Minsk şəhəri

Minsk (belar. Мінск) — Belarusun paytaxtı, Minsk vilayətinin və Minsk rayonunun inzibati mərkəzi. Sahəsi 348.84 km² olan şəhərin əhalisi 2017-ci il hesablamalarına görə 1,974,800 nəfərdir.

Şəhər
Minsk
belar. Мінск
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
53°55′ şm. e. 27°33′ ş. u.HGYO
Ölkə  Belarus
Vilayət Minsk vilayəti
Daxili bölgüsü 9 rayon
Başçı Anatol Sivak[1]
Tarixi və coğrafiyası
Əsası qoyulub 1067
İlk məlumat 1067
Sahəsi 348.84[2]
Mərkəzin hündürlüyü 220 m
Saat qurşağı UTC+3
Əhalisi
Əhalisi 1 974 800[3] nəfər (2017)
Sıxlığı 5661 nəf./km²
Aqlomerasiya 2 645 500 nəfər[4]
Milli tərkibi belaruslar, ruslar, ukraynalılar, polyaklar
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +375 17
Poçt indeksi 220001–220141
Nəqliyyat kodu 7
Digər
minsk.gov.by  (rus.)
Minsk xəritədə
Minsk
Minsk
Minsk xəritədə
Minsk
Minsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Minsk şəhərinin indiki ərazisi eradan əvvəl 9-cu əsrdə qədim şərq slavyanları tərəfindən məskunlaşmışdır. Svisloç çayı vadisi iki erkən şərqi slavyan tayfalarından olmuş Kriviçlər və Dreqoviçlər arasında sərhəd idi. 980-ci ildə ərazi Kiyev Rus Dövlətinin ən qədim şərqi slavyan kyanzıqlarından biri olan Polotsk knyazlığına daxil edilmişdir. Minsk adı ilk dəfə 1067-ci ildə Nemiqa çayı döyüşü ilə əlaqədar olaraq Əsas Xronikada Měnesk' (Mѣnesk') formasında qeyd olunmuşdur.[5] Buna görə də 1067-ci il Minskin əsasının qoyulduğu il kimi geniş qəbul olunmuşdur. Şəhər hakimiyyəti isə 2 sentyabr 1067-ci il tarixini şəhərin dəqiq quruluş tarixi kimi hesab edir,[6] lakin şəhər o vaxta kimi bir müddət mövcud idi. Minsk adının mənşəyi məlum deyil, lakin bu haqda bir neçə nəzəriyyə mövcuddur.

12-ci əsrin əvvəllərində Polotsk knyazlığı kiçik fieflərə parçalandı. Bunlardan biri olan Minsk Knyazlığı Polotsk sülaləsinə mənsub bir şahzadə tərəfindən yaradılmışdır. 1129-cu ildə Minsk knyazlığı Kiyev Rus dövlətinin ən dominant knyazlığı olan Kiyev knyazlığı tərəfindən tutuldu, lakin 1146-cı ildə Polotsk sülaləsi Minsk knyazlığının hakimiyyətini bərpa etdi. 1150-ci ildə Minsk ilə Polotsk şəhərləri keçmiş Polotsk knyazlığı ərazisində ən böyük şəhər kimi rəqabət aparırdı. Minsk və Polotsk şahzadələri əvvəllər Polotsk knyazlığı hakimiyyəti altında olmuş bütün torpaqları birləşdirməyə çalışırdılar.

Erkən Orta əsrlər

[redaktə | mənbəni redaktə et]

Minsk 1242-ci ildə Böyük Litva knyazlığının tərkibinə daxil oldu. Bu daxil olma prosesi sülh şəraitində baş tutdu və nəticədə yerli idarəçilər knyazlığın tərkibində yüksək haqq sahibi oldular. 1413-cü ildə isə Böyük Litva knyazlığı və Polşa Krallığı vahid dövlət halında birləşdi. Minsk şəhəri Minsk voyvodalığının (əyalətinin) mərkəzi elan olundu. 1441-ci ildə Polşa-Litva şahzadəsi və gələcək kral IV Kazimirin dövründə Minsk də daxil olmaqla bir neçə şəhər onun imtiyazına verildi. 1499-cu ildə onun oğlu I Aleksandr Yagellionun hakimiyyəti ərzində qəbul olunmuş Maqdeburq qanunlarına əsasən Minskə şəhər statusu verildi.

