İsaxan İsaxanlı

İsaxanlı İsaxan Abdulla oğluƏdəbiyyatşünas, yazıçı, tərcüməçi. Xəzər Universitetinin İdarəetmə və Tələbə İşləri üzrə Prorektoru. Filologiya elmləri doktoru, Xəzər Universitetinin Dillər və ədəbiyyatlar kafedrasının professoru.

İsaxan İsaxanlı
İsaxan Abdulla oğlu İsaxanlı
Doğum tarixi 1962
Doğum yeri
Elm sahələri təhsilin tarixi, problemləri
müqayisəli təhsil, ədəbi əlaqələr, tərcümə məsələləri
Elmi dərəcəsi Filologiya elmləri doktoru
İş yeri Xəzər Universiteti
Təhsili Bakı Dövlət Universiteti mexanika-riyaziyyat fakültəsi (1979-1984)
Mükafatları

Ədəbiyyat üzrə Beynəlxalq Yesenin Mükafatı laureatı (2015, Moskva, Rusiya Yazıçılar Birliyi).

Ədəbiyyat və İncəsənət sahəsində Yesenin Mükafatı laureatı (2015, Ryazan, Rusiya).
khazar.org

1962-ci ildə Gürcüstan SSR-in Qarayazı rayonunun Kosalı kəndində müəllim ailəsində anadan olmuşdur.

1979-cu ildə Kosalı kənd orta məktəbini bitirdikdən sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1984-cü ildə məzun olmuşdur.

"Mars" elmi-tədqiqat İnstitutunda (Rusiya, Ulyanovsk, 29.03.1985 – 01.06.1987) mühəndis-proqramçı, Gürcüstanın Qardabani 1 saylı orta məktəbində riyaziyyat müəllimi (01.03.1988 – 01.08.1994) işləmişdir.

1994-cü ildən Xəzər Universitetində çalışır.

2003-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində "Azərbaycanda özəl ali təhsilin problemləri" mövzusunda dissertasiya (elmi rəhbər: akademik Hüseyn Əhmədov) müdafiə edərək pedaqoji elmlər namizədi (Pedaqoji elmlər üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi almışdır.

2021-ci ildə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat institutunda "Sergey Yesenin yaradıcılığı Azərbaycan və Şərq ədəbi-bədii kontekstində" mövzusunda doktorluq dissertasiyası (elmi məsləhətçi: akademik İsa Həbibbəyli) müdafiə edərək Filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

200-ə yaxın elmi və publisistik məqalə, bir neçə monoqrafiya və dərs vəsaitinin müəllifidir.

Amerika Birləşmiş Ştatları, Polşa, Rusiya, Latviya, Estoniya və s. xarici ölkələrdə elmi konfransların, simpoziumların iştirakçısı olmuş, məqalə və tezislərlə çıxış etmişdir.

"Sergey Yesenin və Azərbaycan" mövzusunda apardığı elmi araşdırmaları Rusiyada yüksək qiymətləndirilmişdir:

  • 2015-ci il Ədəbiyyat üzrə Beynəlxalq Yesenin Mükafatı laureatıdır (Moskva, Rusiya Yazıçılar Birliyi).
  • 2015-ci il ədəbiyyat və İncəsənət sahəsində Yesenin Mükafatı laureatıdır (Ryazan, Rusiya).

Tərcüməçilik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aleksandr Puşkin, Mixail Lermontov, Aleksandr Blok, Sergey Yesenin, Aleksey Tolstoy, İvan BuninRəsul Həmzətovdan poetik tərcümələr etmişdir.

Kitabda dahi rus şairi Sergey Yeseninin yaradıcılığının bakı dövrü təfsilatı ilə araşdırılmış, onun bakı həyatı ilə bağlı yeni səhifələr üzə çıxarılmış, maraqlı materiallar və fotoşəkillər təqdim edilmişdir. Yeseninin əsərlərinin Azərbaycan dilinə tərcümələri geniş şəkildə təhlil edilmiş, tərcümələrin keyfiyyəti və səviyyəsi haqqında fikir formalaşdırılmışdır. Kitabda, həmçinin, müxtəlif vaxtlarda azərbaycanlımüəlliflərin Yeseninə həsr etdikləri şeirlər bir yerə toplanmışdır.

  • Klassik rus poeziyasından nümunələr İsaxanın tərcüməsində. Bakı: Xəzər Universitəsi Nəşriyyatı, 2011, 96 səh.

Kitaba İsaxan İsaxanlının klassik rus poeziyasından - A.Puşkin, M.Lermontov, A.Blok, S.Yesenin, A.Tolstoy və İ.Bunundən tərcümələri daxil edilmişdir.

