İsanın əzabları (ing. The Passion of the Christ) — Mel Gibson tərəfindən çəkilən və İsanın çarmıxa çəkilməsindən bilavasitə əvvəl baş verən hadisələr haqqında olan İncil draması.[7][8][9][10]
İsanın əzabları | |
---|---|
ing. The Passion of the Christ[1] pol. Pasja[1] | |
Janr | dram filmi, bioqrafik film, tarixi film |
Rejissor | Mel Gibson |
Prodüserlər |
Bryus Deyvi Mel Qibson Stiven Mak İviti Entso Sisti |
Ssenari müəllifləri |
Benedikt Fiscerald Mel Qibson Uiluyam Fulko (tərcümə) |
Baş rollarda |
Ceyms Kevizyel Maya Morqenştern Monika Belluççi Hristo Şopov |
Operator | Kaleb Deşanel |
Bəstəkar | Con Debni |
Studiya | Icon Productions |
Distribütor | Newmarket Films |
İlk baxış tarixi | 25 fevral 2004[2], 2 aprel 2004[3], 18 mart 2004[4], 5 mart 2004[5], 2004 |
Müddət | 127 dəqiqə |
Büdcə | $30 mln |
Gəlir | $611 899 420 |
Ölkə | |
Dillər | Arami dili[6], latın dili[6], ivrit dili[6] |
Rəng | rəngli |
Çəkiliş yeri | Bazilikata |
IMDb | ID0335345 |
Film cam duasından başlayaraq Məsihin dirilməsinin qısa təsvirinə qədər İsanın son 12 saatı haqqında bəhs edir. Filmdə, həmçinin, İsanın uşaqlıq, gənc yaşlarında anası ilə birlikdə dağlığ moizəsini verərkən, 12 həvariyunu öyrədərkən və sonuncu şam yeməyi ilə bağlı bəzi xatirələri də təsvir edilmişdir. Filmdəki dialoqlar arxa-kadr tərcümə və ya subtitrlar olmaqla tamamilə yenidən qurulmuş arami və latın dilində aparılır.
Film Matera, Krako. Çineçitta və Roma şəhərlərində çəkilmişdir.[11]
Ekranlar çıxmazdan əvvəl də film çox mübahisələrə səbəb oldu. Filmin, xüsusilə Yaxın Şərq müsəlmanları arasında antisemitizm əhval-ruhiyyəsinə səbəb ola biləcəyinə dair narahatlıqlar var idi.[12] Malayziya hökuməti filmin yalnız xristianlara göstərilməsinə icazə vermişdir. Bunun üçün biletlərin yalnız Malayziya Milli Yevangelist Xristian Qardaşlığının üzvləri olan xristian kilsələrində satılmasına icazə verildi. Müsəlmanların filmi izləmə qadağasından əlavə, hökumət filmin reklam edilməsinə də icazə verməmişdir.[13]