İmamverdi İsmayılov (siyasətçi)

İmamverdi İbiş oğlu İsmayılov (10 iyun 1958, Vənədli, Zəngilan rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I, I, III, IV, V, VIVII çağırış deputatı (1995-ci ildən).

İmamverdi İsmayılov
Vəzifədədir
24 noyabr 1995-ci ildən
Seçki dairəsiI çağırış — 95 saylı Laçın–Zəngilan–Qubadlı
II çağırış — 86 saylı Zəngilan–Qubadlı
III, IV, V, VIVII çağırış — 125 saylı Zəngilan–Qubadlı
Şəxsi məlumatlar
Doğum tarixi 10 iyun 1958(1958-06-10) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Şöhrət" ordeni — 2018 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2015

İmamverdi İbiş oğlu İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənədli kəndində anadan olub.[1]

S. Kirov adına Azərbaycan Dövlət Universitetinin Jurnalistika bölməsinndəSosial İdarəetmə və Politologiya İnstitutunda təhsil alıb.[1] Rus və ingilis dillərini bilir.[1] Ailəlidir. 3 övladı var.[1]

İmamverdi İsmayılov 1980–1987-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində, 1987–1990-cı illərdə Azərbaycan Televiziyasında, 1990–1992-ci illərdə isə "Kirpi" satira jurnalında çalışıb.[1]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İmamverdi İsmayılov Vətəndaş Həmrəyliyi Partiyasınin ilk üzvlərindən biri və partiyanın Zəngilan rayon təşkilatının sədri müavini olmuşdur. 1994-cü ilin dekabr ayında VHP üzvlüyündən istefa vermişdir.

İmamverdi İsmayılov 24 noyabr 1995-ci ildən Azərbaycan Respublikasının Milli Məclisinin deputatıdır.[1]

Milli Məclisin 1995–2000-ci illərdə Sosial siyasət Daimi Komissiyasının üzvü[2], 2000–2005-ci illərdə İnsan hüquqları Daimi Komissiyasının üzvü[3][4], 2005–2010-cu illərdə Mədəniyyət məsələləri Daimi Komisiyyasının üzvü[5][6], 2010–2020-ci illərdə Mədəniyyət Komitəsinin üzvü olub.[7][8][9][10] 2020-ci ildən isə İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvüdür.[1][11]

2024-cü il oktyabrın 8-də Azərbaycan — Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[12]

İmamverdi İsmayılov Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür.

İmamverdi İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevin 8 iyun 2018-ci il tarixli Sərəncamına əsasən "Şöhrət" ordeni ilə təltif olunub.

  1. 1 2 3 4 5 6 7 Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "İSMAYILOV İmamverdi İbiş oğlu". www.meclis.gov.az. 01.01.2022. 2022-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
  2. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "İSMAYILOV İmamverdi İbiş oğlu". www.meclis.gov.az. 01.01.2022. Archived from the original on 2022-07-07. İstifadə tarixi: 01.01.2022.
  3. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Respublikası Milli Məclisinin İnsan hüquqları Daimi Komissiyası üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.12.2000-ci il tarixli 18-IIQR nömrəli Qərarı". e-qanun.az. 01.01.2022. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
  4. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "İSMAYILOV İmamverdi İbiş oğlu". www.meclis.gov.az. 01.01.2022. Archived from the original on 2022-07-13. İstifadə tarixi: 01.01.2022.
  5. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət məsələləri Daimi Komissiyası üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14.12.2005-ci il tarixli 17-IIQR nömrəli Qərarı". e-qanun.az. 01.01.2022. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
  6. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "İSMAYILOV İmamverdi İbiş oğlu". www.meclis.gov.az. 01.01.2022. Archived from the original on 2022-07-13. İstifadə tarixi: 01.01.2022.
  7. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 07.12.2010-ci il tarixli Qərarı". e-qanun.az. 01.01.2022. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
  8. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "İSMAYILOV İmamverdi İbiş oğlu". www.meclis.gov.az. 01.01.2022. Archived from the original on 2022-07-18. İstifadə tarixi: 01.01.2022.
  9. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 01.12.2015-ci il tarixli 19-VQR nömrəli Qərarı". e-qanun.az. 01.01.2022. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
  10. Azərbaycan Milli Məclisinin rəsmi internet səhifəsi. "İSMAYILOV İmamverdi İbiş oğlu". www.meclis.gov.az. 01.01.2022. Archived from the original on 2022-07-23. İstifadə tarixi: 01.01.2022.
  11. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin üzvlərinin seçilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 14.03.2020-ci il tarixli 16-VIQR nömrəli Qərarı". e-qanun.az. 01.01.2022. 2022-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01.01.2022.
  12. "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.