Matyaş Rakoşi

Matyaş Rakoşi (9 mart 1892[1][2][…]5 fevral 1971[3][1][…], Nijni Novqorod[4]) — Macar kommunist siyasətçi.[5][6]

Matyaş Rakoşi
mac. Mátyás Rákosi
Şəxsi məlumatlar
Doğum adı Rosenfeld Mátyás
Doğum tarixi
Doğum yeri Ada, Avstriya-Macarıstan imperiyası
Vəfat tarixi (78 yaşında)
Vəfat yeri Qorki şəhəri, Sovet İttifaqı
Dəfn yeri
Milliyyəti Macar
Vətəndaşlığı Macarıstan
Partiya
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Fernia Kornilova (1903-1980)
Dini ateizm

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Matyaş Rakoşi 1892-ci ilin mart ayının 9-da Avstriya-Macarıstan imperiyasının Ada bölgəsinin Baks-Qodroq kəndində yəhudi əsilli ailənin dördüncü uşağı kimi anadan olmuşdur. Bu ərazi hal-hazırda Serbiyanın Voyvodina ərazisi adlanır.[6]

I Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda xidmət etmişdir.Şərq cəbhəsində Rus ordusuna əsir düşmüş və müharibənin sonlarına qədər burada əsir kimi qalmışdır. Rusiyada vətəndaş müharibəsi alovlandığı zaman əsirlikdən qaçaraq bolşevik hərəkatına qoşulmuşdur.

Macarıstana qayıtdıqdan sonra Bela Kunun rəhbərliyində yerli bolşevik hərəkatına qoşulmuşdur. 1945-1956-ci illər arasında Macarıstan Kommunist partiyasının birinci katibi olmuşdur, 14 avqust 1952- 4 iyul 1953-cü illər arasında Macarıstanın baş naziri olaraq çalışmışdır.[5]

Hakimiyyətdən uzaqlaşdırılması

[redaktə | mənbəni redaktə et]

Xruşşovun Gizli nitqindən az sonra Matyaş Rakoşi vəzifəsindən azad edildi və onu müavini Erno Gero əvəz etdi. Onu tamamilə macar siyasi səhnəsindən təmizləmək üçün Sovet rəhbərliyi tərəfindən Qırğızıstana göndərildi. İctimaiyyətə isə bunun tibbi müalicə ehtiyacı səbəbindən olduğu bildirildi.[7]

Ölümünə az qalmış - 1970-ci ildə ona siyasətə qarışmayacağına dair söz verəcəyi halda vətəninə geri dönmə icazəsi verildi. Lakin o, Sovet rəhbərliyi ilə bütün danışıqları rədd etdiyini bildirərək, təklifi rədd etdi. 1971-ci ildə isə Qorki şəhərində vəfat etdi. Ölümündən sonra onun külləri gizli formada Macarıstana gətirildi və Budapeştdəki Farkasreti Cemetery məzarlığında dəfn edildi. Məzarı vandalizmdən qorumaq üçün məzar daşının üzərinə yalnız adının baş hərfləri yazılmışdı.

  1. 1 2 Mátyás Rákosi // Brockhauz Ensiklopediyası (alm.).
  2. Brozović D., Ladan T. Mátyás Rákosi // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
  3. Ракоши Матьяш // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Deutsche Nationalbibliothek Record #118748939 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  5. 1 2 "Mátyás Rákosi ( 1892-1971)". 2014-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.
  6. 1 2 Mátyás Rákosi[ölü keçid]
  7. "Country Studies". 2015-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-17.