Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci (Əvvəlki adı:Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan orta-ixtisas təhsili müəssisəsi[1]
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci | |
---|---|
Əsası qoyulub | 26 avqust 2002 |
Tip | orta-ixtisas təhsili müəssisəsi |
Şəhər | Abşeron rayonu |
Ölkə | |
Ünvan | Abşeron rayonu, Xırdalan şəhəri, Nizami 28-ci məhəllə |
26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Plan-Uçot Texnikumunun bazasında Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci yaradılmışdır[2].
11 iyul 2020-ci ildə Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci Bakı Dövlət Universitetinin nəzdində publik hüquqi şəxs statusuna malik olan İqtisadiyyat və Humanitar Kollecə çevrilmə yolu ilə yenidən təşkil edildi.[3]
Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[4]
*Ailə və ev təhsili;
*Məktəbəqədər təlim və tərbiyə;
*Kitabxana-informasiya təminatı;
*Arxiv işi və kargüzarlığ;
*Mühasibat uçotu;
*Maliyyə işi;
*Bank işi;
*Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə;
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |