Sovet İttifaqının ikinci lideri olan İosif Stalin 5 mart 1953-cü ildə Kuntsevo daçasında 74 yaşında insult keçirərək vəfat etmişdir. Ölkədə dörd günlük milli matəm elan edildikdən sonra onun üçün dövlət dəfn mərasimi keçirilmişdir. Onun cəsədi daha sonra mumiyalanmış və 1961-ci ilə qədər Lenin və Stalin məqbərəsində dəfn edilmişdir. Dəfn mərasiminin təşkilinə görə Nikita Xruşşov, Georgi Malenkov, Vyaçeslav Molotov və Lavrenti Beriya məsuliyyət daşıyırdılar.
Stalinin səhhəti, İkinci Dünya müharibəsinin axırlarına doğru daha da pisləşmişdir. Çoxlu siqaret çəkməsi, Qələbə paradı zamanı (1945-ci ilin may ayında) yüngül insult keçirməsi və 1945-ci ilin oktyabr ayında güclü infarkt keçirməsinə görə aterosklerozdan əziyyət çəkirdi.[1]
Stalinin həyatının son üç günü təfərrüatlı formada, əvvəlcə Pravda qəzetindəki rəsmi sovet elanlarında və daha sonra isə, aradan qısa bir müddət keçdikdən sonra Sovet Mətbuatının cari xülasəsində tam olaraq ingilis dilinə tərcümə edilmiş formada təsvir edilmişdir. Volkoqonovun[2] təsvir etdiyi kimi, 28 fevral 1953-cü ildə Stalin Malenkov, Molotov, Beriya, Xruşşov və bir neçə başqa adamlardan ibarət olan yaxın ətrafı ilə əyləncə və spirtli içkilərin içildiyi axşamda görüşmüşdürlər. Qonaqlar mart ayının 1-i səhər saat 04:00 radələrində dağılışdılar və Stalin oyanmasına aid səslər eşidilənə qədər onun narahat edilməməsi barədə ciddi göstəriş verərək şəxsi otağına çəkilmişdir. Vaxt keçdi və gün boyu ondan heç bir səs eşidilmədi. Mart ayının 1-də saat 11:00 radələrində onun xadiməsi diqqətli bir formada onun yataq otağına daxil olur və onu pijamada, şalvarda və əynindəki köynəyini çıxarmamış bir halda yerdə uzanmış vəziyyətdə görür. O, huşunu itirmişdi, ağır nəfəs alırdı, ifrazatını saxlaya bilmirdi və onu oyatmaq cəhdlərinə də cavab vermirdi. Beriya hadisə yerinə çağırılır və Beriya onu görəndə onun huşsuz olmasına məhəl qoymayaraq bunu həddindən artıq spirtli içki qəbulu ilə əlaqələndirir və oradan gedir.
Mart ayının 2-də səhər saat 7:00 radələrində Beriya və bir qrup tibb sahəsi üzrə mütəxəssis onu müayinə etmək üçün çağırılırlar. 190/110 qan təzyiqi və sağ tərəfli hemiplegiyanın aşkar edildiyi müayinələrə əsasən, onlar nəzarətsiz hipertoniya xəstəliyi olan Stalinin sol orta beyin arteriyasında hemoragik insult keçirməsi qənaətinə gəlirlər. Sonrakı iki gün ərzində müxtəlif müalicələr almışdır; Stalinin 210/120-yə yüksələn qan təzyiqini azaltmaq üçün iki gün ərzində hər biri səkkiz zəlidən ibarət olan iki ayrı zəli qrupunu boyun və üz nahiyəsinə qoyurlar. Lakin onun vəziyyəti getdikcə pisləşməkdə davam etmiş və o, 5 mart 1953-cü il saat 21:50-də vəfat etmişdir. Daha sonra onun cəsədi dəqiq məlum olmayan bir yerə aparılmış və orada onu yarmış, daha sonra isə onun cəsədini ictimaiyyətin gözü qarşısında mumyalanmışdır. Orijinal yarılma hesabatını tapmaq cəhdləri son vaxtlara qədər müvəffəqiyyəsizliklə nəticələnmiş[3] , lakin ən mühüm tapıntılar 7 mart 1953-cü ildə Pravda qəzetində xüsusi bülletendə aşağıdakı kimi bildirilmişdir:
"İ. V. Stalinin cəsədinin patoloji-anatomik müayinəsi" "Patoloji müayinə zamanı beyinin sol yarımkürəsinin subkortikal mərkəzlərinin yerləşdiyi nahiyədə kütləvi qanaxma aşkar edilmişdir. Bu qanaxma baş beynin mühüm sahələrini sıradan çıxarmış, tənəffüsdə və qan dövranında geri dönülməsi mümkün olmayan dəyişikliklərə səbəb olmuşdur. Beyin qanaması ilə yanaşı, sol mədəciyin (ürəyin) əhəmiyyətli hipertrofiyası, miokardda, mədə və bağırsağın selikli qişasında çoxsaylı qanaxmalar aşkar edilmişdir; damarlarda aterosklerotik dəyişikliklər, serebral arteriyalarda daha aydın müşahidə edilir. Bunlar hipertoniyanın nəticəsidir. Patoloji müayinənin nəticələri, İ. V. Stalinin xəstəliyinin beyin qanaması anından etibarən geri dönülməsi mümkün olmayan xarakterini ortaya qoymuşdur. Məhz bu səbəblərə görə də, bütün müalicə cəhdləri müsbət nəticəyə gətirib çıxara və ölümcül nəticənin qarşısını ala bilməzdi." [4]
