Zərbəli Qurbanov

Zərbəli Qasım oğlu Qurbanov (1932, Nərimanlı, Basarkeçər rayonu2003, Bakı) — Amasiya rayon Partiya Komitəsinin birinci katibi (1981-1985), "Sovet Ermənistanı" qəzetinin redaktoru (1985–14.01.1989)

Zərbəli Qurbanov
Qurbanov Zərbəli Qasım oğlu
azərb. Qurbanov Zərbəli Qasım oğlu‎
azərb. Qurbanov Zərbəli Qasım oğlu
bayraq
Amasiya rayon Partiya Komitəsinin birinci katibi
bayraq2
1981 – 1985
ƏvvəlkiCahangir Əliyev
Sonrakıİldırım Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Nərimanlı, Basarkeçər rayonu, Göyçə mahalı, Ermənistan SSR, SSRİ
Vəfat tarixi
Vəfat yeri Bakı
Təhsili
Fəaliyyəti siyasətçi, jurnalist
Dini İslam

Zərbəli Qurbanov 1932-ci ildə Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. Naxçıvan Pedaqoji Məktəbini, Kənd Təsərrüfatı İnstitutunu, Universiteti, Ali Partiya Məktəbini bitirmişdir.

Məktəb direktoru, kolxoz sədri, Basarkeçər rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Amasiya rayon Partiya Komitəsinin birinci katibi, Ermənistan KP MK-nın üzvü, Ermənistan KP MK-nın orqanı olan "Sovet Ermənistanı" qəzetinin baş redaktoru, Ali Sovetin deputatı, Ali Sovet sədrinin müavini olmuşdur.

Zərbəli Qurbanov 1981-1985-ci illərdə Amasiya rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ildən sonra isə "Sovet Ermənistanı"nın redaktoru olmuşdur.[1]

12 iyul 1994-cü ildə Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində kadrlar üzrə aparıcı müfəttiş vəzifəsinə təyin olunmuşdur.[2]

1998-ci ildən ömrünün sonuna kimi Prezident aparatının işlər idarəsində çalışmışdır.

2003-cü ildə Bakı şəhərində vəfat etmişdir.

  1. Vilayətoğlu Salman. Oğuz elinin müqəddəs ocağı: Göyçə. Bakı, 2006, "TS", s. 410-411.
  2. "Azərbaycan Respublikası Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin kollegiyası haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyul 1994-cü il tarixli, 268 nömrəli Qərarı" (azərb.). 12/07/1994. İstifadə tarixi: 2 iyun 2016.[ölü keçid]
  • Ələkbərli Əziz. Qərbi azərbaycanlıların 1988-ci il soyqırımı. (Sənədlərin dili ilə). Bakı, “Nurlan”, 2008, s.393-395.