İndoneziyada İslam — islam dini İndoneziya ərazisində.
Bu ölkədə islam dini tacirlərin vasitəsilə yayılıb[1].
XIII-XIV əsrlərdə Azərbaycan torpaqlarından gələn qafqazlı Mövlanə Malik İbrahim əs-Səmərqəndi və yaxud da Sunam Qirsik deyə tanınan şəxsin İndoneziyaya gəlişi ilə islam dini bu torpaqlarda formalaşmağa başlamışdır[2]. O, Səmərqənddə dini təhsil aldıqdan sonra, İndoneziyaya gələrək burada islam dinini yaymağa başlamışdır[2].
İndoneziya əhalisinin böyük əksəriyyəti - 87 faizi müsəlmanlardır[1]. Hazırda 250 milyon nəfərdən artıq müsəlman əhalisi olan İndoneziya dünyada müsəlman əhalisinin sayına görə birinci yerdə durur[1].
Açeh İndoneziyanın yeganə əyalətidir ki, burada şəriət məhkəmələri fəaliyyət göstərir. Bu məsələ 2004-cü ildə müzakirələrə səbəb oldu və narahatlıq doğurdu. Müzakirə əsnasında qaldırılan bir çox məsələlər din azadlığına toxunurdu. Bununla belə, Açeh dövlətin şəriətə xüsusi icazə verdiyi yeganə əyalət olaraq qaldı.[3]
İslam haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |