Abdallı (Borçalı)

AbdallıGürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Çörük Qəmərli rayonunun inzibati-ərazi vahidində kənd.

Abdallı
ჯავშანიანი
41°26′02″ şm. e. 44°26′02″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 400 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 476 nəf. (2014)[1]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 1100[2]
Xəritəni göstər/gizlə
Abdallı xəritədə
Abdallı
Abdallı

Abdallı kəndi Maşaver çayının sol sahilində, rayon mərkəzindən 11 km günbatarda, avtomobil magistral yolunun kənarında, dəniz səviyyəsindən 620 metr hündürlükdə yerləşir.

1903-cü ildə erməni-azərbaycanlı münaqişəsi zamanı bu kənd Ağdamın Abdal-Gülablı kəndindən qaçqın düşən insanlar tərəfindən salınıb. İlk öncə bu kənd Marneuli rayonunun Kişmiştəpə ərazisində məskunlaşmışdır. Sonradan 1905-ci ildə indiki Abdallıya köçüb. Bir il sonra kəndin varlı təbəqəsi Dmanisi rayonunun Qızılkilsə kəndinə köç etmişlər. Sonradan kəndin adı dəyişdirilərək Cavşanı olmuşdur. Lakin 1990–1991-ci illərdə Gürcüstan hakimiyyətinin zorla gürcüləşdirmə siyasəti çərçivəsində kəndin əhalisinin istəyinin əleyhinə olaraq kəndin adı dəyişdirilərək Cavşaniani qoyulub. Kəndin əhalisi indi də Abdallının tarixi adı geri qaytarılmasını tələb edir.[3]

Abdallı toponimi qədim Ağ Hunlar sayılan Abdal tayfası ilə əlaqələndirilə bilər.

Əhalisi 1870-ci ildə 216 nəfər; 1918-ci ildə 253 nəfər, 1926-cı ildə 40 ailədə 232 nəfər, 2002-ci ildə 232 ailədə 829 nəfər, 2006-cı ildə 185 ailədə 800 nəfər olub.

Tanınmış şəxsiyyətləri

[redaktə | mənbəni redaktə et]

Abdallının tanınmışları içərisində ilk öncə məşhur Borçalı qaçağı Kor İsmayıl yada düşür. Gürcü və rus çarlarına qarşı amansız mübarizə aparan İsmayılın dəstəsində 100-dən çox Borçalı fəalı vardı. Çox təəssüf ki, sapı özümüzdən olan baltalar tərəfindən həlak edilən İsmayılın gerbi hazırda Cəfərli kəndindədir. Onun övladları Abdallıda və Qoçuluda yaşayırlar.

Hazırda kənddə 2 orta məktəb və klub fəaliyyət göstərir. İlk orta məktəb 1927-ci ildə açılıb (2005-ci ildə 13 sinifdə 136 şagird təhsil alırdı).

Memarlıq abidələri

[redaktə | mənbəni redaktə et]

Abdallı kəndi yaxınlığında qaya üzərində Koroğlu qalası yerləşir.

borchali.net — də: Abdallı kəndi Arxivləşdirilib 2012-05-17 at the Wayback Machine

  1. https://web.archive.org/web/20201111231932/http://www.geostat.ge/index.php?action=page&p_id=2152&lang=geo.
  2. http://ufps.org/index.php?option=com_content&task=view&id=35.
  3. "Arxivlənmiş surət". 2012-05-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-06-21.