İran Prezidenti

İran Prezidenti — İran xalqı tərəfindən seçilmiş dövlət başçısı.

İran Prezidenti
رئیس‌جمهور ایران

Vəzifədədir
Məhəmməd Müxbir
(i.e)
19 may 2024-cü ildən
Başçılıq edir İran
Müraciət forması Cənab Prezident[1]
Rəsmi iqamətgahı Saadabad sarayı
Səlahiyyət müddəti 4 il, iki dəfə
Vəzifənin təsis tarixi 4 fevral 1980
Vəzifədə birinci Əbülhəsən Banisədr
Rəsmi saytı president.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İranda prezident 4 illik seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz.

İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz.

O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir.

Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır.

Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.

1979-cu ildə şahın devrilməsi ilə nəticələnən islam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək səkkiz nəfər tutub:

1979-cu ilin fevralında baş verən İran İslam İnqilabından sonra şah Məhəmməd Rza Pəhləvi devrilmiş, Pəhləvilər ailəsi isə İrandan sürgün edilmişdir. İranı həmin dönəmdə müvəqqəti olaraq İslam İnqilabı Şurası idarə edirdi. 1979-cu ilin 30 martında "Monarxiya rejimi əvəzinə İranda islam dövlətinin qurulması ilə razısınızmı?" sualı ilə referendum baş tutmuşdur. Seçicilərin 99,30 faizi bu referenduma "hə" demişdir. Bundan sonra İslam inqilabının lideri Seyid Ayətullah Ruhullah Xomeyni yeni Konstitusiyanın hazırlanması ilə bağlı Ekspertlər Şurasının yaradılması və həmin orqana seçimlərin baş tutması ilə bağlı tapşırıq vermişdir. Şura 1979-cu ilin oktyabrında yeni Konstitusiya layihəsini təqdim etmişdir. Ruhullah Xomeyni və İranın Baş naziri Mehdi Bazərgan isə onu təsdiqləmişdir. Həmin ilin 2 dekabrında "İslam Konstitusiyasının lehinəsinizmi?" sualı ilə baş tutan referendumun nəticələrinə əsasən seçicilərin 99,50 faizi "hə" demişdir və Konstitusiya layihəsi qəbul edilmişdir. Konstitusiyaya əsasən İslam İnqilabının Ali Rəhbəri dövlət başçısı, prezident və baş nazir isə hökumət başçısı olaraq müəyyən edilmişdir. Baş nazir vəzifəsi sonradan, 1989-cu ildə ləğv edilmişdir.

Səlahiyyətləri

[redaktə | mənbəni redaktə et]

İran prezidentlərinin siyahısı

[redaktə | mənbəni redaktə et]
S/S
Foto
Prezident
Vəzifə müddəti
Qanad
Seçim
Əvvəlki vəzifəsi
Gəldiyi tarix
Getdiyi tarix
Müddət
1.
Seyid Əbülhəsən Banisədr
(1933–2021)
سید ابوالحسن بنی‌صدر
4 fevral 1980
22 iyun 1981
1 il,
138 gün
B
1980
İranın maliyyə naziri
(1979–1980)
22 iyun 1981-ci ildə İslam Şurası Məclisi impiçment elan edib.
22 iyun 1981-ci il — 2 avqust 1981-ci il tarixlərində prezidentin səlahiyyətləri müvəqqəti olaraq Prezident Şurasına verilmişdir.
2.
Məhəmmədəli Rəcai
(1933–1981)
محمدعلی رجائی
2 avqust 1981
30 avqust 1981 †
28 gün
İSL
1981
İranın Baş naziri
(1980–1981)
30 avqust 1981-ci ildə terror hücumu nəticəsində öldürülüb.
30 iyun 1981-ci il — 9 oktyabr 1981-ci il tarixlərində prezidentin səlahiyyətləri müvəqqəti olaraq Prezident Şurasına verilmişdir.
3.
Seyid Əli Xamenei
(1939—)
علی خامنه ای
13 oktyabr 1981
16 avqust 1985
4 il,
6 gün
İSL
1981
İslam Şurası Məclisinin üzvü
(1980–1981)
16 avqust 1985
3 avqust 1989
4 il,
305 gün
1985
4.
Əkbər Rəfsəncani
(1934–2017)
اکبر هاشمی رفسنجانی
3 avqust 1989
3 avqust 1993
4 il,
352 gün
FUN
1989
İslam Şurası Məclisinin sədri
(1980–1989)
3 avqust 1993
3 avqust 1997
4 il
1993
5.
Seyid Məhəmməd Hatəmi
(1943—)
محمد خاتمی
3 avqust 1997
8 avqust 2001
4 il
REF
1997
İranın mədəniyyət naziri
(1982–1992)
8 avqust 2001
3 avqust 2005
4 il
2001
6.
Mahmud Əhmədinejad
(1956—)
محمود احمدی‌نژاد
3 avqust 2005
5 avqust 2009
4 il
KON
2005
Tehran şəhərinin meri
(2003–2005)
5 avqust 2009
3 avqust 2013
4 il
2009
7.
Həsən Ruhani
(1948—)
حسن روحانی
3 avqust 2013
3 avqust 2017
4 il
REF
2013
Ali Milli Təhlükəsizlik Şurasının Katibi
(1989–2005)
3 avqust 2017
3 avqust 2021
4 il
2017
8.
Seyid İbrahim Rəisi
(1960–2024)
ابراهیم رئیسی
3 avqust 2021
19 may 2024
2 il,
290 gün
FUN
2021
İran ədliyyəsinin rəhbəri
(2019–2021)
19 may 2024-cü ildə vertolyot qəzası nəticəsində ölüb.
20 may 2024-cü ildən prezidentin səlahiyyətləri müvəqqəti olaraq Prezident Şurasına verilmişdir.
  1. "HH The Amir, President of Iran Give Joint Press Statements". Qatar Embassy in London. 12 January 2020. 6 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2020.