Terminator 2: Axirət günü (film, 1990)

Terminator 2 (ing. Terminator 2: Judgment Day) — 1991-ci ildə ABŞ rejissoru Ceyms Kemeron tərəfindən fantastik janrda çəkilmiş filmlərdən biridir. Filmin distribütoru "TriStar Pictures" kinokompaniyasıdır. 1992-ci ildə Oskar mükafatının dörd kateqoriyası üzrə (Ən yaxşı səs, ən yaxşı səs montajı, ən yaxşı qrim və ən yaxşı vizual effektlər) mükafatı qazanmış və iki kateqoriyası üzrə (Ən yaxşı operator işi və ən yaxşı montaj) nominasiyaya layiq görülmüşdür.[10]

Terminator 2: Axirət günü
ing. Terminator 2: Judgment Day
Janr döyüş filmi[1][2][…], triller filmi, elmi-fantastika filmi[1][2][…], antiutopiya filmi[d], dram filmi
Əsas mövzu Zamanda səyahət, android[d]
Rejissor
Prodüserlər
İcraçı prodüser Qeyl Enn Hörd[d]
Ssenari müəllifləri
Baş rollarda
İstehsalçılar Lightstorm Entertainment, TriStar Pictures, StudioCanal[d]
Distribütor TriStar Pictures, InterCom[d], Netflix, iTunes
İlk baxış tarixi 3 iyul 1991[5], 13 sentyabr 1991[6], 24 oktyabr 1991[7], 1991
Müddət 137 dəq.
Yaş həddi 18+
Büdcə 102.000.000 $[8]
Gəlir 520.881.154 $[9], 205.881.154 $[9]
Ölkə
Dil ingilis dili
Əvvəlki film Terminator
Rəng rəngli
Çəkiliş yeri Kaliforniya, Nyu-Meksiko, Malibu, Santa-Monika
IMDb ID0103064
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Proqramçı Maylz Daysonun başçılığı altında «Kiberdayn Sistems» (ing. Cyberdyne Systems) korporasiyasının bir qrup mühəndisləri filmin ilk hissəsində məhv edilmiş T-800 robotun qalıqlarından prosessor hazırlamışlar. Bu prosessorun əsasında «Skaynet» (ing. Skynet) adlı süni yaddaş sistemi yaradılacaqdır və bu sistem idarədən çıxaraq, ABŞ-nin hərbi qüvvəsini ələ keçirəcəkdir. 1995-ci ilin avqust ayında «Skaynet» sistemi Rusiyaya nüvə silahı atacaq, Rusiya da öz növbəsində ona müqavimət göstərəcəkdir. Bu zaman "Axirət günü" yaxınlaşacaq və 3 milyard insan məhv olacaqdır.

Bu hadisənin üzərindən illər keçmiş və 2029-cu ildə Con Konnor idarədən çıxmış robotlarla mübarizə aparan dəstənin başçısı vəzifəsində çalışmağa davam edir. Con Konnoru bu ildə öldürə bilməyən robotlar, onu keçmişdə öldürməyə qərar verirlər. Bu səbəbdən 13 yaşlı Conun yaşadığı dövrə yerioxedici və bütün insanlara çevrilə bilən T-1000 adlı robot yollayırlar. Buna qarşı olaraq, Con Konnor həmin dövrə özünü qorumaq üçün daha əvvəl anasını öldürmək vəzifəsiylə keçmişə göndərilən T-800 adlı robotun daha da inkişaf etdirilmiş modelin göndərir.

T-800 robotu Los Anceles yerləşən məntəqələtin birində peyda olur. Burada yerləşən Bara daxil olur və baykerlərə müqavimət göstərərək, paltar və silah əldə edir. Həmin vaxtda T-1000 robotu Los Ancelesin Santa Fe adlı məntəqəsində peyda olur və polislərdən birini öldürərək, paltar və silah əldə edir. Bu zaman polis kompüterində, Con Konnorun yaşadığı yeri axtarır. Bu dövrdə Con Konnorun 13 yaşı vardır. Con Konnor ögey valideynləri ilə yaşayır. Anası Sara Konnor «Kiberdayn Sistems» laboratoriyasını məhv etmək istəyən zaman həbs olunmuş və Los Ancelesdə yerləşən «Peskadero» adlı psixiatrik xəstəxanaya göndərilir. Burada ona həkim Silberman nəzarət edir. Con Konnor hakerlərdən biridir və dostu ilə birgə «Qalereya» adlı ticarət mərkəzində yerləşən bankomatdakı pulları qarət edir. Ardınca Con Konnor oğurladığı pulları oyun zallarında sərf etməyə başlayır.

