Dolores İbarruri

Dolores İbarruri (9 dekabr 1895[1][2][…]12 noyabr 1989[1][3][…]) — kommunist siyasətçi, İspaniya vətəndaş müharibəsi zamanı La Pasionaria adlı təşkilatın lideri olmuş qadın. "No Pasaran" (Keçid yoxdur) ifadəsi ilə məşhurlaşmışdır.

Dolores İbarruri
isp. Dolores Ibárruri Gómez
Doğum tarixi 9 dekabr 1895(1895-12-09)[1][2][…]
Vəfat tarixi 12 noyabr 1989(1989-11-12)[1][3][…] (93 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Uşağı 6[4]
Fəaliyyəti siyasətçi, jurnalist, aktivist
Elmi dərəcəsi
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İspaniyanın Bask bölgəsindəki Qallarta şəhərində, Vizca qəsəbəsində, yoxsul bir mədənçi karlist və katolik ailədə anadan olub, o Xuliana Qomez və Antonio Ibarrurinin on bir övladının səkkizincisi idi. Təhsil almaq istəyirdi, amma ailəsi təhsilinə pul ayırmaq üçün maddi gücə malik deyildi. 1916-cı ildə iyirmi yaşında ikən siyasi fəal olan mədən işçisi Xulian Ruiz ilə evləndi. Onların altı uşağı var idi, lakin dördü yetkinlik yaşına çatmamışdan əvvəl həddindən artıq yoxsulluqdan ölmüşdü. 1917-ci ildə ümumi tətilə qoşulduqdan sonra Ruizin həbsi ailənin iqtisadi çətinliyini daha da dözülməz etdi. Ibarruri Karl Marksın yazılarını oxudu və Kommunist Partiyasına qoşuldu. El Minero Vizcaíno qəzeti üçün "La Pasionaria" təxəllüsü ilə məqalələr yazmağa başladı.1920-ci ildə Bask Kommunist Partiyasının əyalət komitəsinə seçildi. 1930-cu ildə nüfuzuna və ləyaqətinə görə İspaniya Kommunist Partiyasının Mərkəzi Komitəsinə seçildi.1931-ci ildə İkinci Cümhuriyyətin təməli ilə Madridə köçdü. Burada solçu Mundo Obrero qəzetinin redaktoru oldu. Qadınların həyat şəraitinin yaxşılaşdırılması üçün səy göstərdi. Daha sonra partiyanın Siyasi Bürosuna təyin edildi. Fəaliyyətinə görə bir neçə dəfə tutulub həbs edildi. Natiqlik qabiliyyəti onu İspaniya Kommunist Partiyasının görkəmli nümayəndələrindən biri etdi. 1933-cü ildə Moskvada keçirilən Kominternə (Kommunist İnternational) qatılmışdı. 1936-cı ildə İspaniya Nümayəndələr Palatasına seçildi və iş, sığınacaq və sağlamlıq vəziyyətini yaxşılaşdırmaq üçün mübarizə apardı. İspaniya Vətəndaş müharibəsi başlandıqdan sonra, No Pasaran şüarı ilə Cümhuriyyətin müdafiəsinə səs verdi. Onların çıxışı cəmiyyətin böyük bir hissəsini, xüsusilə qadınları antifaşist mübarizəsi üçün bir araya gətirdi. Respublika davasının müvəffəq olmasına kömək etmək üçün Palmiro Togliatti kimi insanlarla bir neçə komitəyə qatıldı. Ancaq üç qanlı ildən sonra 1939-cu ildə Madridin süqutundan sonra Milliyyətçi qüvvələr üstünlük təşkil etdi. İbarruri siyasi fəaliyyətini davam etdirəcəyi SSRİ-yə sığındı. Yeganə oğlu Ruben Qırmızı Orduya qoşuldu və 1942-ci ildə Stalinqrad döyüşündə öldü.1944-cü ilin mayında İspaniya Kommunist Partiyasının baş katibi oldu. 1960-cı ildə ölümünə qədər davam edəcəyi prezidentliyi qəbul edənə qədər baş katib olaraq işləməyə davam etdi. Altmışıncı illərin əvvəllərində Sovet vətəndaşlığına qəbul edildi. Bu illərdə onun siyasi uğuru Sovet İttifaqı tərəfindən qəbul edildi və Moskva Universitetinin fəxri doktoru dərəcəsi aldı. Lenin Sülh Mükafatına (1964) və Lenin dərəcəsinə də layiq görülmüşdür. Onun avtobioqrafiyası No Pasaran 1966-cı ildə nəşr edilmişdir.1975-ci ildə Fransisko Frankonun ölümündən sonra vətəninə qayıtdı. Demokratiyanın yenidən qurulmasından sonra, 1977-ci ilin iyunundakı ilk seçkilərdə, Asturiya bölgəsini təmsil edən Kortesə (İspaniya Parlamenti) deputat seçildi. İbarruri, İspan Kommunist Partiyasını Leninizm proqramından çıxaran və bununla Sovet İttifaqından müstəqilliyini müdafiə edən ilk kommunist partiyası olduğu üçün Avrokommunizm adlı hərəkatın qurucularından biri olmuşdur. Qlazqonun Clyde küçəsində yerləşən La Pasionaria heykəli İspaniyadan faşizmlə mübarizəyə gedənlərin xatirəsinə həsr edilmişdir.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Dolores Ibárruri Gómez // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Dolores Ibárruri // FemBio database (alm.).
  4. https://alchetron.com/Rub%C3%A9n-Ruiz-Ib%C3%A1rruri.