Şəhər XVI əsrin ortalarına qədər Reç Pospolita dövlətinin vacib iqtisadi və mədəni mərkəzi olaraq inkişaf etməkdə davam edirdi. Bura, həmçinin Şərqi pravoslav kilsəsi üçün də mühüm mərkəz hesab olunurdu.

1655-ci ildə şəhər Rusiya çarı I Alekseyin qoşunları tərəfindən işğal olundu. 1660-cı ildə şəhər yenidən Polşa Krallığının tərkibinə qatılana qədər ruslar tərəfindən idarə olundu. Rusiya-Polşa müharibəsi başa çatana qədər Minskdə təqribən 300 ev var idi və 2000 nəfər əhali yaşayırdı. Şəhər ikinci dəfə Şimal müharibəsi ərzində böyük dağıntılara şahid oldu. Müharibə ərzində əvvəlcə İsveç kralı XII Çarlz şəhərə yiyələnsə də, sonradan rus çarı I Pyotr tərəfindən işğal edildi.

Rus hakimiyyəti

[redaktə | mənbəni redaktə et]

1793-cü ildə Polşanın ikinci dəfə bölüşdürülməsindən sonra Minsk şəhəri Rusiya tərəfindən anneksiya olundu. Şəhər 1796-cı ildə Minsk quberniyasının mərkəzi elan olundu. İşğaldan sonra bütün küçə adları rus adları ilə əvəz edilsə də, şəhərin öz adı dəyişməz olaraq qaldı. Minsk Napoleon Bonapartın Rusiyaya hücumu zamanı 1812-ci ildə işğal olundu.

XIX əsrin əvvəllərində şəhər sürətlə inkişaf etməkdə və böyüməkdə davam edirdi. Minskdə ilk ictimai kitabxananın açılışı 1836-cı ilə təsadüf edir. 1838-ci ildə ilk yerli qəzet olan Minskiye gubernskiye vedomosti ("Minsk vilayəti xəbərləri") adı altında dövriyyəyə buraxıldı. 1860-cı ilə qədər 27,000 nəfər əhalisi olan Minsk şəhəri mühüm ticarət mərkəzi idi.

1846-cı ildə böyük əhəmiyyətə malik olan Moskva-Varşava dəmiryolunun bir hissəsi Minsk ərazisindən keçirdi. 1900-cü ildə şəhərdə 58 zavod fəaliyyət göstərirdi. 1897-ci ildə Rusiya imperiyası tərəfindən həyata keçirilən əhalinin siyahıya alınması zamanı Minskdə 91,494 nəfər əhalinin yaşadığı və onların da 47,561 nəfərinin etnik yəhudi olduğu hesablanmışdır.

Əsrin əvvəllərində Minsk şəhəri Belarusda baş verən fəhlə hərəkatının əsas mərkəzi hesab olunurdu. 1909-cu ildə əhalinin təxminən yarısını yəhudilər təşkil edir.[7] Şəhər Vilnüslə birlikdə Belarus milli dirçəliş hərəkatının iki mərkəzindən biri idi. Bütün bunlara baxmayaraq, Birinci dünya müharibəsi şəhərin inkişafına çox pis təsir göstərdi. Minsk 1915-ci ilə qədər cəbhə-şəhəri hesab olunurdu və burada ağır döyüşlər gedirdi.

1917-ci ildə başlamış Rus inqilabı Minskə də öz təsirini göstərdi. Brest-Litovsk sülh müqaviləsi imzalandıqdan sonra 21 fevral 1918-ci ildə alman qoşunları Minski işğal etdi.[8] 25 mart 1918-ci ildə Minsk şəhəri Belarus Xalq Respublikasının paytaxtı elan olundu. Lakin bu respublika uzun yaşamadı. 1918-ci ilin dekabrında Minsk Qırmızı Ordu tərəfindən işğala məruz qaldı. 1919-cu ilin yanvar ayında Belorusiya SSR-in paytaxtı elan olundu.

