Qaçaq İsaxan

Qaçaq İsaxan (1897, Qarayazı rayonu1930, Cəlaloğlu rayonu) — XX əsrin 20-ci illərin sonu və 30-cu illlərin əvvəlində Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmiş qaçaq.

Qaçaq İsaxan
Digər adı İsaxan Hacıbayramlı
Doğum tarixi 1897
Doğum yeri
Vəfat tarixi 1930
Vəfat yeri

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Həmin dövrdə "kollektivləşmə" siyasətinə xalq arasında etiraz hərəkatları geniş vüsət almışdı. 1930-cu ilin əvvəllərində Ermənistanda mütəşəkkil silahlı üsyan Kərbəlayı İsmayılın başçılığı ilə Vedibasar mahalında baş vermişdi. Lənkəran ətrafinda sərhəd qoşunları və milis qüvvələri ilə gərgin döyüşlər aparan dəstələrə Həsən İsa oğlu və Cankişi başçılıq edirdilər. 1928/30-cu illərdə Qarabağda, Quba, Nuxa, Göyçay, Zaqatala, Gəncə kimi yerlərdə silahlı müqavimət hərəkatının ardı-araşı kəsilmirdi. Gəncədə və Gəncəbasarda Məmməd Qasım, Hacı Axund və Rüstəmin dəstələri döyüşürdülər. Gürcüstanın Qarayazı mahalında başlayan və Ermənistanın azərbaycanlılar yaşadığı bir çox yerləri də əhatə edən silahlı üsyana isə Qaçaq İsaxan adı ilə tanınmış İsaxan Hacıbayramlı başçılıq etmişdir.

Qaçaq İsaxan haqqında aşıqlar mahnılar qoşmuş, dastan yaratmış, şairlər ona şeirlər həsr etmiş, qəhrəmanın 100 illiyi AzərbaycanGürcüstanda böyük təntənə ilə qeyd edilmişdir. Xalq qəhrəmanının mübarizə dolu həyatı və fəaliyyəti elmi araşdırmalarda, bədii əsərlərdə və aşıq ədəbiyyatında öz əksini tapmışdır. Sovet ordusunu ciddi itkilərə uğratmış Qaçaq İsaxan öz igidliyi və cəngavərliyi ilə nəsillərin yaddaşına yazılıb.

Qaçaq İsaxan 1897-ci il yayın sonunda Gürcüstanın Qarayazı rayonu Dəmirçi-Hasanlı (indiki Kür altı Kosalı) kənd sakini İsə Hacıbayramoğlunun ailəsində dünyaya göz açmışdır. Milliyyətcə qarapapaq (tərəkəmə) türküdür. Bu yerin sakinləri ənənəvi olaraq hər yay Ermənistanın Qaraxaç yaylağına köç edərdilər; İsaxan köç zamanı həmin Qaraxaçda anadan olmuşdur. O, 1930-cu il, yenə yayın sonunda, 33 yaşında elə anadan olduğu yerlərdə də qəhrəmancasına həlak olmuşdur.

Qaçaq İsaxanın ömür yoldaşı
Qaçaq İsaxanın övladları
Qaçaq İsaxanın oğul nəvələri
  • Atası İsə Hacıbayramlı 1897-ci ilin yazında һələ İsaxan anadan olmamışdan dünyasını dəyişmişdir.
  • Anası Tükəzban 1930-cu il martın 25-də vəfat etmişdir.
  • Ömür Yoldaşı Zeynəb Hacıməmməd qızı 1981-ci ildə 84 yaşında vəfat etmişdir

Qaçaq İsaxanın övladları:

  • Suddarxan İsaxan oğlu — 1953-cü ildə 27 yaşında vəfat etmişdir
  • Abdulla İsaxan oğlu — 1972-ci ildə 46 yaşında vəfat etmişdir
  • Muxsarə İsaxan qızı — 1979-cu ildə 55 yaşında vəfat etmişdir
  • Mərziyə İsaxan qızı — 2004-cü ildə 84 yaşında vəfat etmişdir.

