İmabara qəsri (今治城, İmabara-co?) – Yaponiyanın Ehime prefekturasının İmabari şəhərində yerləşən qəsr. Qəsr Takamatsu və Nakatsu qəsrləri ilə birlikdə Yaponiyanın üç "dəniz qəsri"ndən (mizuciro) biridir.[1]
İmabari qəsri | |
---|---|
yap. 今治城 | |
İmabari, Ehime prefekturası ( Yaponiya) | |
Tipi | Yapon qəsri |
Nəzarət olunur | İi klanı (1622–1874) Yaponiya (1874–hazırda) |
Tikinti yerinin tarixi | |
Tikilib | 1602–1604 |
İnşaatçı | Toda Takatora |
İstifadə illəri | 1604–1873 |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsr yerli daymyo Todo Takatora tərəfindən XVI əsrdə tikdirilmişdir. O, 1602–04-cü illərdə qəsri tikdirmək üçün biliklər və texnikalar haqqında məlumatlar toplamışdır. Ərazini idarə etmək üçün nəzərdə tutulmuş orijinal qəsr Karako dağının zirvəsində yerləşən Kofuku qəsri idi. Lakin Takatora düşünmüşdü ki, Kofuku qəsrinin yeri idarəetmə üçün yaxşı deyil və bu qəsri sökərək İmabari qəsrini tikdirmişdir.
1635-ci ildə bu qəsr və İmabari hanı Tokuqava İeyasunun qohumu olan Matsudayra Sadafusanın nəzarətinə keçmişdir. Ondan etibarən bütün Edo dövrü boyunda qəsri onun davamçıları idarə etmişdir.
Meyci islahatından sonra yeni hökumət qəsrin bütün tikililərini məhv etmişdir. Qəsrin ərazisi isə yerli Şinto məbədinə verilmişdir. 1980-ci ildə İmabari şəhərinin yerli hökuməti qəsrin tenşusunu bərpa etmiş və yenidən tikdirmişdir.
İmabari qəsri dəniz suyu ilə doldurulmuş xəndəyi, hündür daş divarları və nadir əsas darvaza stili ilə seçilir. Xəndəyin ümumi uzunluğu 60 metrdir və əsas funksiyası oxların qarşısını almaq idi. Hündür daş divarlar Edo dövründən dəyişilməmiş qalmışdır.
İmabari qəsrinin sadəcə xəndəyi və daş divarları orijinaldır. Qalan bütün hissələri yenidən tikilmiş və bərpa olunmuş tikililərdir. Qəsrin yenidən tikilmiş tenşusu orijinal tenşunun təkcə fasadını təkrarlayır. İnteryer müasirdir və orijinal variantla uyğun deyil. Qəsrin içində qəsrlə bağlı silah, fotoqrafiya, zireh, yazı sərgiləri mövcuddur. Tenşunun yuxarı mərtəbəsindən bütün şəhəri görmək mümkündür. Eyni zamanda tenşu şəhərin milli təbiət muzeyinə ev sahibliyi edir.