcəsi ilə qiymətləndirir.[100] “The Guardian”dan Piter Bredşou filmi bir ulduzla dəyərləndirir və qeyd edir ki, “Bella Svon Doris Dey kimi cəhənnəm nimfasını xatırlatmağa başlayır.”[101]
İl | Mükafat | Nominasiya | Nəticə |
---|---|---|---|
2010 | Milli Film Mükafatı | Yayın Ən Gözlənilən Filmi | Qazandı |
Teen Choice Awards | Yay Seçimi: Film | ||
Seçim Yay Film Ulduzu — Qadın: Kristen Stüart | |||
Seçim Yay Film Ulduzu — Kişi: Robert Pattinson | |||
Seçim Yay Film Aktyoru: Fantasy : Teylor Lotner | |||
Seçim Yay Film Ulduzu — Kişi: Teylor Lotner | Namizəd | ||
Seçim Sevgi Mahnısı: Neutron Star Collision (Love Is Forever) | |||
Skrim mükafatı | Ən Güclü Skrim | ||
Ən Yaxşı Fentezi Filmi | Qazandı | ||
Ən Yaxşı Fentezi Aktrisası: Kristen Stüart | |||
Ən Yaxşı Fentezi Aktyoru: Robert Pattinson | |||
Ən Yaxşı Fentezi Aktyoru: Teylor Lotner | Namizəd | ||
Ən Yaxşı Performans — Kişi: Ksavye Samuel | |||
Nikelodeon Avstraliya Uşaqlarının Seçimi Mükafatı 2010 | Sevilən Film | Qazandı | |
Sevilən Film Ulduzu: Kristen Stüart | Namizəd | ||
Sevilən Film Ulduzu: Robert Pattinson | |||
Sevilən Film Ulduzu: Ksavye Samuel | |||
Cazibədar Kürən: Teylor Lotner | |||
Ən Yaxşı öpüş: Kristen Stüart & Robert Pattinson | |||
Ən Yaxşı öpüş: Kristen Stüart & Teylor Lotner | |||
Nikelodeon Braziliya Uşaqlarının Seçimi Mükafatı 2010 | İlin cütlüyü : Kristen Stüart & Robert Pattinson | Qazandı | |
Amerika Musiqi Mükafatı | Sevilən Film Musiqisi | Namizəd | |
Peyk mükafatı | Ən Yaxı Orijinal Film Musiqisi: Eclipse (All Yours) | ||
Ən Yaxşı Orijinal Mahnı: What Part of Forever | |||
2011 | People's Choice Awards | Sevilən Film | Qazandı |
Sevilən Drama Filmi | |||
Sevilən Film Aktrisası: Kristen Stüart | |||
Sevilən Film Aktyoru: Robert Pattinson | Namizəd | ||
Sevilən Film Aktyoru: Teylor Lotner | |||
Ən Yaxşı Ekran Dəstəsi: Kristen Stüart, Robert Pattinson və Teylor Lotner | Qazandı | ||
Qremmi mükafatı | Bədii Film üçün Ən Yaxşı Ümumiləşdirmə Albomu, Televiziya və ya Digər Vizual Media | Namizəd | |
Qızıl Moruq Mükafatı | Ən Pis Film | ||
Ən Pis Rejissor: Devid Sleyd | |||
Ən Pis Aktyor: Teylor Lotner | |||
Ən Pis Aktyor: Robert Pattinson | |||
Ən Pis Aktrisa: Kristen Stüart | |||
Ən Pis Ssenari: Melissa Rozenberq | |||
Ən Pis Prikvel, Remeyk, Rip-Off və ya Sikvel | |||
Ən Pis Ekran Dəstəsi | |||
İkinci dərəcəli rolda Ən Pis Aktyor: Cekson Retbon | Qazandı | ||
Nickelodeon Uşaqların Seçimi Mükafatı | Sevilən Film Aktrisası: Kristen Stüart | Namizəd | |
MTV Film Mükafatı | Ən Yaxşı Film | Qazandı | |
Ən Yaxşı Qadın Performansı: Kristen Stüart | |||
Ən Yaxşı Kişi Performansı: Robert Pattinson | |||
BƏn Yaxşı Kişi Performansı: Teylor Lotner | Namizəd | ||
Ən Yaxşı Yeni Aktyor: Ksavye Samuel | |||
Ən Yaxşı Döyüş: Robert Pattinson, Brays Dallas Hovard və Ksavye Samuel | Qazandı | ||
Ən Yaxşı öpüş: Kristen Stüart & Robert Pattinson | |||
Ən Yaxşı öpüş: Kristen Stüart & Teylor Lotner | Namizəd | ||
37-ci Saturn mükafatı | Ən Yaxşı Fentezi Filmi | ||
Teen Choice Awards | Seçim: Elmi-fantastika/Fentezi Filmi | ||
Seçim: Elmi-fantastika/Fentezi Filmi Aktrisası: Kristen Stüart | |||
Seçim: Elmi-fantastika/Fentezi Filmi Aktyoru: Robert Pattinson | |||
Seçim: Elmi-fantastika/Fentezi Filmi Aktyoru: Teylor Lotner | Qazandı | ||
Seçim: Qəddar film obrazı: Brays Dallas Hovard | Namizəd | ||
Seçim: Film səhnəsi oğrusu — Kişi: Kellan Lats | Qazandı | ||
Seçim: Film səhnəsi oğrusu — Qadın: Eşli Qrin | |||
Seçim: Öpüş: Kristen Stüart & Robert Pattinson | Namizəd | ||
Seçim: Öpüş: Kristen Stüart & Teylor Lotner | |||
Seçim: Yeni Film Ulduzu — Kişi: Ksavye Samuel | |||
Seçim: Vampir: Robert Pattinson | Qazandı | ||
Seçim: Vampir: Nikki Rid | Namizəd | ||
Seçim: Cazibədar kişi: Robert Pattinson | |||
Seçim: Cazibədar kişi: Teylor Lotner |
2008-ci ilin noyabrında “Summit Entertainment” Alatoran romanlar seriyasının dördüncü kitabı olan “Sübh” romanını ekranlaşdırmaq hüququ aldığını, 2010-cu ilin aprelində isə roman əsasında iki hissəli filmin çəkiləcəyini elan edir.[102] Birinci film 18 noyabr 2011-ci ildə, ikinci film isə 16 noyabr 2012-ci ildə təqdim edilir.[103][104] Hər iki film Bill Kondonun rejissorluğu ilə çəkilir.[105]
"Eclipse" showed on 193 Imax screens domestically from Wednesday through Monday and earned $9 million, about $47,000 per screen.