İllirik (lat. Illyricum) — İlliriyanın yerində qurulan Roma Respublikasının əyaləti. Onun ərazisi müasir Albaniyadakı Drin çayından Xorvatiyanın şimalındakı İstriya və Bosniya və Herseqovinadakı Sava çayına qədər uzanırdı. Əyalətin mərkəzi Xorvatiyanın müasir Split şəhəri yaxınlığında yerləşən Solin (lat. Salonae) şəhəri idi.
Bosniya və Herseqovina tarixi | |
---|---|
Bu məqalələr ölkə seriyasındandır | |
Slavyanlardan öncəki dövr | |
İllirik • Dalmatsiya | |
Orta əsrlər | |
Bosniya banatı • Bosniya krallığı | |
Osmanlı İmperiyası | |
Bosniya əyaləti • Bosniya vilayəti | |
Avstriya-Macarıstan | |
Bosniya və Herseqovina kondominiumu | |
Yuqoslaviya | |
Vrbas banovinası • Drina banovinası • Zeta banovinası • Xorvatiya banovinası | |
Müstəqil Xorvatiya Dövləti | |
Bosniya və Herseqovina Sosialist Respublikası | |
Müstəqillik dövrü | |
Bosniya və Herseqovina Respublikası, Xorvatiya Herseq-Bosna Respublikası, Serb Respublikası, Qərbi Bosniya Respublikası | |
Bosniya və Herseqovina | |
İlliriya e.ə. 168-ci ildə romalılar İlliriya padşahı Gentinin ordusunu məğlub edəndən sonra dağıldı. E.ə. 167-ci ildən İlliriyanın cənub hissəsi Romanın protektoratı altında formal olaraq müstəqil dövlət oldu.
Bu bölgə Roma üçün böyük strateji və iqtisadi əhəmiyyət daşıyırdı. İlliriya sahillərində bir neçə böyük ticarət limanı yerləşirdi və ərazilərində qızıl hasil olunurdu. Eqnatia yolu İlliriyada başlayırdı, hansı ki Adriatik sahilindən Dirarxiyi (indiki Durres) Mərmərə dənizinin sahilindəki Bizans ilə birləşdirirdi.
E.ə. 59-cu ildə Vatininin qanuna görə, illiriya Roma əyaləti İllirikə çevrildi və Sizalpin Qalliyası ilə birlikdə prokonsul olan Sezara verildi.
Roma dövləti eramızdan əvvəl 12—9-cu əsrlərdə Pannoniya müharibəsi (lat. Bellum Pannonicum) kimi tanınan bir sıra hərbi kampaniyalarda genişləndikcə İllirik əyaləti genişlənirdi. 10-cu ildə, Böyük üsyandan sonra (lat. Bellum Batonianum) İllirik əyaləti iki hissəyə bölündü: şimalda Pannoniya və cənubda Dalmatsia yarandı. "İllirik" sözü bu bölgənin adı kimi istifadə edilməyə davam etdi və daha sonra bu ad imperator Diokletian özünün yaratdığı İlliriya pretoriya prefekturasına da bu adı tətbiq etməyə başladı, buraya Pannoniya, Norik, Krit və Frakiyadan başqa bütöv Balkan yarımadası daxil idi.
Bu bölgənin yerli sakinləri tez-tez orduda görkəmli vəzifə sahibi idilər. II Klavdi, Avrelian, I Konstantin və Diokletian kimi Roma imperatorları və I Anastasi və I Yustinian kimi Bizans imperatorları buralı idilər.