İlham Tohti (uyğ. ئىلھام توختى; 25 oktyabr 1969[1][2], Artuş (şəhər), Sincan-Uyğur Muxtar Rayonu) — əslən uyğur məşhur Çin iqtisadçısı, alim. 2009-cu il iyulun 5-də Urumçidə baş verən Urumçi iğtişaşları ilə bağlı hadisələrdən sonra o, Çin hökumətinin Sincan-Uyğur Muxtar Rayonundakı uyğurlara qarşı siyasətini tənqid etdiyinə görə Çin hakimiyyəti tərəfindən həbs edilib.[3] O, sonradan azad edilib.[4] 2014-cü ilin yanvarında o, yenidən həbs edilib və ömürlük həbs cəzasına məhkum olunub. 2019-cu ildə o, “Çinlilər və uyğurlar arasında qarşılıqlı anlaşmanın yaxşılaşdırılması xidmətlərinə görə” Saxarov mükafatına və “ÇXR-də uyğurların vətəndaş hüquqlarının müdafiəsinə görə” Vatslav Havel mükafatına layiq görülüb.
İlham Tohti | |
---|---|
uyğ. ئىلھام توختى | |
Doğum tarixi | 25 oktyabr 1969[1][2] (54 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | ÇXR |
Elm sahəsi | iqtisadiyyat |
İş yeri | Minzu Unuvesiteti (Çin) |
Alma-mater |
Şimal-Şərqi Pedaqoji Universiteti Çinin Minzu Universiteti |
Tanınır | hüquq müdafiəçisi, universitet müəllimi, iqtisadçı |
Mükafatları |
PEN/Barbara Goldsmit Yazma Azadlığı Mükafatı (2014) Martin Ennals Mükafatı (2016) İnsan Hüquqları üzrə Veymar Şəhər Mükafatı (2017) Vatslav Havel adına mükafat (2019) Saxarov mükafatı (2019) |
Vikianbarda əlaqəli mediafayllar |
25 oktyabr 1969-cu ildə Sincan-Uyğur Muxtar Rayonunun Artuş mahalında anadan olub. Şimal-Şərqi Normal Universitetinin və İqtisadiyyat fakültəsinin məzunudur. Sonradan o, Pekində Mərkəzi Millətlər Universitetində iqtisadiyyat professoru olub.[3]
2006-cı ildə İlham Tohti han çinliləri ilə uyğurlar arasında anlaşmanı təşviq etmək üçün uyğur və çin dillərində məqalələr dərc etdirdiyi "Uyghur Online" saytını qurub.[3][5] Azad Asiya Radiosu onun bloqunu sosial mövzularda mötədil, intellektual resurs adlandırıb. 2008-ci ilin ortalarında hakimiyyət onun saytını bağladı.[3][5] 2009-cu ilin martında Azad Asiya radiosuna verdiyi müsahibədə Tohti Çin hökumətinin Sincan muxtariyyətindəki siyasətini açıq şəkildə tənqid etdi. O, hanların Sincana miqrasiyasını təşviq etmək siyasətini tənqid edərək, bunun uyğurlar arasında işsizlik problemini daha da ağırlaşdırdığını qeyd edirdi.[5] Tohti yazılarında qeyd edirdi ki, 1990-cı illərdə hökumət üçün araşdırma apararkən, Sincanda 20 milyondan az əhalidən 1,5 milyon işsiz olduğunu aşkar edib.[6] Bundan əlavə, o, Uyğur muxtariyyətinin qubernatoru Nur Bəkrini tənqid edərək onu “ixtisassız” idarəçi adlandırıb. Tohti həmçinin ÇXR hökümətini “Etnik muxtariyyət hüququ haqqında” qanununun (1984) tam həyata keçirməsinə çağırıb.[5]
2009-cu ilin martında İlham Tohti təhlükəsizlik qüvvələri təərəfindən saxlanılıb.[3] O bildirib ki, dindirilmələr zamanı onu separatçılıqda ittiham ediblər.[3] 2009-cu ilin may ayında Azad Asiya radiosunun uyğur xidmətinə verdiyi müsahibədə Tohti bu haqda danışıb: "Azadlıq və demokratiya şəraitində Sincandakı vəziyyət Çinin digər bölgələri ilə müqayisədə ən pis vəziyyətdir. Hazırda yaşadıqlarım adi haldır. Saytım xəbərdarlıq edilmədən bağlandı. Dəfələrlə dindirildim, hədə-qorxu gəldilər. Mən Pekində qanuni sakiniyəm və qanunla Sincan polisi tərəfindən dindirilməməliydim, amma bu baş verdi. Məni separatçılıqda ittiham etdilər... Bəs muxtariyyət qanununun icrası separatçılıqdırmı?"[3]
2014-cü ildə Tohti ömürlük həbs cəzasına məhkum edilib.[7]
2019-cu ildə ÇXR-də həbsdə olan İlham Tohti iki nüfuzlu beynəlxalq mükafata layiq görülüb. O, Vatslav Havel və Andrey Saxarov mükafatlarını alıb.
2019-cu ilin sentyabrında Avropa Şurası Parlament Assambleyası (AŞPA) Tohtini ÇXR-in uyğur əhalisinin hüquqlarını müdafiə etdiyinə görə Vatslav Havel adına hüquq mükafatı ilə təltif edib. Mükafat Tohti adından “İlham Tohti Təşəbbüsü” təşkilatından Enver Kan tərəfindən alınıb.[8]
2019-cu ildə Tohti Beynəlxalq Saxarov mükafatına layiq görülüb. Mükafat Tohtiyə "Çinlilər və Uyğurlar arasında qarşılıqlı anlaşmanı təşviq etmək səylərinə" görə verilib.[7] Avropa Parlamentinin sədri David Sassoli Çin rəhbərliyini Tohtini dərhal azad etməyə çağırıb.[7]