Tağı Məhəmməd oğlu Əhmədov (1 fevral 1948, Güney Qışlaq, Şahbuz rayonu – 18 oktyabr 2024, Bakı) — Azərbaycan dəmiryolçusu, Bakı Metropoliteninin sabiq rəisi (1998–2014), Azərbaycan Dama Federasiyasının vitse-prezidenti (2008–2022), Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri (2015–2022).[1]
Tağı Əhmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 fevral 1948 |
Doğum yeri | |
Vəfat tarixi | 18 oktyabr 2024 (76 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Partiya | |
Təhsili | |
Həyat yoldaşı | |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tağı Məhəmməd oğlu Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan MSSR Şahbuz rayonunun Yuxarı Remeşin (indiki Güney Qışlaq) kəndində anadan olmuşdur. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir.[2]
1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970–1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləmişdir.
1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. Texnika elmləri namizədidir.
1998–2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışmışdır. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparıb.
"Fəxri dəmiryolçu", "Bakı metropoliteni veteranı" döş nişanları, "Şöhrət ordeni" və "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. "Bakı metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə" görə "Qızıl Buta" müstəqil milli mükafatına layiq görülüb.[mənbə göstərin] 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub.[mənbə göstərin] 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olmuşdur.
Tağı Əhmədov son illərdə yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkib. 18 oktyabr 2024-cü ildə 75 yaşında vəfat etmişdir.[3] Günəşli qəbiristanlığında dəfn olunub.[4]
Salatın Əhmədli ilə evli idi, 2 övladı var idi.