İlqar Musayev (general)

İlqar Əli oğlu Musayev (15 sentyabr 1975, Bakı) — general-leytenant, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi (2022-ci ildən), İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini (2017–2022).

İlqar Musayev
Vəzifədədir
15 iyul 2022-ci ildən
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
Əvvəlkivəzifə təsis edilib
11 may 2017 – 15 iyul 2022
Prezidentİlham Əliyev
RəisMədət Quliyev
Əli Nağıyev
Şəxsi məlumatlar
Doğum tarixi 15 sentyabr 1975(1975-09-15) (49 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti siyasətçi
Rütbəsi
General-leytenant

Təltifləri 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2019 "Hərbi xidmətlərə görə" medalı — 2008

Həyatı və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İlqar Musayev 1975-ci il 15 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman AkademiyasındaAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır.[1]

Əmək fəaliyyətinə 1994-cü ildə başlamışdır.

1994-cü ildən 2015-ci ilədək Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin müvafiq qurumunda xüsusi dövlət rabitəsi sahəsi üzrə məsul vəzifələrdə xidmət etmişdir.

2015-ci ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq xidmətini Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində məsul vəzifələrdə davam etdirmişdir.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 2017-ci il tarixli Sərəncamı ilə İlqar Musayevə general-mayor ali hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11 may 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin olunmuşdur.[2]

Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2020-ci il tarixli Sərəncamı ilə İlqar Musayevə general-leytenant ali hərbi rütbəsi verilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin olunmuşdur.[3]

Xidmət etdiyi müddətdə çoxsaylı dövlət təltiflərinə və digər mükafatlara layiq görülmüşdür:

  1. "XRİTDX — Rəhbərlik". 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  2. "İ. Ə. Musayevin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  3. "İ. Ə. Musayevin Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.
  4. "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarına ali hərbi rütbələrin verilməsi haqqında və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamları". 2022-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-24.