İncəoğlu

İncəoğlu - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.

İNCƏOĞLU
41°21′47″ şm. e. 44°30′18″ ş. u.HGYO
Ölkə  Gürcüstan
Rayon Bolnisi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 400 m
İncəoğlu xəritədə

İncəoğlu kəndinin təxminən 250-300 illik bir tarixi var. Kəndin yaranma tarixi dəqiq məlum deyil. Deyilənlərə görə, kəndin əsasını qoyan, bu yerlərdə ilk dəfə məskən salan vaxtilə Qazax rayonunun İncə dərəsinin Aslanbəyli kəndindən gəlmiş İncə kişi olub. Məhz elə ona görə kəndin adı İncəoğlu olub (İncə kişinin törəmələri: Nəbi – Daşdəmir – Emin – Mənsur). İncə kişidən sonra kəndin ilk sakinləri olan törəmələr İncə kişinin şərəfinə kəndin adını “İncəoğlu” qoyublar. Deyilənlərə görə, İncə kişi təxminən XVІІ əsrin sonunda, XVІІІ əsrin əvvəllərində yaşamışdır.İncə kişi kəndə gələndə burada gürcülər yaşayırmışlar. Sonralar gürcülər buradan köçüb getmişlər və yavaş-yavaş buralarda biz, yəni türklər məskunlaşmağa başlamışıq.

Fiziki-coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]