Lütfəli Nuriyev

Lütfəli Cahangir oğlu Nuriyev (15 may 1916[1], Yelizavetpol9 dekabr 1984) — "Bakı Metropliteni QSC"-in ilk rəisi (1966–1976)

Lütfəli Nuriyev
Doğum tarixi 15 may 1916(1916-05-15)[1]
Doğum yeri
Vəfat tarixi 9 dekabr 1984(1984-12-09) (68 yaşında)
Atası Cahangir Nuriyev
Milliyyəti azərbaycanlı
Fəaliyyəti direktor[d]
Mükafatları "Şərəf nişanı" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Lütfəli Cahangir oğlu Nuriyev 1916-cı ildə Gəncə şəhərində Qarabağ bəylərindən olan Cahangir xan Nurubəyovun ailəsində anadan olub.[2]

Tbilisi Dəmiryol Nəqliyyatı Mühəndisləri İnstitutunu hərəkətin təşkili ixtisası üzrə bitirib. Lütfəli Cahangir oğlu Nuriyev 1984-cü il dekabr ayının 9-u vəfat edib.

Əmək fəaliyyətinə Taqanroq stansiyası rəisinin müavini kimi başlayıb. Sonralar "Biləcəri" stansiyasının rəis müavini, Azərbaycan dəmiryolunun operativ dispetçer bölməsində böyük dispetçer, Azərbaycan Dəmir yolunda hərəkət xidmətinin rəisi, 1963–1966-cı illərdə Zaqafqaziya Dəmiryol İdarəsi rəisinin müavini vəzifələrində çalışıb.

1966-cı ildə Azərbaycan KP MK plenumunun qərarı ilə metropolitenin buraxılışına bir il qalmış Bakı metropoliteninin ilk rəisi vəzifəsinə təyin edilib. 1976-cı ilin may ayına kimi bu vəzifədə çalışıb. Bu müddətdə "Şərəf Nişanı" və "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif edilib.

  1. 1 2 https://achiqkitab.aztc.gov.az/az/file/view/xxi-esrin-baki-metropoliteni.pdf.
  2. Cəmiyyəti, Şərqin ilk metropoliteninin ilk rəisi | "Bakı Metropoliteni" Qapalı Səhmdar. "Şərqin ilk metropoliteninin ilk rəisi". metro.gov.az (az.). 2023-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-02.