İnoue Enryo

İnoue Enryo (井上 円了?, 18 may 18586 iyun 1919, Dalyan, Yaponiya imperiyası)Yaponiya filosofu, buddist mütəfəkkiri və pedaqoqu. Fəlsəfənin populyarlaşdırılması ilə məşğul olmuş, Toyo Universitetinin əsasını qoymuşdur.

İnoue Enryo
yap. 井上円了
Doğum tarixi 18 may 1858(1858-05-18)
Vəfat tarixi 6 iyun 1919(1919-06-06) (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Beyin qansızması
Təhsili
Fəaliyyəti filosof, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İnoue Enryo 1858-ci ildə indiki Niiqata prefekturasında doğulmuşdur. Ailəsi buddizmin Codo Şin sektasına mənsub idi.[1] Tadanori İşiqurodan Çin klassikləri dərsi almış, Naqaoka İngilis Məktəbində ingilis dilini öyrənmişdir.[2]

İnoue Honqan məbədi tərəfindən Tokio Universitetində təhsil almağa göndərilmiş,[2] 1885-ci ildə universiteti bitirmişdir. Universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur.[1] Universitetdə oxuduğu vaxt 1884-cü ildə Tetsuqukayı təsis etmişdir.[3]

İnoue 1887-ci ildə Toyo Universitetinin sələfi olan fəlsəfə institutu Tetsuqakukanı qurmuşdur. Qautama Budda, Konfusi, Sokratİmmanuel Kant kimi filosofların fikirlərinin sintezini yaratmağa çalışmışdır. Buddizmi Qərb fəlsəfəsi ilə interpretasiya etmişdir.[1] O, Yaponiyanın qərbləşməsindən narahat olmuş, Şərq ideyalogiyasını yaymaq üçün "Nihonjin" jurnalını yaratmışdır. 1888 və 1902-ci illərdə Avropaya səyahət etmişdir. 1906-cı ildə Tetsuqakukanın direktorluğu vəzifəsindən istefa etmişdir.[2]

İnoue 120-dən çox kitab yazmışdır. Mistik hadisələri və yokayları araşdırmışdır. 1895-ci ildə nəşr olunmuş 8 cildlik "Kabuslar haqqında mühazirələr" (Yokayqaku koqi) əsas əsərlərindən biridir.[1] O, bütün Yaponiyanı gəzərək mifologiya və xurafatlar haqqında araşdırmalar aparmış, xurafatların əsassız olduğunu sübut edərək insanları maarifləndirməyə çalışmışdır. Digər əsərlərinə "Fəlsəfə haqqında müzakirələr" (Tetsuqaku issekiva), "Praktik etika haqqında araşdırmalar" (Şinkaqu koqu) və "Dinin yeni interpretasiyası" (Şukyo Şinron) daxildir.[2]

  1. 1 2 3 4 Kodansha Encyclopedia of Japan. səh. 309
  2. 1 2 3 4 The Japan Biographical Encyclopedia & Who's Who. səh. 379
  3. "İnoue Enryo". Portraits of Modern Japanese Historical Figures (ingiliscə). Milli Diet Kitabxanası. 20 avqust 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 avqust 2024.