Rekonstruksiya və yeniləmə proqramına 1922-ci ildə start verilmişdir. Artıq 1924-cü ildə şəhər ərazisində 29 zavod, məktəblər, muzeylər, teatrlar və kitabxanalar fəaliyyət göstərirdi. 1920 və 1930-cu illər aralığında şəhər özünün yüksək inkişaf dövrünü keçirirdi. Bu dövrdə Minskdə müxtəlif yeni zavodlar, orta və ali təhsil müəssisələri, xəstəxanalar və s. açılırdı.

İkinci dünya müharibəsi başlamazdan əvvəl Minskdə təqribən 300 min nəfər yaşayırdı. 22 iyun 1941-ci ildə Nasist Almaniyası Sovet İttifaqına qarşı müharibəyə başladıqda Minsk də Barbarossa əməliyyatının tərkib hissəsi olaraq almanların əsas hücum hədəflərindən birinə çevrilmişdi. Şəhərə bombardmanın başlamasından dörd gün sonra Vermaxt qoşunları Minski ələ keçirdi. İşğal ərzində şəhərdə olan bütün kommunistlər həbs olundu və ya öldürüldü. Yüz minə yaxın yəhudinin yaşadığı Minskdə İkinci dünya müharibəsi ərzində ən böyük gettolardan biri baş verdi. 1942-ci ildən sonra şəhər Sovet partizan hərəkatının əsas mərkəzlərindən birinə çevrilmişdi.

Minsk yalnız 3 iyul 1944-cü il tarixində Baqration əməliyyatı nəticəsində Sovet qoşunları tərəfindən işğaldan azad edildi. Bu tarixə qədər şəhər Sovet əks-hücumlarına qarşı alman müqavimət hərəkatının əsas mərkəzi hesab olunurdu və 1944-cü ilin ortalarına qədər hər iki tərəf arasında bu istiqamətdə ağır döyüşlər gedirdi. Zavodlar, bələdiyyə binaları, enerji stansiyaları, körpülər və evlərin 80%-i dağılmışdı. 1944-cü ildə əhalinin sayı 50 min nəfərə qədər azalmışdı.

Müharibədən sonra şəhər yenidən qurulmağa başladı. Tarixi mərkəz böyük binalar və geniş küçələri ilə fərqlənən Stalinist memarlıq üslubu ilə inşa olunurdu. Sürətli sənayeləşmə prosesi sayəsində Minsk əvvəlki mövqeyini özünə qaytarmağı bacardı. 1960-cı ildən etibarən əhalinin sayında artım başladı və 1972-ci ildə əhalinin sayı bir milyon nəfərə çatdı. SSRİ-də sayca doqquzuncu metropoliten hesab olunan Minsk metropolitenində konstruksiya işlərinə 16 iyun 1977-ci il tarixində başlandı və sistem 30 iyun 1984-cü ildə ictimaiyyətə təqdim olundu.

Son dəyişikliklər

[redaktə | mənbəni redaktə et]

1990-cı illərdə Kommunizmin enişindən sonra şəhər dəyişməyə davam etdi. Yenicə müstəqillik əldə edən Belarus dövlətinin paytaxtı kimi Minsk sürətlə vacib şəhərə xas olan bütün xüsusiyyətləri özündə birləşdirməyə nail oldu. Səfirliklər fəaliyyətə başladı, bir çox Sovet inzibati binaları hökumət mərkəzlərinə çevrildi. Şəhər mərkəzindən bir qədər aralıda yeni mikrorayonlar və yaşayış məntəqələri inşa olundu. Metro xətlərinin sayı artırıldı və yol şəbəkəsi inkişaf etdirildi. 8 sentyabr 2007-ci il tarixində Minsk şəhəri öz quruluşunun 940-cı il dönümünü qeyd etdi.

Orta əsrlər ərzində Minsk əhalisinin əksər hissəsi Şərqi slavyanlardar ibarət olan bir şəhər idi. 1569-cu ildən sonra Polşa-Litva birliyinin yaranması ilə bu əraziyə etnik polyakların (əksəriyyəti inzibatçı, ruhani, müəllim və hərbçilər) və yəhudilərin (əksəriyyəti Aşkenazi yəhudiləri olmaqla ticarətlə məşğul olanlar) miqrasiyası baş verdi. Reç Pospolita dövlətinin mövcud olduğu son əsrlərdə burada əhalinin çox hissəsini polyak dilli etnik qruplar təşkil edirdi ki, bu da ənənəvi mədəniyyətin assimilyasiyasına səbəb olurdu.