  • Azərbaycanda latın əlifbasına keçid və Fərhad Ağazadə. Xəzər Universitəsi Nəşriyyatı, 2011, 172 səh.

Kitab Azərbaycanda ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması məsələsinə həsr edilmişdir. Kitabda ərəb əlifbasının latın əlifbası ilə əvəz olunması uğrunda mübarizədə tanınmış pedaqoq, dilçi, jurnalist, yazıçı-publisist, görkəmli ictimai xadim Fərhad Ağazadənin rolu geniş araşdırılır, onun həyatı və fəaliyyəti ilə bağlı maraqlı məqamlar üzə çıxarılır. Kitabda arxiv materiallarından geniş istifadə olunmuş, maraqlı sənədlər, fotoşəkillər təqdim edilmişdir.

  • Незадаром ему мигнули очи - Есенин в Баку. Баку: Издательство "Хазар Университети", 2012, 373 стр.

В книге подробно исследован «бакинский период» жизни и творчества гениального русского поэта Сергея Есенина. Выявлены новые страницы, связанные с его жизнью в Баку, представлены интересные материалы, освещающие отдельные, неосвещенные страницы «бакинского периода» творчества поэта. В книге также представлены интересные фотографии, относительно жизни поэта в Баку, некоторые из которых впервые появляются в печати. В конце книги собраны стихи азербайджанских авторов, посвященные Есенину в различное время, а также дается точный перечень произведений Есенина, переведенных на азербайджанский язык.

  • Sergey Yesenin. İran nəğmələri. Xəzər Universitəsi Nəşriyyatı, 2015, 159 səh.

Kitaba Yesenin sevgi poeziyasının mərkəzində yer alan “İran nəğmələri” silsiləsinə daxil olan 15 şeirin bu günə məlum olan Azərbaycan dilinə bütün tərcümə variantları daxil edilmişdir (9 tərcüməçi, 61 tərcümə). Kitaba, həmçinin, İsaxan İsaxanlının “İran nəğmələri: İrana və Bakıya əbədi sevgi heykəli”, “İran nəğmələrində qadın obrazları” və “Ən tərcüməolunmaz şairdən tərcümələr” adlı üç məqaləsi daxil edilmişdir. Məqalələrdə “İran nəğmələri” ilə bağlı, eləcə də, ümumilikdə Yesenin poeziyasının Azərbaycan dilinə tərcüməsi, tərcüməçilər, tərcümə olunmuş şeirlər haqqında geniş məlumat verilir.

  • Bir sevgi dastanı. Xəzər Universiteti Nəşriyyatı, 2022, 218 səh.

Kitab İsaxan İsaxanlının ilk nəsr əsəridir. Kitaba müəllifin 9 hekayəsi daxil edilmişdir. Hekayələr arasında kiçik, orta və iri həcmli, həm lirik ruhda köklənmiş, həm də psixoloji hekayələr var.

  • Hamlet İsaxanlının şeir dünyasına lirik-epik səyahət. Xəzər Universiteti Nəşriyyatı, 2023, 96 səh.
  • Azərbaycan-rus ədəbi əlaqələri (Serqey Yesenin və Azərbaycan ) Monoqrafiya. Xəzər Universiteti Nəşriyyatı, 2023, 304 səh.

Monoqrafiyada Azərbaycan-rus ədəbi əlaqələr tarixinin mühüm bir həlqəsi olan “Serqey Yesenin və Azərbaycan” mövzusunda araşdırma aparılmış, böyük rus şairi Serqey Yeseninin həyat və yaradıcılığının “Bakı dövrü”nün bu əlaqələrin inkişafında yeri və rolu müəyyənləşdirilmişdir. Monoqrafiya əsasən ədəbi əlaqələr, tərcümə nəzəriyyəsi və praktik tərcümə ilə məşğul olan mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Kitabdan uyğun ixtisaslar üzrə təhsil alan ali məktəb tələbələri və müəllimlər də istifadə edə bilərlər.

