Vatslav Havel adına mükafat

Vatslav Havel adına mükafat və ya İnsan Hüquqları üzrə Vatslav Havel mükafatı qısa olaraq Vatslav Havel mükafatıAvropada və onun hüdudlarından kənarda insan hüquqlarının müdafiəsində görkəmli nailiyyətlərə görə illik mükafat. Mükafat 2013-cü ildən Avropa Şurası Parlament Assambleyası, Vatslav Havel Kitabxanası və "Charta 77" Fondu ilə əməkdaşlıq çərçivəsində tədqim olunur.

İnsan Hüquqları üzrə Vatslav Havel mükafatı
ing. Václav Havel Human Rights Prize

Ölkə Avropa Şurası Parlament Assambleyası
Tip Diplom
Kimə verilir Şəxslərə və təşkilatlara
Təltif edir
Status Təqdim olunur
Statistika
Parametrlər Məbləğ: €60000
Təsis tarixi 2013
İlk təltif
Son təltif
Təltif sayı 10 nəfər
vaclavhavel.cz
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mükafat Çexoslovakiyanın son prezidenti və Çexiyanın ilk prezidenti Vatslav Havelin (1936–2011) xatirəsinə həsr olunub.

Mükafatın təsis edilməsi haqqında saziş 2013-cü il martın 25-də Praqada Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyon, Vatslav Havel Kitabxanasının sədri Marta Smolikova və "Çarta 77" Fondu rəhbəri Frantişek Yanus və Çexiya Respublikasının Xarici İşlər Naziri Karel Şvarzenberin iştirakı ilə imzalanıb. [1]

Vatslav Havel mükafatı 2007-ci ildən hər 2 ildən bir verilən Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının varisidir.

Vatslav Havel İnsan Hüquqları Mükafatından əvvəl Avropa Şurası Parlament Assambleyasının İnsan Hüquqları Mükafatının qalibləri:

  • 2009 – Şimali İrlandiyadakı münaqişənin insan haqları ölçüsünü izləmək və regionda cəzasızlıqla mübarizə aparmaq[2] işinə görə Britaniya QHT-si olan Britaniya İrlandiya "Human Rights Watch" təşkilatı (hazırda "Rights Watch UK" kimi tanınır).[3]
  • 2011 – İşgəncələrə Qarşı Komitə (rus. Комитет против пыток), Rusiya QHT-si, Rusiyada ciddi insan hüquqları pozuntularının qurbanlarına yardım etmək və rəsmi dövlət araşdırmaları ilə yanaşı, müstəqil araşdırmalar aparıb. Araşdırmalar xüsusən də Çeçenistan Respublikasında olub.[4]

Mükafatın qalibləri insan hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət göstərən şəxslər və ya qeyri-hökumət təşkilatları ola bilər. Mükafatın pul hissəsi 60 min avrodur.

Mükafatın ilk laureatı belaruslu hüquq müdafiəçisi Ales Bialiatski olmuşdur.[5]

Namizədlik proseduru

[redaktə | mənbəni redaktə et]

Hər il yanvar ayında illik "namizədlər üçün çağırış" verilir. Ən azı beş "sponsor" adətən aprelin sonuna təyin edilmiş illik son tarixdən əvvəl Mükafat üçün namizədlər irəli sürməlidir. Namizədliklər Assambleyanın internet saytındakı səhifə vasitəsilə[6] Avropa Şurasının iki rəsmi dillərindən birində, ingilis və ya fransız dillərində onlayn həyata keçirilir. Mükafat qaydalarına əsasən,[7] sponsorlar namizədin insan hüquqlarını müdafiə etmək üçün gördüyü işlərin təfərrüatlarını verməli və dəstəkləyici sənədləri təqdim etməlidirlər. Üç namizəd sentyabrda qısa siyahıya salınır, yekun seçim oktyabrda, Strasburqda mükafatlandırma mərasimi ərəfəsində edilir.

İl Laureatlar Şəkil Ölkə Şərhlər
2013 Ales Belyatski Олесь Беляцкий Belarus Hüquq müdafiəçisi, "Vüsna" hüquq müdafiəsi mərkəzinin təsisçisi
2014 Anar Məmmədli Анар Мамедли Azərbaycan Hüquq müdafiəçisi, seçkiləri müşahidə edən təşkilatın təsisçisi
2015 Lyudmila Alekseyeva Людмила Алексеева Rusiya Hüquq müdafiəçisi, Moskva Helsinki Qrupunun rəhbəri
2016 Nadiyə Murad Надия Мурад İraq Yezidi hüquq müdafiəçisi İŞİD tərəfindən oğurlanıb
2017 Arslan Murat Мурат Арслан Türkiyə Hüquqşünas, məhkəmə müstəqilliyi fəalı
2018 Əyub Titiyev Оюб Титиев Rusiya Hüquq müdafiəçisi, “Memorial” hüquq müdafiə mərkəzinin Qroznı nümayəndəliyinin rəhbəri [8]
2019 İlham Tohti Ильхам Тохти Çin Uyğur universitet professoru, iqtisadçı [9]
İnsan Hüquqları üzrə Gənclər Təşəbbüsü (Youth Initiative for Human Rights) Молодёжная инициатива по правам человека Balkan ölkələri Müxtəlif millətlərin nümayəndələri arasında əməkdaşlıq üçün təşkilatlar şəbəkəsi [10]
2020 Luceyn el-Hezlul Люджейн аль-Хазлюль Səudiyyə Ərəbistanı Qadın hüquqları müdafiəçisi [11]
2021 Mariya Kolesnikova Мария Колесникова Belarus Belaruslu siyasi fəal, siyasi məhbus [12]
2022 Vladimir Qaramirzə Владимир Кара-Мурза Rusiya Müxalif siyasətçi [13]
2023 Osman Kavala Осман Кавала Türkiyə Türkiyəli ictimai fəal, hüquq müdafiəçisi, iş adamı və xeyriyyəçi [14]
  1. "Agreement on founding of international Václav Havel award for human rights was ratified". МЗС Чехії. 2013-03-25. 2013-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-03. (ing.)
  2. "Homepage | Rights and Security International". www.rightsandsecurity.org. 29 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 September 2021.
  3. "PACE: News". assembly.coe.int. 2017-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  4. "PACE: News". assembly.coe.int. 2018-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-07.
  5. "Премію Вацлава Гавела дали білоруському політв'язню". BBC Україна. 2013-09-30. 2013-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-03.
  6. "Václav Havel Human Rights Prize – website-pace" (ingilis). 2023-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-18.
  7. http://website-pace.net/documents/10643/2019145/VHP-regulation-2016-en.pdf/139aede3-ddd5-4762-8191-46df2ee9eda1 Arxiv surəti 7 iyul 2018 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2018-07-07 at the Wayback Machine
  8. "PACE: News". assembly.coe.int. 2019-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  9. "Vaclav Havel Human Rights Prize awarded to Ilham Tohti". www.dw.com. 2019-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-30.
  10. "Human Rights Prize". www.assembly.coe.int. 2021-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  11. Václav Havel Human Rights Prize. "Focus on women's rights as three candidates shortlisted for the 2020 Václav Havel Prize". 2021-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  12. "2021 Václav Havel Prize awarded to Belarusian human rights activist Maria Kalesnikava". 2021-10-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-02.
  13. "Премия Вацлава Гавела присуждена Владимиру Кара-Мурзе". 2022-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-10.
  14. Мыльников, Павел. "Турецкий меценат Кавала стал лауреатом премии имени Гавела". Deutsche Welle. 2023-10-09. 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]