İqor Xankişiyev

İqor Abbasoviç Xankişiyev (17 mart 1939, Bakı6 yanvar 2021, Bakı) — Azərbaycan Respublikasının əməkdar mühəndisi.

İqor Xankişiyev
İqor Abbasoviç Xankişiyev
Doğum tarixi 17 mart 1939(1939-03-17)
Doğum yeri
Vəfat tarixi 6 yanvar 2021(2021-01-06) (81 yaşında)
Vəfat yeri
İxtisası teplovozlar və teplovoz təsərrüfatı
Təhsili
Mükafatları Fəxri dəmiryolçu Azərbaycan Respublikasının əməkdar mühəndisi

İqor Xankişiyev 1939-cu il martın 17-də Bakıda anadan olub. 1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu teplovozlar və teplovoz təsərrüfatı ixtisası üzrə bitirib.

6 yanvar 2021-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Bakı metropolitenində 1976-cı ildən baş mühəndis kimi fəaliyyətə başlayıb. 1979-cu ilin iyununda o, Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib. 1987-ci ildən metro tikintisi sahəsinə keçərək "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin baş energetiki, aparıcı mühəndisi, sədr müavini vəzifələrində əmək fəaliyyətini davam etdirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 27 fevral 2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti təsis edildikdən sonra İqor Abbasoviç Xankişiyev 2017-ci il dekabr ayının 31-dək müəssisənin Tikinti Departamentinin rəisi vəzifəsində çalışıb.[2][3]

2012-ci il aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Əməkdar Mühəndis" fəxri adına layiq görülüb, Prezident təqaüdçüsüdür, "Fəxri dəmiryolçu"dur.

  1. "Arxivlənmiş surət". 2021-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-07.
  2. "İqor Abbasoviç Xankişiyev Rəhbərlik dövrü — 1979–1987-ci illər". 2018-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-27.
  3. Cəmiyyəti, İqor Abbasoviç Xankişiyev | "Bakı Metropoliteni" Qapalı Səhmdar. "İqor Abbasoviç Xankişiyev". metro.gov.az (az.). İstifadə tarixi: 2023-12-16.