Yuxarıda qeyd edildiyi kimi, Molotova “mən onu çölə çıxartdım” dediyi üçün şübhə doğuran Beriyanın,[5] müəyyən bir zaman ərzində Stalinin tibbi müalicə almasını bilərəkdən gecikdirdiyi üçün, yarılma zamanı müşahidə edilmiş olan fiziki dəyişikliklər adətən insult qurbanlarının bədənlərində baş verən ekstrakranial dəyişikliklərlə müvafiq gəlirdi. Lavrenti Beriyanın oğlu olan Serxio Beriya daha sonralar danışırdı ki, Stalinin ölümündən sonra onun anası və eyni zamanda da Lavrenti Beriyanın həyat yoldaşı olan xanım Lavrentiyə “Sənin hal-hazırkı mövqeyin Stalinin yaşadığı dövrdəki mövqedən qat-qat təhlükəlidir” demişdir.[6] Bu proqnoz qısa bir müddət sonra reallaşmışdır; bir neçə aydan sonra, 1953-cü ilin iyununda Beriya həbs olunur və müxtəlif cinayətlərə görə ittiham olunsa da, lakin onun Stalinin ölümü ilə əhəmiyyətli dərəcədə əlaqəsi yox idi.[7] O, daha sonra keçmiş Siyasi Büro həmkarlarının əmri ilə edam edilmiş olsa da, lakin bunun nə vaxt və harada baş verdiyi ilə bağlı bir-biri ilə ziddiyyətli hekayələr mövcuddur.[8][9]
Mart ayının 6-da Stalinin cəsədi olan tabut Həmkarlar İttifaqları Evinin Sütunlar zalında sərgilənmiş və üç gün müddətində orada qalmışdır.[10] Mart ayının 9-da isə cənazəsi Qızıl Meydana[11] Leninin məqbərəsində (1961-ci ilə qədər meyid orada qalacaqdı) dəfn edilməzdən əvvəl gətirilmişdir.[12][13] Malenkov, Molotov, Beriya və Xruşşov dəfn mərasimi zamanı nitqlər ilə çıxış etmiş, bundan sonra isə tabutu daşıyanlar tabutu məqbərəyə aparmışdırlar. Stalinin cənazəsi dəfn edilərkən günorta saatlarında Moskvada və ümumiyyətlə bütün ölkə miqyasında bir dəqiqəlik sükut elan edilmişdir. Kreml qülləsinin zəngləri çalınarkən bütün ölkə boyu siqnallar və şeypurlar çalınmışdı, Kreml ərafından isə 21 dəfə artilleriya atəşi açılmışdır. Oxşar dəfnlər digər Varşava Müqaviləsi ölkələrində, həmçinin də Çin, Monqolustan və Şimali Koreyada da keçirilmişdir. Sükut bitdikdən dərhal sonra isə hərbi orkestr Sovet İttifaqının Dövlət Himnini ifa etmiş, daha sonra isə Stalinin şərəfinə Moskva Qarnizonunun hərbi paradı təşkil edilmişdir. Xalqın Stalinin tabutuna ehtiramını bildirmək cəhdləri zamanı izdiham yaranmış və bu izdiham zamanı insanlar əzilmişdirlər.[14] Xruşşov daha sonra izdihamda 109 nəfərin öldüyünü təxmin emiş olsa da, lakin faktiki ölənlərin sayının minlərlə olduğu zənn edilir.[15]
Oqoniokun dediyinə görə, dəfn mərasimində aşağıdakı xarici dövlət adamlar iştirak edirdilər:[16]
Çexoslovakiya lideri olan Qotvald 1953-cü il mart ayının 14-də Stalinin dəfn mərasimində iştirak etdikdən qısa bir müddət sonra damar partlaması nəticəsində vəfat etmişdir.[18] Alban Əmək Partiyasının cərgələrində olan rəqiblərinin təşviqindən qorxan nə baş nazir Ənvər Xoca, nə də Baş nazirin müavini olan Məhəmməd Şehu dəfn mərasimində iştirak etmək üçün Moskvaya getmə riskinə getmirlər, bunun əvəzinə Xoca mərhum Sovet lideri Stalinə sonsuz sədaqət vəd edir.[19]
On 6 March, the coffin with Stalin's body was displayed at the Hall of Columns in the House of Trade Unions.
On 9 March, Stalin's embalmed body was interred in the Lenin Mausoleum, which was renamed the Lenin–Stalin Mausoleum from 1953 to 1961.