Cəfər Yusifov (13 oktyabr 1945, Birinci Şıxlı, Qazax rayonu – 15 dekabr 2023) — Bakı Metropoliteninin sabiq rəisi (1993–1998).
Cəfər Yusifov | |
---|---|
Cəfər İsa oğlu Yusifov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 oktyabr 1945 |
Doğum yeri | |
Vəfat tarixi | 15 dekabr 2023 (78 yaşında) |
|
|
Təltifləri |
|
Cəfər İsa oğlu Yusifov 1945-ci il oktyabrın 13-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. 1978-ci ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsində qızdırıcı sistemlər və ventilyasiya qurğuları mühəndisi ixtisası üzrə təhsil alıb. Bakı metropolitenində 1968-ci ildə tunel fəhləsi kimi işləməyə başlayıb. Metropolitendəki əmək fəaliyyəti dövründə tunel ustası və distansiya rəisi, 1988-ci ildən isə Tunel qurğuları xidmətinin rəisi vəzifəsinə yüksəlib. 1993-cü ilin noyabrında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Bakı metropoliteninin rəisi vəzifəsinə təyin edilib, 1997-ci il iyulun 27-nə qədər bu vəzifəni icra edib.
15 dekabr 2023-cü il tarixində dünyasını dəyişib.[1]
C. Yusifov 2002-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Şöhrət" ordeninə layiq görülüb.[2] Bakı metropolitenində göstərdiyi xidmətlərə görə "Fəxri dəmiryolçu" döş nişanı ilə təltif edilib.[3]