Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929, Naxçıvan – 14 sentyabr 1992, Bakı)—Azərbaycan Dəmiryol idarəsi rəisi
Fikrət Kəngərli | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 oktyabr 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 14 sentyabr 1992 (62 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | mühəndis |
Fikrət İbrahim oğlu Kəngərli (4 oktyabr 1929-cu ildə Naxçıvan şəhərində anadan olmuşdu. Mühəndis-mexanik idi. 1952-ci ildə Azərbaycan Dəmiryolunda əmək fəaliyyətinə başlamış, Qazanxana sexinin briqadiri, qaldırma təmir sexinin mühəndisi, Bakı paravoz deposunun Qazanxana sexində usta, paravoz deposunun baş mühəndisi, Bakı hissəsinin baş mühəndisi vəzifələrində işləmişdi.
Fikrət Kəngərli 1976–1979-cu illərdə Bakı metropoliteninin,1979–1983-cü illərdə Azərbaycan Dəmiryolunun rəisi vəzifələrində çalışmışdı.
Fikrət Kəngərli 14 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.