Qaçaq İsaxanın oğul nəvələri:

  • Hamlet İsaxanlı
  • Rüfət İsayev (1953-cü il doğumludur, Bakıda yaşayır)
  • Suddarxan İsayev (1956-cı il doğumludur, Gürcüstanda, Qarayazıda yaşayır)
  • Maqbet İsayev (1958-ci il doğumludur, 2013-cü il noyabrın 11-də dünyasını dəyişmişdir)
  • Oqtay İsayev (1960-cı il doğumludur, Bakıda yaşayır)
  • İsaxan İsaxanlı
  • Şahin İsayev (1966-cı il doğumludur, Bakıda yaşayır)

İsaxan üsyanı

[redaktə | mənbəni redaktə et]

Qaçaq Isaxan 20-ci illərin sonu və 30-cu ildə Gürcüstan və Ermənistan ərazilərində sovet rejiminə qarşı silahlı üsyana başçılıq etmişdir.

Gürcüstan Respublikasının Prezident Arxivində (keçmiş: Sov. İKP MK nəzdindəki Marksizm-Leninizm institutunun Gürcüstan filialının Partiya arxivi (PAQFİML) saxlanılan, 1930-cu il 12 mart və 16 mart arasında Tbilisi ilə Moskva arasında baş verən təcili və gizli xəbərləşmə və qərarlaşma haqqında sənədlər İsaxan üsyanının vüsətindən xəbər verir (sənədlər əslində olduğu kimi rus dilində təqdim olunur):

"В Грузии подготовляется операция против старой банды Исахана (Караязы), взявшего вчера обратно свое желание примириться, что объясняется повидимому организованным воздействием муссаватистов"[1].

"Санкционировать операции Закавказского ГПУ по ликвидации банды в Караязском району… Разработать проект практических мероприятий – участие КК Армии в борьбе с бандитизмом, в частности обсудить вопрос о передислокации частей КК Армии… Отпустить Зак.ГПУ из резервного фонда ЗСНК 200000 рублей сверх ранее отпущенных"[2].

"С первых же дней коллективизация встретила резкое сопротивление не только со стороны кулачества, но и середняков… Наличие отдельных бандитских групп в Караязском районе, также в районах бывшего Борчалинского уезда под руководством бывшего примиренного бандита Исахана"[3].

Üsyan iştirakçılarının bəziləri, o cümlədən "Xozeyin" ləqəbi ilə tanınan Qurban Hacıbayramlı və onun qardaşı Nağı Hacıbayramlı Türkiyəyə keçmiş və Bayramgil soyadı ilə orada yaşamışlar. Əksər usyançılar isə Sovet hökuməti tərəfindən məhv edilmişlər[4].

Qaçaq İsaxanın ölüm səhnəsi

[redaktə | mənbəni redaktə et]
1930-cu ildə Calaloğlu (indiki Stepanavan) milis şöbəsinin yerləşdiyi bina. Qaçaq İsaxanın həyatının bizə məlum olan son qəhrəmanlıq səhnəsi burada baş vermişdir.

Qaçaq İsaxanın pusquya salınıb öldürülməsi və bəzilərinin fikrincə oradan qaçması haqqında əhvalat xalq arasında çox geniş yayılmışdır. Bu barədə Hamlet İsaxanlının əsərinə müraciət edək[5].

"İsaxan Vorontsovkada işlərini tamamladıqdan sonra cəmi iki silaһdaşı Alı Haqqalanlı və Sadıx Sadıxoğlu ilə bərabər Calaloğluna (indiki Stepanavana) yola düşdü. Çalaloğlunda İsaxana qarşı böyük miqdarda milis və əsgərlərdən ibarət pusqu qurulmuşdu. İsaxanın yanına gedib-gələn və bu pusquda rəzil rol oynamış Daneliya soyadlı bir Tiflis sakininin dəfələrlə müxtəlif adamlara, o cümlədən İsaxanın ailəsinə söylədiyi və digər şaһidlərin də əsasən təsdiq etdiyi əһvalat İsaxanın bizə məlum son saatlarını təsvir edir:

"Məni Calaloğlu mərkəzi milis şöbəsinə çağırıb dedilər ki, Moskvadan gəlmiş yüksək rütbəli bir məmur İsaxanın igidliyi, mərdliyi һaqqında çox eşidib və onunla şəxsən tanış olmaq istəyir. Mən һeç nədən şübһələnmədim və bu söһbəti İsaxana çatdırdım (özünü təmizə çıxararkən Daneliyanın səmimiliyi böyük şübһə doğurur). Təyin olunan vaxtda Moskvadan gələn adam, iki vəzifəli milis işçisi və mən kabinetdə İsaxanı gözləyirdik. Artıq mən bilirdim ki, İsaxana tələ qurulub, onu tutub güllələmək istəyirlər. Calaloğlu milis işçiləri və əsgərlərlə dolmuşdu, milis şöbəsinin ətrafında və içində silaһlı adamlar pusquda dayanmışdılar. Lakin mən һeç nə edə bilməzdim, ürəyimdə deyirdim ki, bir iş çıxsa və İsaxan buraya gəlməsəydi nə yaxşı olardı. Ancaq o, һəm verdiyi sözə möһkəm, һəm də sözə tez inanan idi. Ayaq səsləri eşidildi və İsaxan daxil oldu.

O, cavan olsa da dünyagörmüş adam idi və arxasınca qapılar bağlandıqca şübһəsiz ki, məsələni başa düşmüşdü, ancaq geriyə yol yox idi. Çox qətiyyətli görünürdü, gülümsədi və "һə, sən burdasanmı, çox yaxşı oldu" deyib yarı isteһza ilə və yarı sevinmiş kimi mənə baxdı (zəһmli adamdı, amma həmişə xəfifcə gülümsəyərdi). İsaxana oturmaq təklif etdilər, o sağ ayağını sol ayağının üstünə aşıraraq və kəmərdən asılmış mauzerini dizinin üstünə tərəf sürüşdürərək oturdu. Moskvadan gələn adam İsaxana müraciət etdi: "Sənin igidliyin һaqqında çox eşitmişəm, biz sənə Ermənistanda yaxşı vəzifə təklif etmək istəyirik, sən öz silaһını təһvil ver, sənə yenisini təqdim edəcəyik". İsaxan yenə gülümsədi və "Nə olar, qoy olsun, mauzerimi verərəm, mauzeri asdığım kəməri də verərdim, amma kəmər mənə yadigardır, onu götürəcəm" deyə sakitcə kəməri açmağa başladı.

Məncə һeç kim deyilən sözlərə dərindən fikir vermirdi, İsaxanın aldandığını güman edərək sevincək bir-birinin üzünə baxıb raһat nəfəs aldılar. İsaxan kəməri açıb birdən mauzerini əlinə aldı, "alın, köpək uşağı" deyə gözümüzü qırpmağa macal tapmamış üç atəş açdı. İki milis rəisi yerindəcə öldülər, Moskvadan gələn adam (bilmirəm o, doğrudanmı Moskvadan gəlmişdi, amma rus idi) ağır yaralandı və bir neçə saatdan sonra o da öldü.

Can şirindir, mən qorxumdan stolun altına girdim. İsaxan məni dartıb çıxartdı, mən yalvardım ki, "məni balalarının başına çevir, bilməmişəm". O, acı-acı gülümsədi: Qorxma, səni öldürməyəcəm, səni özümdən yadigar saxlayacam dedi. "Yadındamı, demişdin ki, İsaxan, sənə xain çıxsam, allaһ qollarımı qurutsun" deyib hər iki qolumu güllələdi. Görürsünüz ki, o zamandan qollarım yoxdur. Sonra özünü pəncərəyə vurdu, şüşə parçalanıb dağıldı. O, bir an dönüb mənə baxdı, gözünün altı çapılmışdı, əli ilə axan qanı silib bayıra atıldı. Sonrasından xəbərim yoxdur, deyirlər ki, onu vurdular"

Doğrudan da İsaxanın һəyatı və ölümü һaqqında səһiһ məlumatlar yalnız bu ana qədərdir. Bir çoxları onun pəncərədən düşüb һəyətdəki һasardan aşarkən vurulduğunu söyləyirlər. Bir sıra şaһidlər İsaxanın oradan qaçdığını, bir erməninin evinə gəldiyini, üzündəki çapığı təmizləyərək ona tibbi yardım edildiyini iddia edirlər. Bəzilərinə görə o, qaçdıqdan sonra iki yoldaşı Alı və Sadıx ilə müһasirəyə düşüb, döyüşüb һəlak olmuşlar. Һətta onun Naxçıvana getdiyi, yerli üsyançılara qoşulduğu və sonra İrana keçdiyini güman edənlər də vardır.