seçilmiş elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  1. Təhsilin seçmə prinsipləri "Qafqaz: tarix, müasirlik və geosiyasi perspektivlər" konfransının materialları, səh.230-232. Bakı Dövlət Universiteti, 15 aprel 1998.
  2. Factors Related the Selection process at the state and private Universities. The Positive and negative Sides of centralization Journal of Azerbaijani Studies, Volume 2, number 2, page 50-58. Khazar University, Baku, Azerbaijan, 1999.
  3. Basis and contiunation of Private education in Azerbaijan 6th Nordic Baltic Conference in Regional Science "Nordic-Baltic Sea Region on the eve of the 21st Century"; page 55-58. October 4-7, 2000; Riga, Latvia.
  4. Özəl və dövlət ali məktəblər:Maliyyələşmə, idarəetmə və funksiyalar. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Ali məktəblərarası tematik məcmuə, I buraxılış, səh.50-61. Azərbaycan Respublikası Təhsil Nazirliyi və M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı Institutu. Bakı- mütərcim. 2001-ci il.
  5. Azərbaycanda latın əlifbasına keçid. Tarixə qısa baxış və Fərhad Ağazadə. Xəzər Xəbər jurnalı №№ 197, 198, 199; noyabr, dekabr 2005, Xəzər Universitəsi.
  6. Əcnəbi tələbələrin cəlb edilməsi: dünyada gedən proseslər. Xəzər Xəbər, (jurnal) № 264, 28 fevral 2009. Xəzər Universitəsi
  7. Сергей Есенин на азербайджанском языке. Современное есениноведение. (Научно-методический журнал), 2012. №23. стр. 24-28. Рязанский государственный университет имени С.А.Есенина.
  8. Два народных певца: Сергей Есенин и Джаббар Карягдыоглу. Сергей Есенин и русская история. Сборник трудов по материалам Международной научной конференции, посвященной 117-летию со дня рождения С.А.Есенина и Году российской истории. Москва-Константиново-рязань, 2013, стр. 407-414.
  9. Гибель Есенина в откликах азербайджанской печати. Современное есениноведение. (Научно-методический журнал), 2013. № 24. С.6-11. Рязанский государственный университет имени С.А.Есенина.
  10. Азербайджанский поэтический венок Сергею Есенину / Сергей Есенин и его современники. Сборник научных трудов. Серия «Есенин в ХХI веке». Выпуск 3. Москва-Константиново-Рязань: Гос. Музей-заповедник С.А.Есенина, 2015, с.269-279
  11. Fragments of Azerbaijan-Russian literary relations: On Sergei Yesenin’s Baku visits // Khazar Journal of Humanities and Social Sciences. Baku, Azerbaijan, Vol.20, Num.2, 2017, pp. 66–79
  12. Sergey Esenin: the Baku Period of Life and Creativity of the Great Russian Poet // Enthymema. Milan, İtaly, Num.22, 2018, pp. 82–94

Yaradıcılığı haqqında bəzi məqalələr

[redaktə | mənbəni redaktə et]
  1. Nəriman Həsənzadə. Yesenin – Puşkindən sonrakı Rusiyadır. “525”-ci qəz., Bakı, 2010, 28 sentyabr
  2. Camal Mustafayev. Yeseninşünaslığa yeni töhfə. “Kredo” qəz., Bakı, 2011, 8 yanvar
  3. Əjdər Ağayev. İsaxan İsaxanlı dünyasının möcüzələri. “Təhsil və zaman” qəz., Bakı, 2012, 31 yanvar
  4. Əli Rza Xələfli. Şeirin bənzərsiz çiçəyi. “Kredo” qəz., Bakı, 2010, 2 oktyabar
  5. Əli Rza Xələfli. Sergey Yesenin – Böyük ədəbi körpü. Bizim «İran nəğmələri»..., bizim Sergey Yesenin... və bizim İsaxanlı.... “Kredo” qəz., Bakı, 2015, 5 iyun
  6. Əli Rza Xələfli. Məni söz çağırdı, yaxud bir daha yeseninşünas, tərcüməçi İsaxan İsaxanlının ədəbi yaradıcılığı haqqında düşüncələr. “Kredo” qəz., Bakı, 2015, 16 oktyabr
  7. Nizami Tağısoy. Sergey Yeseninin Azərbaycana “qayıdışı” // “Mütərcim” jurnalı, 2011, № 1, s.76-81
  8. Nizami Tağısoy. Klassik rus poeziyasından yeni nümunələr. İsaxanın tərcümələrinə fraqmentar baxış. “Bütöv Azərbaycan” qəz., Bakı, 2012, 14-20 mart
  9. Низами Тагисой. Самый труднопереводимый и самый любимый. «Литературная газета», Москва, 2015, 19 ноября
  10. Франгиз Ханджанбекова. Сергей Есенин и Баку. Газ. «Бакинский рабочий», 2012, 15 ноября
  11. Франгиз Ханджанбекова. «Не могу долго жить без Баку и бакинцев». Газ. «Азербайджанские известия», 2012, 21 ноября
  12. Франгиз Ханджанбекова. Незадаром ему мигнули очи. Газ. «Каспий», Баку, 2015, 22 октября

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]