İosif Şaqal

İosif Şaqal (ivr.יוסף שגל‎‏‎; 25 mart 1949, Bakı, Azərbaycan SSR, SSRİ) — İsrail siyasətçisi, jurnalisti, yazıçısı, ssenaristi, televiziya aparıcısı, Knesset üzvü. O, 2006–2009-cu illərdə əksər üzvü Rusiyadan gəlmə olan "İsrail bizim evimiz" partiyasının üzvü olub. O, 2012–2015-ci illərdə İsrailin Belarusa səfiri olmuşdur.

İosif Şaqal
ivr.יוסף שגל‎‏‎
İosif Şaqal (Minsk, 2015-ci il)
İosif Şaqal (Minsk, 2015-ci il)
Knesset üzvü[d]
17 aprel 2006 – 24 fevral 2009
Şəxsi məlumatlar
Doğum adı Йосеф Шагал
İosif Şaqal
Doğum tarixi (75 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı, yəhudi
Vətəndaşlığı  SSRİ
 İsrail
Təhsili Vladimir Lenin adına Azərbaycan Pedaqoji Universiteti (indiki ADPU)
Fəaliyyəti siyasətçi, diplomat, jurnalist, televiziya aparıcısı, yazıçı
Uşağı 2

Təltifləri "Dostluq" ordeni (Azərbaycan)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İosif Şaqal 25 mart 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, Vladimir Lenin adına Azərbaycan Pedaqoji Universitetinin (indiki ADPU) Tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olmuşdur. Şaqal Belorusiya SSRİ-nin Minsk şəhərində hərbi xidmət göstərib. O, 1990-cı ilİsrailə köçməzdən əvvəl Bakıda "Azərbaycan gəncliyi" respublikaçı qəzetinin şöbə müdiri, Azərbaycan SSR Televiziya və Radio Yayımları üzrə Dövlət Komitəsinə bağlı olan "Drujba"nın baş redaktorunun müavini vəzifəsində çalışmışdır.[1]

İsraildəki həyatının ilk 10 ilində o, "Həftənin xəbərləri", "Bizim ölkəmiz" kimi əsas media qurumlarında işləmişdir. O, daha sonra "24 saat" və "Panorama" qəzetlərinin baş redaktoru olaraq işləmiş, 1997-ci ildə isə "Respublika" qəzetini qurmuşdur. Şaqal 2002–2006-cı illərdə "Israel Plus" telekanalının "Gerisayma" proqramında aparıcılıq etmişdir.

Həyatının çox hissəsini Bakı şəhərində yaşamış olan İosif Şaqal 2007-ci ildə "İsrail–Azərbaycan" Beynəlxalq Assosiasiyanın prezidenti seçilmişdir. Knessetdə deputatlıq kadensiyası zamanı (2006–2009) o, "İsrail–Azərbaycan" adlı bir parlamentlərarası qrupa rəhbərlik etmişdir.

2011-ci ilin mart ayında Xarici İşlər Naziri Aviqdor Liberman tərəfindən İsrailin Belarusa səfiri təyin edilmiş, həmin ilin oktyabr ayında isə hökumət tərəfindən təsdiqlənmişdi. 18 dekabr 2011-ci ildə Belarus Respublikası İosif Şaqalı Minsk şəhərindəki İsrail səfirliyinə qəbul etməyə hazır olduğunu bəyan etmişdir.[2]

İsrailin Belarusa səfiri olduğu müddətdə Şaqal dəfələrlə ölkədəki siyasi məhbuslar barədə danışmışdır.[3] O, 6 fevral 2014-cü ildə Rusiyanın RTVI kanalına verdiyi müsahibədə "İsrailin fikrincə Belarusda siyasi məhbus yoxdur, ancaq Belarusun parlament binasına daş atdıqları üçün cinayətlə ittiham olunan cinayətkarlar var. Lukaşenko onların sadəcə üzr istəməklərini tələb edir və qarşılığında onlara azadlıq vəd edir, onlar isə bunu etmək istəmirlər. Onlar üzr istəyib azad olmaqdansa, həbs edilməyi üstün tuturlar" demişdir.[4] Şaqalın dediklərinin 19 dekabr 2010-cu ildə Minsk şəhərində baş verən qiyamlarla heç bir əlaqəsi yox idi. Buna əlavə olaraq, İosif Şaqal "Belarusa təzyiq göstərən əsas ölkə Polşadır" demişdir, bu isə diplomatik qalmaqala səbəb olmuşdur. İsrailin Xarici İşlər Nazirliyinin rəsmi mətbuatı "Minsk şəhərindəki səfirin sözləri İsrail Dövlətinin rəsmi mövqeyini təmsil etmir. Müsahibədə səfir Şaqal Polşa da daxil olmaqla, bir neçə ölkənin adını çəkib. Bu sözlər dostlarımızla siyasi gərginlik yarada bilər" demişdir.[5]

2015-ci ilin iyul ayında İsrail Baş Nazirinin mətbuat ofisi İosif Şaqal və İsrailin başqa səfirlərinin geri çəkiləcəyini açıqamışdır. İosif Şaqal 2015-ci ilin avqust ayında İsrailə geri qayıtmışdır.[6][7]

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Şaqal Azərbaycanın İsraildəki ən fəal lobbiçilərindən biri olaraq tanınır. O, İsrailin Xarici İşlər Naziri Aviqdor Liberman ilə iki dəfə (2007, 2009) Azərbaycana səyahət etmişdir. Şaqal İsrail hökumətinin keçmişdə Azərbaycan sakinləri və indi İsrail vətəndaşı olan şəxslərə pensiyanın verilməsi ilə bağlı olan danışıqların təşəbbüskarı idi. Danışıq prosesi pensiyanın sadəcə təqaüd yaşına çatmış və 1992-ci ilin oktyabr ayından sonrakı Azərbaycandan – müstəqil Azərbaycan gəlmiş israillilərə verilməsi ilə nəticələnmişdir. "Azərbaycan–İsrail" münasibətlərində göstərfiyi xüsusi xidmətlərinə görə, Şaqal 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Dostluq" ordeninə layiq görülmüşdür.[8]

İosif Şaqal Knessetin Erməni Soyqırımını tanımaq cəhdinə qarşı çıxmışdır. Şaqal 2008-ci ildə "Day.az" saytına verdiyi müsahibədə "mən İkinci Dünya müharibəsində Holokost dövrü Avropa yəhudilərinin Birinci Dünya müharibəsində ermənilərin kütləvi şəkildə öldürülməsi ilə müqayisə edilməsini təhqiredici görürəm. Yəhudilər yəhudi olduqlarına görə öldürülmüşdü, ermənilər isə Osmanlıya qarşı provakasiyalar etdilər, Osmanlının düşməni olan Rusiya ilə ittifaq qurdular və buna görə onlar özlərini günahlandırmalıdırlar" demişdir.[9] O, soyqırım iddialarının tanınmasının İsrail Dövlətinin siyasi maraqlarına qarşı olduğunu düşünür. Şaqalın fikrinə görə, belə bir addım İsrailin Azərbaycan və Türkiyə ilə olan münasibətlərini və həmin bu ölkələrdə yaşayan yəhudi icmaların vəziyyətini çox pisləşdirəcək. Erməni Soyqırımının tanınması təklifi Knessetdə keçirilən səsvermə ilə rədd edilmişdir.[10]

İosif Şaqal 2015-ci ilin dekabr ayından bəri liberal düşüncələrə qarşı çıxmış, onları tənqid etmişdir. [11].

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

İosif Şaqal "Smokinq geyinən KQB" roman seriyasının üç əsərinin ("Xoşbəxtlikdən ölmə", "Meriott otelindəki qadın", "Xarici torpaqlar üçün nostalji") müəllifidir. O, bu əsərləri 1993–2000-ci illərdə Valentina Maltseva təxəllüsü ilə yazmışdır. Seriya iki milyon nüsxə satmışdır. "Xoşbəxtlikdən ölmə" romanı ingilis, alman, bolqar, latış, polyak və başqa dillərə tərcümə edilmişdir.

İosif Şaqal 16 seriyalı "Smokinq geyinən KQB" televiziya filminin ssenari müəllifi olmuşdur.

  1. "Новый посол Израиля служил пулеметчиком в Уручье — Хартия'97 :: Новости из Беларуси, Минск". charter97.org. 19 fevral 2012. 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  2. "Под Новый год белорусы утвердили Йосефа Шагала". izrus.co.il. 18 dekabr 2011. 2017-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  3. "Пять скандалов, связанных с послом Израиля Йосефом Шагалом". 13 fevral 2014. (#cite_web_url)
  4. "Израиль за неделю: гость — Йосеф Шагал, посол Израиля в Белоруссии". RTVI. 15 noyabr 2017. 2017-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  5. "МИД Израиля дезавуировал слова посла в Минске Йосефа Шагала". newsru.co.il. 16 fevral 2014. 2022-03-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-01.
  6. Aleksandr Koqan. "Нетаниягу забыл: Россия, Беларусь и Казахстан остаются без израильских послов". izrus.co.il. izrus.co.il. 28 iyul 2015. 2017-09-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  7. "Посол Шагал покидает Беларусь". Sputnik Belarus. 2020-06-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  8. Мнения "Йосеф Шагал меняет смокинг на мундир дипломата" (#bad_url). İstifadə tarixi: 1 iyun 2018. [ölü keçid]
  9. ""Депутат парламента Израиля"". Day.az. 28 mart 2008. 2019-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  10. "Дискуссия о геноциде армян привела к скандалу между «русскими» депутатами кнессета". 1 aprel 2008. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.
  11. "Экс-посол в республике Беларусь Йосеф Шагал: Евросоюз на грани распада - ItonTV на YouTube". so-l.ru. 27 dekabr 2015. 2017-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 1 iyun 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]