Ermənistanda islam — hal-hazırda bu ölkədə bu dinin ardıcılları azlıq təşkil edir. Ancaq dünya tarixinin müəyyən dövründə indiki Ermənistan ərazisində əhalisinin böyük əksəriyyəti müsəlman olan İrəvan xanlığı adlı dövlət mövcud olmuşdur[1]. Hal-hazırda isə Ermənistanda yalnız az sayda kürd və farslar islam dinində etiqad edir. 2 min nəfərdən ibarət olan kürd-müsəlman icması əsasən Ellər rayonu ərazisində cəmləşmişdir. Rusiya imperiyasının bölgəni ələ keçirməsindən sonra bura çoxlu sayda erməni köçürməsinə baxmayaraq, Qarabağ münaqişəsinə qədər Ermənistan ərazisində böyük azərbaycanlı-müsəlman icması yaşayırdı. Bununla belə XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi müəyyən dövrlərdə davam etdirilmişdir. Müharibə öncəsi artıq Ermənistanda demək olar ki, azərbaycanlı-müsəlman qalmamışdır.
İndiki Ermənistan ərazisində islamın meydana gəlməsi VII əsrdəki ərəb fəthləri ilə əlaqədardır. X əsr ərəb müəllifi İbn Havqəl Ermənistan haqda məlumatlar vermişdir[2] Ərəblər bölgədə hakimiyyətlərinini möhkəmlətmək və islamı yaymaq məqsədi ilə bura çoxlu ərəb köçürmüşdür[3].
X əsrdə Mərkəzi Asiyada islamı qəbul etmiş Oğuzlar artıq XI əsrdən bölgədə müşahidə olunmağa başlanmışlar. XI əsrdə isə türk-səlcuq axınları nəticəsində bölgə oğuz-müsəlman birliklərinin əlinə keçmişdir. İstər bu hadisə istərsə hələ ismalın bölgədə kök salmnasımndan öncə Sasani-Bizans müharibələri nəticəsində ərazi demək olar ki boşaldılmışdı. Bölgəyə XIII əsrdə yeni türk-müsəlman axınlarına səbəb monqol yürüşləri olur. Sonradan isə Teymurilərin bölgəni nəzarətdə saxlaması türk-müsəlman faktorunu bölgədə hakim mövqeyə çıxarır[4]. XVI əsrdə ermənilərin isılamlaşdırılmasına cəhd göstərilmişdir. Bununla bağlı hətta "Cəfər qanunu" qanunu qəbul edilir. qanuna əsasən islamı qəbul etmiş erməni valideynlərinin vərəsələrini özünə qaytara bilərdi [5]. Bölgənin sakinlərinin Səfəvi şahı I Şah Abbas tərəfindən 1603-cü ildə təşkil etdiyi "Böyük sürgün" siyasəti nəticəsində demokrafik vəziyyət tamamən dəyişmişdir.
1580–1600-cü illərdə İrəvan vilayəti ərazisinə Ustaclı adlı türk tayfası köç etmişdir. XVI əsrin sonrları və XVII əsrin əvvəllərində bölgəyə alpout və bayat tayfalarınıən gəliçi məlumdur.
XVI əsrdə İrəvan bölgəsində üç kürd tayfası yaşayırdı — çamışkisək, xnuslu və pazuk.
1826-cı ildə İrəvan xanlığı ərazisində 90 min müsəılman yaşayırdı. Bunun isə 54 810 nəfəri türk-oğuzlar (ustaclı, bayat, ayrum və qacarlar 10 000 ailə), 25 237 nəfəri kürd (çamışkisək, xnuslu və pazuk (5 223 ailə)) və 10 000 fars əsgəri idi[6].
İndiki Ermənistan ərazisinin 1828-ci ildə Rusiya imperiyasına birləşdirilməsi zamanı bölgədə 107 min əhali yaşayırdı. Bunun isə 87 mini müsəlman idi. Ermənilərin İrəvan, Naxçıvan və Qarabağ bölgələrinə köçürülməsi sonrası, müsəlmanların buradan çılxarılması prosesi başlayır. Artıq bunun nəticəsi olaraq 1831-ci ildə bölgədə müsəlmanların sayı 50 minə qədər azalır. Bununla belə İrəvan hələ də müsəlman şəhəri olaraq qalırdı. 11400 əhalisi olan şəhərin 7 000 müəlman idi[7]. 1869-cu ildə İrəvan qəzasında 60 məscid vardı[8].
1879-cu il məlumatına görə İndiki ermənistan ərazisində yerləşən məscidlər:
1897-ci il əhalinin siyahıya alınmasına əsasən İrəvan quberniyasında 92.323 nəfərdən 25.218 nəfəri müsəlman (əhalinin 27,3%) idi. Digər məlumnatda ümumi əhalinin 41 % müsəlman olması (36,7 % — şiələr, 4,3 % — sünnilər) qeyd edilir. 1896-cı ildə Yeni Bəyazid qəzası ərazisində (indiki Geğarkunik mərzi) 10 müsəlman məktəbi və 13 məscidi var idi.
XX əsrin əvvəllərində İrəvan qəzası əhalisinin 62 % (52,5 % şiə) və Eçmiədzin qəzası əhalisinin 35,6 % müsəlman idi (30 % şiə).
