Hikone qəsri (彦根城, Hikone-co?) – Yaponiyanın Şiqa prefekturasının Hikone şəhərində yerləşən qəsr. Şiqa prefekturasının ən əhəmiyyətli tarixi abidəsi hesab olunur. Hikone orijinal tenşuya malik 12 yapon qəsrindən və Milli xəzinə elan olunmuş 5 yapon qəsrindən bidir.
Hikone qəsri | |
---|---|
yap. 彦根城 | |
Hikone, Şiqa prefekturası ( Yaponiya) | |
Tipi | Azuçi-Momoyama qəsri |
Yer haqqında informasiya | |
Nəzarət olunur | İi klanı (1622–1874) Yaponiya (1874–hazırda) |
Vəziyyəti | yaxşı |
Tikinti yerinin tarixi | |
Tikilib | 1603–1622 |
İnşaatçı | İi Naokatsu |
İstifadə illəri | 1622–1876 |
Materiallar | taxta, daş |
Vikianbarda əlaqəli mediafayllar |
Qəsrin hazırkı ərazisində keçmiş dövrlərdə Hoqon məbədi adlı buddist məbədi mövcud idi. Hoqon məbədi 1080-ci ildə tikilmişdir və buddistlər üçün populyar zəvvarlıq yeri idi.[1]
Hikone qəsrinin tikintisinə 1603-cü ildə daymyo İi Naomasanın oğlu İi Naokatsu tərəfindən başladılmışdır. Qəsrin donjonu 1575-ci ildə Otsu qəsrinin bir hissəsi kimi tikilsə də, İi klanı tərəfindən Hikone qəsrinə köçürülmüşdür. Qəsrin digər hissələri isə Naqahama qəsrindən götürülmüşdür.[2] Hikone qəsri 1622-ci ildə tamamlanmışdır. Naokatsunun torpaqları Tokuqava şoqunluğu tərəfindən götürüldüyü üçün qardaşı Naotaka Omi əyalətinə sahib olduqdan sonra keçmiş Savayama qəsrindən topladığı daşlarla Hikone qəsrinin tikintisini tamamlamışdır.
1868-ci ildəki Meyci islahatından sonra bir çox feodal qəsrin məhv edilməsinə qərar verilmişdir. Lakin ərazidə olmuş imperator Hikone qəsrinin saxlanılmasına qərar vermişdir. Hazırda Hikone qəsri ən qədim salamat qalmış yapon qəsrlərindən biridir. Hikone qəsrinin əsas donjonu 1952-ci ildə hökumət tərəfindən Milli xəzinə elan olunmuşdur. Hikone qəsrinin bəzi hissələri də əhəmiyyətli milli-mədəni mülk statusu almışdır: Umaya, Tenbin Yaqura, Taykomon Yaqura və Nişinomaru Sancu Yaqura.[3]