İlk vətən

Kurqan fərziyyəsinə görə Hind-Avropalıların ilkin vətəni.

İlk vətən və ya urheymat (alm. ur‎, "mənşə" + Heimat, "vətən") — protodilin ilkin vətənini təsvir edən tarixi linqvistika termini.

Sözügedən dil ailəsinin yaşından asılı olaraq protodilin “vətəni” əgər yayılması tarixi köçlər nəticəsində baş veribsə, demək olar ki, qəti formada, çox qədim tarixi dövrlərdə meydana gəlibsə, daha az dəqiqliklə müəyyən edilə bilər.

Hind-Avropa[redaktə | mənbəni redaktə et]

Proto-Hind-Avropalıların (PIE) vətəni haqqında ən çox qəbul edilən nəzəriyyə bu dilin Qara dəniz-Xəzər çöllərində eramızdan əvvəl 4000-ci illərdə yayılmağa başladığını iddia edən “çöl fərziyyəsi”dir. Azlıqda qalan bəzi tədqiqatçılar isə əsas vətənin Anadoluda eramızdan əvvəl 8000-ci ildə mövcud olduğunu iddia edən Anadolu fərziyyəsini dəstəkləyirlər. Diqqətəlayiq bir ehtimal olsa da, üçüncü iddia, onların əsas vətənini Qafqazın cənubunda yerləşdirən erməni hipotezinin böyük ehtimalla həqiqətə uyğun olmadığı hesab olunur.

Neolit ​​kreolizasiyası fərziyyəsi, Paleolit ​​Davamlılıq Nəzəriyyəsi və Yerli Aryanlar nəzəriyyəsi də daxil olmaqla, proto-hind-Avropa xalqının əsas vətəni üçün bir neçə başqa nəzəriyyə də təklif edilmişdir.

Türk[redaktə | mənbəni redaktə et]

Türk dillərinin mənşəyi və yarandığı vaxtın müəyyənləşdirilməsi mübahisəli məsələlərdən olsa da, onların əsas vətəni üçün Transxəzər çöllərindən Şimal-Şərqi Asiyada mövcud olan Mancuriyaya qədər müxtəlif regionları əhatə edən bir çox nəzəriyyələr mövcuddur.

Ən qədim Çin qeydlərinə qədər yazılı mənbələrin olmaması və ilk türk xalqlarının köçəri təbiəti türk dilinin ilkin vətəninin yerini və tarixini təyin etməyi çətinləşdirir. Prototürk əsas vətənini tapmaq cəhdləri ümumiyyətlə Qərbi və Mərkəzi Sibirdə və onun cənub regionlarında inkişaf etmiş erkən arxeoloji üfüqlərlə əlaqələndirilir.

Türk populyasiyalarında aşkar edilən orijinal türk genetik təsiri Şərqdə ən yüksək səviyyədə olarkən, Qərbdə isə ən aşağı səviyyədədir. Türkiyə türklərində Mərkəzi Asiyanın genetik populyasiyaya töhfəsi cəmi 9% ətrafındadır.

İstinadlar[redaktə | mənbəni redaktə et]