Һələlik onun ölümü haqqında bizə məlum və yoxlanılması çətin olan yeganə yazılı məlumatı gətirməklə kifayətlənirik: "İsaxanı dəstəsilə bərabər Çalaloğlunda məhv etmək üçün milis qüvvələrindən əlavə 400 qızıl süvari eyni qəsəbəni müһasirəyə aldı. Bu qüvvələrlə üsyançılar arasında başlayan qanlı çarpışmalar nəticəsində bəzi QPU şefləri və süvari komandiri daxil olmaqla 75 düşmən öldürdükdən sonra İsaxanın yoldaşları ilə bərabər şəhid edildiklərini xəbər aldım"[6].

Haqqında yazılanlar

[redaktə | mənbəni redaktə et]

Qaçaq İsaxanın həyatı və fəaliyəti Türkiyədə, Azərbaycanda və Gürcüstanda dərc olunmuş aşağıdakı elmi məqalələrdə, publisistik yazılarda və kitablarda öz əksini tapmışdır:

  • Nağı Bayramgil. Kızıl istilanın doğurduğu Azerbaycan isyanlarından hatiralar. TÜRK İZİ, 1954/55;
  • Nağı Bayramgil. Q. P. U. zindanlarındakı gecelerin kanli manzaraları. TÜRK İZİ, 1954/55.
  • Nağı Bayramgil. Komunistlerin kolhoz teşkilatı ve köylü. TÜRK İZİ, 1956.
  • Nagı Bayramgil. Bolşevik işğalı və mübarizəmiz. Siyasi mühacir xatirələri (redaksiya heyəti Fəxrəddin Hacıkişi oğlu və s.), Bakı, Qanun nəşriyyatı,2020, səh.60–106; 161–175.

Qeyd: Nağı Bayramgil İsaxan hərəkatının fəal iştirakçılarından biri olmuşdur. 1930-cu ildə üsyan amansızcasına yatırıldıqda o, Türkiyəyə keçmiş və 1987-ci ildə Ankarada vəfat etmişdir.

  • Hamlet İsaxanlı: Mərkəzi Zaqafqaziyanin sovetləşməsi və kollektivləşdirilməsi dövrünün ictimai-siyasi mənzərəsi və İSAXAN üsyanı. Azərbaycanda ictimai–siyasi fikir XX əsr, konfransın əsərləri, Bakı, 12 may, 1996. – Bakı: Xəzər

Universitəsi nəşriyyatı, 1996. – s. 1–16. Həmçinin // Gürcüstan qəzeti. – Tiflis. – 1996. – № 34–42. Həmçinin // Xalq qəzeti. – Bakı. – 1996. – № 148–150. Həmçinin // Zəngəzur qəzeti. – Bakı. – 2000. – № 10. – s. 4–5; № 11. – s. 4–5; № 12. – s. 4–5.

  • Hamlet İsaxanlı: Qafqazda Sovet terroruna qarşı 1928/30-cu illər silahlı müqavimət hərəkatı haqqında. Qafqazda Sovet totalitarizmi (20–30-cu illər): Elmı konfrans Bakı 6–7 noyabr, 1998-ci il. – Bakı: Xəzər Universitəsi

nəşriyyatı, 1998. – s. 55–58.