1832-ci ildə İ. Şopen İrəvan şəhərində 12 məscid qeydə almışdı: Came məscidi, Qala məscidi, Şah Abbas məscidi, Zal xan məscidi, Novruzəli bəy məscidi, Sərtib xan məscidi, Hüseynəli xan məscidi, Hacı İmamverdibəy məscidi, Hacı Cəfərbəy məscidi[9]. və s. Erməni vandalları Qərbi Azərbaycan ərazisində salamat qalmış bir sıra Azərbaycan və bütün alban abidələrini erməniləşdirmişlər.[10]
Göydələn minarələri olan İrəvan məscidləri şəhərin əsas siluetini səciyyələndirən qurğulardan idi. Belə məscidlərin elə 4-ü qalanın "Şəhər" adlı məhəlləsində yerləşirdi: "Novruzəli xan", "Hüseynəli xan" (Göy məscid), "Xoca Səfərbəy" və "Məhəmməd Sərtibxan" məscidləri. 1604-cü ildə I Şah Abbas İrəvan qalasını osmanlılardan azad edəndən sonra Sərdar sarayının şərq tərəfində möhtəşəm bir məscid inşa etdirdi. 1606-cı ildə inşa edilən bu məscidin memarı o vaxtın məşhur sənətkarı Şeyx Bahəddin idi. Gəncə məscidi ilə ümumi oxşarlığı olan İrəvan məscid kompleksinə mədrəsə, kitabxana, mehmanxana və müxtəlif təyinatlı tikililər daxil idi. 1918-ci ilə qədər məscid və ətrafındakı binalar kompleksi yarıuçuq da olsa, qalırdı. Sonralar tamamilə məhv edildi.
1725-ci ildə Rəcəb Paşa tərəfindən İrəvan qalasında yeni bir məscid inşa edildi. XVIII əsrdə Abbas Mirzə tərəfindən inşa etdirilən məscid də memarlıq üslubuna görə hər kəsi heyran edəcək gözəllikdə olmuşdur. Ruslar İrəvan qalasını işğal etdikdən sonra (1827) Abbas Mirzənin inşa etdirdiyi məscid tamamilə sökülmüş, Rəcəb Paşanın ucaltdırdığı məscidin yerində isə rus kilsəsi tikilmişdir.
Göy məscid adı ilə məşhur olan Hüseynəli xan məscidinin öncə dörd minarəsi olmuşdur[11]. İkinci dünya müharibəsindən sonra məscidin üç minarəsini dağıtmışlar. Son dövrlərə qədər təkminarəli də olsa, Göy məscid İslam nişanəsi kimi şəhərdə diqqəti cəlb edən abidələrdən idi.
XX yüzilliyin əvvəllərinə qədər İrəvan qalasında 8 məscid fəaliyyət göstərmişdir. İndi onların izi belə qalmamışdır. İrəvan qalasında ən qədim məscid 1510-cu ildə Şah İsmayılın əmri ilə inşa olunmuşdur. 1918-ci ildə ermənilər həmin məscidə müsəlmanları dolduraraq, od vurub yandırmışlar. Məscid insanlarla birgə tamamilə yanıb külə dönmüşdür.
Ümumiyyətlə, 1912-ci ilə qədər Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində İrəvan qəzasında 42, Eçmiədzin qəzasında 33, Zəngəzur qəzasında 35 məscid fəaliyyət göstərmişdir. Hazırda bu məscidlərin heç biri qalmamış, hamısı ermənilər tərəfindən dağıdılmışdır
1915-ci ildə Zəngəzur və İrəvan quberniyasının ərazisində 382 şiə məscidi, 9 sünni məscidi fəaliyyət göstərib. İrəvan quberniyasında məscidlərin artma dinamikası 1904-cü ildə 201, 1911-ci ildə 342, 1915-ci ildə 382 şəklində olub. Bu artım dinamikası bölgədə müsəlman əhalisinin sürətlə artmasından və bu ərazidə müsəlman ruhanilərinin güclü mövqeyindən xəbər verir. Məhəllə məscidləri Zəngəzurun Şəki, Vaqudi, Mərdhuz, Qarraq, Saldaş, Karkyal, Ağbəs, Ağbağ, Hacıəmi, Ballıqaya, Karkas, Çaralı, Xardcmaqlı, Dəstəkərd, Qalacıq, Cicimli 1, Cicimli 2, Qaroaçalı, Seydlər, Mollalar, Təzə Kilsə, Nərcan, Zor, Əfəndilər, Pasan, Xurtekes, Hacıqəmbər, Qarabağlar, Dəmirçilər, Dondarlı, Kurdaluq, Ulaclı, Saraclı, Dərzili, Oxçi, Kaqlar kəndlərində fəaliyyət göstərib. Ümumilikdə İrəvan quberniyasının Eçmiədzin uyezdində 36 məhəllə məscidi, Sürməli uyezdində 47 məhəllə məscidi, Şərur-Dərələyəz uyezdində 63 məhəllə məscidi, Novobayəzed uyezdində 14 məhəllə məscidi, İrəvan uyezdində 54 məhəllə məscidi fəaliyyət göstərib. Bu məscidlərdə quberniyada anadan olanların, ölənlərin, evlənənlərin, boşananların qeydiyyatı aparıb. Hər məhəllənin mollası qubernator tərəfindən təyin olunub. İrəvan şəhərinin özündə isə XX əsrin əvvəlinə kimi Qədim Şəhər, Çame, Hacı Novruzəlibəy, Hacı İmamverdibəy, Mirzə Səfibəy, Hacı Cəfərbəy məscidləri fəaliyyət göstərib. İrəvanın Came məscidi kompleksində iri mədrəsə binası da mövcud olub. Bu tarixi abidələrin əksəriyyəti ermənilər tərəfindən vəhşicəsinə məhv edilib, yaxud mənşəyi dəyişdirilib.
"[The Armenians] formed less than 20 percent of the total population (20,000) of the khanate of Erevan, with the Muslims exceeding 80 percent. In any case, at no time in the Persian period was the Armenian population a majority or on par with the Muslims. Although the survey indicated an Armenian majority in some mahals, this was only after the emigration of over 25,000 Muslims from the territory; thus there is no evidence of an Armenian majority during the Persian administration".