İntiqam Qasımov

Qasımov İntiqam Böyükağa oğlu — tənqidçi, tərcüməçi, 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (2003), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).

İntiqam Qasımzadə
İntiqam Böyükağa oğlu Qasımzadə
Digər adı İntiqam Qasımov
Doğum tarixi (80 yaş)
Doğum yeri Şuşa, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti tənqidçi, tərcüməçi
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2003"Humay" mükafatı — 2013

İntiqam Qazımzadə 1943-cü il avqustun 12-də Şuşa şəhərində anadan olmuşdur. Bakıdakı 7 saylı şəhər orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1960–1965). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin aspirantı olmuşdur. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ssenari-redaksiya heyətinin üzvü (1969–1974), "Azərbaycan" jurnalı redaksiyasında ədəbi işçi, tənqid şöbəsinin müdiri (1976–1979), məsul katib, baş redaktorun müavini (1979–1997) vəzifələrində çalışmışdır. Hazırda həmin jurnalın baş redaktoru vəzifəsində işləyir (1997-ci ildən). Ədəbi yaradıcılığa erkən başlasa da, 1968-ci ildən dövri mətbuatda ədəbi-tənqidi məqalələri müntəzəm çap olunur. Bədii tərcümə ilə ardıcıl məşğul olur. Kamil Yaşenin pyeslərini, Vasil Bıkovun povestlərini, Şandor Radonun "Təxəllüs "Dora"" romanını rus dilindən doğma dilə çevirmişdir. "Bayatı" ədəbi televiziya almanaxının müəllifidir (1980-ci ildən). Onun ssenarisi əsasında bir neçə animasiya və sənədli film çəkilmişdir.

Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı ilə təltif edilmişdir (1984).

  • "Əməkdar incəsənət xadimi" — 27.01.2003[1]

2013-cü ilin mayında Azərbaycan ədəbiyyatındakı xidmətlərinə görə "Humay" milli mükafatına layiq görülmüşdür[2].

6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[3]

Tərcümələri

[redaktə | mənbəni redaktə et]

(ruscadan)

  1. Kamil Yaşen. Darmadağın; General Rəhimov; Namus və məhəbbət. Bakı: Azərnəşr, 1979, 180 səh. (şərikli).
  2. Şandor Rado. Dora. Bakı: Azərnəşr, 1981, 360 səh.
  3. Vasil Bıkov. Kruqlyan körpüsü (povestlər). Bakı: Yazıçı, 1988, 328 səh.
  1. Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film) — redaktor
  2. Bəstəkar Cahangir Cahangirov (film, 2013)
  3. Bir anın həqiqəti (film, 2003)
  4. Daşkəsən (film, 1973)
  5. Dərvişin qeydləri (film, 2013)
  6. Ən vacib müsahibə (film, 1971)
  7. Fitnə (film, 1970)
  8. Həyat bizi sınayır (film, 1972)
  9. Xəzinə (film, 1970)
  10. Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016)
  11. Qatır Məmməd (film, 1974)
  12. Qozbeli qəbir düzəldərmi? (film, 1972)
  13. Nəsimi (film, 1973)
  14. Ömrün səhifələri (film, 1974)
  15. Pıspısa xanım və Siçan bəy (film, 1974)
  16. Rast. Niyazi (film, 2014) — senari müəllifi
  17. Skripkanın sərgüzəşti (film, 1972)
  18. Şərikli çörək (film, 1969)
  19. Təxəllüsü "Mixaylo" (film, 2008)
  20. Var olun, qızlar... (film, 1972)
  21. Yeddi oğul istərəm... (film, 1970)
  1. ""Azərbaycan" və "Literaturnıy Azerbaydjan" jurnallarının əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 yanvar 2003-cü il tarixli, 846 nömrəli Fərmanı". e-qanun.az. 27 yanvar 2003-cü il. 2017-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2016.
  2. ""Humay" milli mükafatı sahiblərinə təqdim edilmişdir". 2021-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-01-25.
  3. President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.