Bu müddətdə T-1000 robotu onun yaşadığı yeri tapır və ögey valideynlərini öldürür. Bir müddət sonra Con Konnorun yerini təyin edərək, «Qalereya» ticarət mərkəzinə yollanır. Burada onunla rastlaşan Con Konnor, onu polis zənn edərək, qaçmağa başlayır və T-800 robotu ilə qarşılaşır. T-800 robotu onu xilas etdikdən sonra dərhal onunla birgə Sara Konnorun qaldığı psixiatrik xəstəxanaya yollanır. Onlardan tez bir zamanda bura yetişən T-1000 robotu polislərdən birini öldürür və onun görkəmini alaraq, Sara Konnorun palatasını axtarmağa başlayır. Bu müddətdə Sara Konnor qaçmaq niyyətinə düşür və xəstəxana işçilərinə müqavimət göstərir. Qaçmaq üzrəykən T-800 robotu ilə rastlaşır və bundan bərk sarsılır. Lakin oğlu Con Konnoru görən zaman T-800 robotunun bura yaxşı niyyətlə gəldiyini başa düşür. Bu zaman onlar T-1000 robotu ilə qarşılaşırlar. T-800 robotu, Sara Konnor və Con Konnor ona qarşı müqavimət göstərərək, buradan uzaqlaşmağı bacarırlar.

Sara Konnor onları Meksika ətrafında yaşayan yaxın dostu Enrike Salkedanın yanına aparır. Burada onlar çoxlu sayda silah əldə edirlər. T-800 robotu Sara Konnor və Con Konnora nüvə müharibəsinin necə baş verəcəyindən danışır. Bir müddət sonra Sara Konnor yuxusunda müharibənin törədəcəyi fəlakəti görür və heç kimə bildirmədən, Maylz Daysonu öldürməyə yollanır. Sara Konnor ona atəş açır, lakin Maylz sağ qalır. Bu zaman T-800 və Con Konnor yetişirlər. Onlar Maylza onun hazırlayacağı prosessorun gələcəkdə müxtəlif fəlakətlər törədəcəyi haqda danışırlar. Maylz onlarla razılaşır və laboratoriyadakı artefaktları məhv etmək qərarına gəlir. Onlar «Kiberdayn Sistems» laboratoriyasına daxil olan zaman polislərin müqaviməti ilə rastlaşırlar. T-800 robotu polislərin müqavimətini dəf etməyi bacarır. Döyüş zamanı Maylz Dayson ağır yaralanır və onlara buranı tez bir zamanda tərk etmələrini məsləhət görür. Özü isə burada qalır və laboratoriyanı partladır. Bu zaman Maylz Dayson bır sıra polislərlə birgə ölür.

Bu müddətdə T-1000 robotu onları təqib edir. T-800 robotu, Sara Konnor və Con Konnor polad istehsal edən zavoda çatırlar. T-1000 robotu müxtəlif vasitələrdən istifadə edərək T-800 robotunun müqavimətini dəf edir. Lakin sonra T-800 robotu onunla mübarizə aparır və onu məhv etməyi bacarır. Onlar Maylzın laboratoriyada saxladığı artefaktları əridici metal üzərinə tullayırlar. Bu zaman T-800 robotu Sara Konnor və Con Konnora bildirir ki, gələcəyin texnologiyaları izlərinin bütünlüklə məhv edilməsi üçün özünün də məhv edilməsi lazımdır. Bu zaman T-8

00 robotu onlarla vidalaşır və əridici metalın içinə yollanır.

Aktyor/aktrisa Rol Qeydlər
Arnold Şvartsenegger T-800 Terminator modeli
Linda Hamilton Sarah Konnor
Edvard Ferlonq Con Konnor
Robert Patrik T-1000 ən yeni Terminator modeli
Maykl Bin Kayl Riz filmin kəsilmiş hissəsində göstərilir
Joe Morton Maylz Bennett Dayson
İrl Boen Həkim Piter Silberman
Track listing
BaşlıqMüddət
1."Main Title from "Terminator 2""1:56
2."Sarah on the Run"2:31
3."Escape from the Hospital (And T-1000)"4:34
4."Desert Suite"3:25
5."Sarah's Dream (Nuclear Nightmare)"1:49
6."Attack on Dyson (Sarah's Solution)"4:07
7."Our Gang Goes to Cyberdyne"3:11
8.""Trust Me""1:38
9."John & Dyson into Vault"0:41
10."SWAT Team Attack"3:22
11.""I'll Be Back""3:58
12."Helicopter Chase"2:27
13."Tanker Chase"1:42
14.""Hasta La Vista, Baby" (T-1000 Freezes)"3:02
15."Into the Steel Mill"1:25
16."Cameron's Inferno"2:37
17."Terminator Impaled"2:05
18."Terminator Revives"2:14
19."T-1000 Terminated"1:41
20.""It's Over" ("Good-bye")"4:36
  1. 1 2 http://www.nytimes.com/reviews/movies.
  2. 1 2 3 4 5 6 http://www.allocine.fr/film/fichefilm_gen_cfilm=7124.html.
  3. 1 2 3 4 http://www.cinematografo.it/cinedatabase/film/terminator-2---il-giorno-del-giudizio/27284/.
  4. Česko-Slovenská filmová databáze (çeş.). 2001.
  5. Box Office Mojo (ing.). 1999.
  6. http://www.sfi.se/sv/svensk-filmdatabas/Item/?itemid=16460&type=MOVIE&iv=Basic.
  7. IMDb (ing.). 1990.
  8. http://www.the-numbers.com/movies/1991/0TRM2.php.
  9. 1 2 Box Office Mojo (ing.). 1999.
  10. "Terminator 2: Judgment Day Nominations and Awards". Amctv.com. May 15, 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 15, 2010.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]