İsaxlıgirmə[1] — Azərbaycan Respublikasının Balakən rayonunun Şambul kənd inzibati ərazi dairəsində kənd.[2]
İsaxlıgirmə | |
---|---|
41°40′03″ şm. e. 46°14′57″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Alazan-Əyriçay çökəkliyindədir. İsaqlıgərmə variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, vaxtilə kəndin ərazisində Mazım çayının keçidi (yerli əhali çay keçidini girmə adlandırır) yaxınlığında İsaq adlı şəxsin binəsi olmuş və keçid də onun adı ilə İsaqlıgirmə adlanmışdır. Sonralar burada salınan kənd də həmin adı qəbul etmişdir.
İsaxlıgirmə kəndin əhalisi təxminən 250-300 nəfərdir və 80 %-i avarlar, 15 %-i azərbaycanlılar, 5 %-i isə qaraçılar, tərəkəmələr və digər xalqın nümayəndələridir. Kəndə daha çox heyvandarlıq və meyvəçilik fındığçılıq inkişaf etmişdir. Kənddə bir meyvə bağı, bir uşaq bağçası, bir neçə mağaza fəaliyyət göstərir.[3].
Balakən rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |