Zaur Hüseynov (dövlət xadimi)

Zaur Hüseynov (tam adı:Zaur Mir Tofiq oğlu Hüseynov; — "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri[1].

Zaur Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 26 sentyabr 1964(1964-09-26) (59 yaş)
Doğum yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zaur Mir Tofiq oğlu Hüseynov 1964-cü il sentyabr ayının 26-da Bakı şəhərində anadan olmuşdur.[2] 1986-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu mühəndis elektrik ixtisası üzrə, 2006-cı ildə isə Amerika Birləşmiş Ştatlarının St. John's Universitetini "Executive management" ixtisası üzrə (MBA) bitirmişdir.

Əmək fəaliyyətinə neft-kəşfiyyat ekspedisiyasında növbə elektromexaniki kimi başlayan Z. Hüseynov sonradan respublikanın bir sıra iri tikinti, istehsal və enerji təchizatı müəəsisələrində məsul vəzifələrdə çalışmışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 290 saylı Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin edilmişdir[3].

Rus və ingilis dillərini bilir. Ailəlidir, bir oğlu və bir qızı var.

  1. ""Bakı Metropoliteni" QSC yaradıldı və Zaur Hüseynov sədr təyin edildi — az.trend.az saytı". 2014-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-02-27.
  2. "Arxivlənmiş surət". 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-18.
  3. "Z.M.Hüseynovun "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli Sərəncamı". 2018-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-28.