1793-cü ildə Polşa-Litva dövlətinin ikinci dəfə parçalanmasından sonra Minsk şəhəri və ətraf regionlar Rusiya imperiyasının tərkib hissəsinə çevrildi. Bu hadisədən sonra şəhər mədəniyyətində rusların rolu artmağa başladı. XIX əsrin sonlarından etibarən Minsk sakinləri arasında ruslaşdırma prosesi artmağa başladı.

Rusiya İmperiyası tərəfindən 1897-ci ildə həyata keçirilmiş siyahıyaalmaya görə Minsk əhalisinin 52%-ni yəhudilər təşkil edirdi ki, bu da digər bütün etnik qrupları üstələyirdi. Digər çoxsaylı etnik qruplara isə ruslar (25.5%), polyaklar (11.4%) və belaruslar (9%) daxil idi. Bu çoxsaylı xalqlarla yanaşı uzun əsrlər boyunca Minskdə yaşayan azsaylı Lipka tatarları cəmiyyəti də mövcud idi.

1880–1930-cu illər aralığında yəhudilərin bir hissəsi Belarus diasporunun tərkib hissəsi olaraq ABŞ-yə köç etmişdir.

Birinci və İkinci dünya müharibəsi şəhərin demoqrafiyasına ciddi təsir göstərmiş, xüsusilə də İkinci dünya müharibəsi ərzində etnik yəhudilərin nasistlər tərəfindən təqibə məruz qalması onların sayını xeyli azaltmışdır. Holokost hadisələri zamanı Minskin yəhudi icması çoxsaylı itkilərə məruz qalmışdır. Əvvəllər şəhər əhalisinin yarısından çoxunu təşkil edən yəhudilər müharibədən sonrakı on il ərzində Minsk əhalisinin yalnız 10%-ni təşkil etmişdir. Sovet İttifaqında hökm sürən anti-semitizm və Belarusda millətçi hərəkatların baş qaldırması yəhudilərin əksər hissəsinin İsrail və başqa qərb dövlətlərinə emiqrasiya etməsi ilə nəticələnmişdir. 1999-cu il hesablamalarına görə Minsk əhalisinin 1%-i etnik yəhudilərdən ibarət idi.

Belaruslar 1959-cu ildə Minsk əhalisinin 63,3%-ni təşkil etdiyi halda, 1979-cu ildə bu rəqəm artaraq 68,4%-ə çatmışdır. Digər etnik qruplara ruslar (22.2%), yəhudilər, ukraynalılar, polyaklar və tatarlar daxil idi.

1999-cu il hesablamalarına görə etnik belaruslar şəhər əhalisinin 79,3%-ni təşkil edirdi. Digər etnik qruplara ruslar (15.7%), ukraynalılar (2.4%), polyaklar (1.1%) və yəhudilər (0.6%) daxil olmuşdur. Sovet İttifaqının süqutundan sonra rusların və ukraynalıların çox hissəsi öz ölkələrinə geri qayıtmışdır.

Minskdə tarix boyunca müxtəlif dillərdə danışan xalqlar mövcud olmuşdur. Əvvəllər əhalinin çox hissəsi ruten dilində danışırdı. 1569-cu ildən sonra polyak dili bütün ölkə ərazisində olduğu kimi Minskdə də dövlət dili elan olundu. XIX əsrdə isə şəhərin Rusiya İmperiyasının tərkibinə qatılmasından sonra rus dili dövlət dili elan olundu. 1890-cı illərdən etibarən Belarusda milli dirçəliş hərəkatının baş verməsi nəticəsində belarus dilindən istifadə edənlərin sayı xüsusilə artmağa başladı. Bu artım özünü daha çox ziyalıların arasında büruzə verirdi. Artıq 1920-ci illərin sonu və 1930-cu illərin əvvəllərində belarus dili Minskdə ən çox danışılan dilə çevrilmişdi.

