Qızılsu-Qırğız Muxtar dairəsi (qırğız.قىزىلسۇۇ قىرعىز اپتونوم وبلاسى Кызылсуу Кыргыз аптоном обласы; çin. 克孜勒苏柯尔克孜自治州 pinyin. Kèzīlèsū Kē'ěrkèzī Zìzhìzhōu; uyğ. قىزىلسۇ قىرغىز ئاپتونوم ئوبلاستى) — ÇXR-nın Sintszyan-Uyğur Muxtar Rayonunun qərbində muxtar bölgə. Qırğız dilindən tərcümədə Dairənin adı "qızıl (qırmızı) su" deməkdir, bu da bölgədə axan Qızılsu çayının adı ilə eyniyyət təşkil edir. Muxtar Dairənin səlahiyyətli idarəetmə orqanları Artuş şəhərində yerləşir.
Qızılsu-Qırğız Muxtar dairəsi | |
---|---|
Qırğız: قىزىلسۇۇ قىرعىز اپتونوم وبلاسى Кызылсуу Кыргыз аптоном обласы; çin. 克孜勒苏柯尔克孜自治州; uyğ. قىزىلسۇ قىرغىز ئاپتونوم ئوبلاستى | |
39°42′47″ şm. e. 76°10′18″ ş. u.HGYO |
|
Ölkə | Çin |
Daxildir | Sintszyan-Uyğur Muxtar Rayonu |
İnzibati mərkəz | Artuş (şəhər) |
Ən böyük şəhəri | Artuş (şəhər) |
Tarixi və coğrafiyası | |
Sahəsi | 69 845,8 km² km² |
Saat qurşağı | UTC+8 |
Əhalisi | |
Əhalisi |
|
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | 833400 |
Avtomobil nömrəsi | 新P |
Rəsmi sayt | |
Vikianbarda əlaqəli mediafayllar |
Qədim dövrlərdə Akçi nahiyəsinin ərazisində Yuitou knyazlığı yerləşirdi. Han Tarixi Kitabı "Han Şu"da (尉 頭) belə təsvir edilir: "300 ailə, 2300 nəfər, 800 döyüşçü, 4 Çinli məmur. Əhali köçəridirlər, onlar Külçə tərəfdə məskunlaşan Usunlar kimi geyinirlər". Uluğçat nahiyəsinin ərazisində isə Juandu knyazlığı var idi. Burada isə "Han Şu"ya (捐 毒) görə: "380 ailə, 1100 nəfər, 500 döyüşçü məskunlaşıb. Sakinləri köçərilərdir, adətləri sakların törəmələri olan Usunlara bənzəyir.
Qızılsu-Qırğız Muxtar dairəsi 14 iyul 1954-cü il tarixində qurulmuşdur. Bu, tarixdə ilk dəfə bütün bu torpaqların vahid inzibati ərazi daxilində birləşdirilməsi idi.
2010-cu il əhalinin siyahıya alınmasına görə, Qızılsu-Qırğız muxtar dairəsinin daimi əhalisi 525.570 nəfərdir. 2000-ci illə müqayisədə 10 ildə ümumi insan sayı 19,53% artaraq 85,882 nəfərə çatmışdır. Əhakinin ümumu artım tempi 1.80% -dir. Bunlardan kişi əhalisi 267 660 nəfərdir ki, bu da əhalinin 50.93%-ni, qadın əhalisi 257 910 nəfərdir ki, bu da 49.07%-ni təşkil edir. Ümumi cinslər arasında nisbət (qadın başına 100) 103.78-dir.
0-14 yaşlı əhali 146 343 nəfərdir ki, bu da 27,84%, 15-64 yaşlı əhali 354 774 nəfərdir ki, bu da 67,50%, 65 və yuxarı yaşda olanlar 24 453 nəfərdir ki, bu da 4,65 mindir.
Adı | Daimi yaşayan əhali (2010-cu il noyabr) | ||
---|---|---|---|
Sayı | Artım faizi (%) | Əhali sıxlığı | |
Artuş (şəhər) | 240 368 | 45,73 | 14,88 |
Akto nahiyəsi | 199 065 | 37,88 |
8,11 |
Akçi nahiyəsi | 38 876 | 7,40 | 3,05 |
Uluğçat nahiyəsi | 47 261 |
8,99 |
2,48 |
Ümumi | 525 570 | 100 | 7,25 |
Xalqlar | 2000[2] | 2010 | 2018 | |||
---|---|---|---|---|---|---|
Say | % | Say | % | Say | % | |
Uyğurlar | 281 306 | 63.98 % | 339 926 | 64.68 % | 408 738 | 65,9% |
Qırğızlar | 124 533 | 28.32 % | 143 582 | 27.32 % | 162 774 | 26,2% |
Hanlar | 28 197 | 6.41 % | 35 629 | 6.78 % | 41 404 | 6,7% |
Taciklər | 4 662 | 1.06 % | 5 547 | 1.06 % | ||
Dunqanlar | 432 | 0.10 % | 447 | 0.09 % | ||
Qazaxlar | 88 | 0.02 % | ||||
Tibetlilər | 51 | 0.01 % | ||||
Tucyalılar | 49 | 0.01 % | ||||
Özbəklər | 44 | 0.01 % | ||||
Monqollar | 40 | 0.01 % | ||||
Başqaları | 558 | 0.13 % | 167 | 0.03 % | 7 625 | 1,2% |
Ümumi | 439 688 | 100 % | 525 570 | 100 % | 620 591 | 100 % |
Muxtar dairə 1 şəhər dairəsinə və 3 nahiyəyə bölünür.
# | Nahiyələrin adı | Heroqriflər | Pinyin | Uyğur dili (ərəb şrifti) | Uyğur dili (latın şrifti) | Qırğız dili (ərəb şrifti) | Qırğız dili (kiril şrifti | Qırğız dili (latın şrifti | Əhali (2010) | Sahəsi (km²) | Əhali sıxlığı (/km²) |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
1 | Artur (şəhər) | 阿图什市 | Ātúshí shì | ئاتۇش شەھىرى | Atush shehiri | ارتىش شاارى | Артыш шаары | Artyş şaary | 240,368 | 15,698 | 15.31 |
2 | Akto nahiyəsi | 阿克陶县 | Ākètáo xiàn | ئاقتو ناھىيىسى | Aqto nahiyisi | ﺍﻗﺘﻮﻭ وودانى | Актоо ооданы | Aqtoo oodany | 199,065 | 24,555 | 8.10 |
3 | Akçi nahiyəsi | 阿合奇县 | Āhéqí xiàn | ئاقچى ناھىيىسى | Aqchi nahiyisi | اقچئي وودانى | Акчий ооданы | Aqçij oodany | 38,876 | 11,545 | 3.36 |
4 | Uluğçat nahiyəsi | 乌恰县 | Wūqià xiàn | ئۇلۇغچات ناھىيىسى | Ulughchat nahiyisi | ۇلۇۇچات وودانى | Улуучат ооданы | Uluuçat oodany | 47,261 | 19,118 | 2.47 |