1990-cı illərin əvvəllərində müstəqil Belarus dövlətinin yaranması və milli dirçəliş hərəkatının baş verməsi nəticəsində ölkədə belarusca danışanların sayında artım qeydə alındı.

Hazırda Minskdə xüsusilə də gənc nəsil arasında ən çox danışılan xarici dil ingilis dili hesab olunur.[9]

Xristianların əksəriyyəti Rus Pravoslav Kilsəsinin Belarusdakı yepiskopluğu hesab olunan Belarus Pravoslav Kilsəsinə məxsusdur. Katoliklər şəhər əhalisinin təqribən 20%-ni təşkil edir.[10]

Hazırda Minskdə müxtəlif məzhəblərə məxsus 30-a yaxın kilsə mövcuddur.[10][11]

Qardaş şəhərləri

[redaktə | mənbəni redaktə et]

Minsk aşağıdakı şəhərlərlə qardaşlaşmış şəhər əlaqələrinə sahibdir:[12]

  1. "Lukashenka appoints new head of Minsk City Executive Committee" (ingilis). 24 noyabr 2018. 2018-11-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-24.
  2. Государственный комитет по имуществу Республики Беларусь. ГУП «Национальное кадастровое агентство». см. файл «Таблица кадастровых стоимостей земель оценочных зон г. Минск.xlsx»[ölü keçid]
  3. "Численность населения по областям и г. Минску". 2017-09-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-01-12.
  4. "К ВОПРОСУ О ВЫДЕЛЕНИИ ГРАНИЦ МИНСКОЙ АГЛОМЕРАЦИИ Озем Г. З., Запрудский И. И." (PDF). 2021-08-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-01-12.
  5. "Въ лЂто 6563 [1055] – [6579 1071]. Іпатіївський літопис". Litopys.org.ua. 3 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 May 2009.
  6. "The Celebration of the 940th anniversary of Minsk will start with ringing of bells – Minsk City Executive Committee". Minsk.gov.by. 15 June 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 May 2009.
  7. "История евреев г. Минска (1500–2002)". 2021-06-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-01-25.
  8. "History". Belarusian Tour operator. 29 October 2013. 3 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2013.
  9. Östlund, Anders. "LANGUAGES". 13 iyul 2013. 3 noyabr 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2018.
  10. 1 2 "local-life.com: minsk". 2022-05-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-27.
  11. "gov.by" (PDF). 2017-09-08 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2018-02-27.
  12. "Twin towns of Minsk". Minsk City Executive Committee. 2 April 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 July 2013.
  13. "European networks and city partnerships". Nottingham City Council. 22 June 2012. 25 June 2012 tarixində arxivləşdirilib.
  14. "Partner Cities of Lyon and Greater Lyon". 2008 Mairie de Lyon. 19 July 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 July 2009.
  15. "Mayor's International Council Sister Cities Program". Belo Horizonte, Minas Gerais. 23 December 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 August 2008.
  16. "Miasta partnerskie – Urząd Miasta Łodzi via WaybackMachine.com". City of Łódź (Polish). 24 June 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 July 2013.
  17. "City Twinnings and Project Partnerships". Bonn.de. 23 June 2008. 10 April 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2010.
  18. "Regions: Dushanbe & Surroundings". Official Website of the Tourism Authority of Tajikistan. Committee of Youth Affairs, Sports and Tourism. 22 November 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 May 2013.
  19. "Oraşe înfrăţite (Twin cities of Minsk) via WaybackMachine.com" (Romanian). Primăria Municipiului Chişinău. 3 September 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 July 2013.
  20. "Kardeş Kentleri Listesi ve 5 Mayıs Avrupa Günü Kutlaması [via WaybackMachine.com]" (Turkish). Ankara Büyükşehir Belediyesi – Tüm Hakları Saklıdır. 14 January 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 July 2013.
  21. "CÁC ĐỊA PHƯƠNG NƯỚC NGOÀI ĐÃ THIẾT LẬP QUAN HỆ HỮU NGHỊ HỢP TÁC VỚI TPHCM". www.mofahcm.gov.vn. 9 October 2010. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 January 2011.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]