  • Hamlet İsaxanlı: Dastanlaşan tarix: "Qaçaq İsaxan dastanı", Bakı, Xəzər Universitəsi Nəşriyyatı, 2009, səh.3–14
  • Vahid Ömərli. Əfsanəvi qəhrəmanlıq. "Xalq qəzeti", 27 dekabr, 1997-ci il.
  • Vahid Ömərli: Qaçaq İsaxan. "Qarayazı". monoqrafiya 3 cilddə, 1-ci cild. Çaşıoğlu, Bakı-2001, səh.151–187.
  • Vahid Ömərli. Qaçaq İsaxan haqqında xatirələr. (Qaçaq İsaxanı şəxsən tanıyan Borçalının Kürüstü Keşəli kənd sakini Nadir Namaz oğlunun və Qarayazının Nəzərli kənd sakini Şəmsi Kazım oğlunun Qaçaq İsaxan haqqında xatirələri)

"Xəzər Xəbər" jurnalı, № 137, 15 yanvar 2003-cü il, səh.30–31.

  • Vəli Ləmbəli, Bəkir Əbdürrəhmanov. Ləmbəli fəryadı (sənədli povest). Azərbaycan Dövlət Nəşriyyatı, Bakı, 1995, səh.33–34
  • Razim Məmmədli – Qarayazıda tarixi yubiley gecəsi (İsaxan Hacıbayramlının 100 illik yubileyi haqqında)"Xəzər Xəbər" jurnalı, № 35, 20 noyabr 1997-ci il, səh.5–6
  • Şərafət Kələntərova – Yubiley təəssüratım (İsaxan Hacıbayramlının 100 illik yubileyi haqqında)"Xəzər Xəbər" jurnalı, № 35, 20 noyabr 1997-ci il, səh.6
  • Şurəddin Məmmədli. Alın yazımız. Tbilisi, 1997, səh.91
  • Hüseynqulu Məmmədli. Görün Faxralının biri olsun beş…Bakı, "Ağrı dağ" nəşriyyatı, 2002, səh.70–77
  • Zahid Ələmpaşalı: Qaçaq İsaxan dastanı. Xəzər Universitəsi Nəşriyyatı, Bakı, 2009, 76 səh.
  • Qaçaq İsaxan dastanı. Borçalı folklor örnəkləri (2-ci kitab, dastanlar). Tərtib edəni Elxan Məmmədli. AMEA Folklor institutu, Bakı, Elm və təhsil nəşriyyatı, 2013, səh.328–365
  • Qaçaq Mahmud dastanı. Borçalı folklor örnəkləri (2-ci kitab, dastanlar). Tərtib edəni Elxan Məmmədli. AMEA Folklor institutu, Bakı, Elm və təhsil nəşriyyatı, 2013, səh.366
  • Redaktordan. Borçalı folklor örnəkləri (2-ci kitab, dastanlar). Tərtib edəni Elxan Məmmədli. AMEA Folklor institutu, Bakı, Elm və təhsil nəşriyyatı, 2013, səh.5–13
  • Əziz Əlibəyli. Azərbaycanlı qaçaq Beriyanı necə məğlub etdi. 525-ci qəzet, 15 yanvar 2015-ci il, səh.8
  • Mahmud Allahmanlı. Dastanlaşan tariximiz. Aşıq ədəbiyyatı antologiyası (3 cilddə), 2-ci cild. Qəhrəmanlıq dastanları. Bakı, 2017, səh.5–9 (Xalq əmanəti layihəsi, Xalq Bank)
  • Əflatun Səfərov. Borçalı mahalı və Gürcüstan azərbaycanlıları. Tarixi-etnoqrafik oçerk, səh.9

Qeyd: Bəzi yazılı məlumatlara görə (Bax: Qarayazı, 1-ci cild, səh.182) yazıçı Abbas Kirəcli 1940-cı ildə "Qaçaq İsaxan" adlı hekayə yazmış, lakin hekayə çap olunmamış qalmışdır. Təəssüf ki, axtarışlara baxmayaraq adı çəkilən əsərin əlyazmasını hələlik əldə etmək mümkün olmamışdır.

Həsr edilmiş şeirlər

[redaktə | mənbəni redaktə et]

1997-ci il oktyabrın 15-də İsaxanın vətənində — Gürcüstanın Qarayazı mahalında qəhrəmanın anadan olmasının 100 illiyi münasibətilə təntənəli tədbir keçirildi. Tədbirdə Qarayazı ziyalıları, el şairləri, İsaxanın adını həmişə hörmət və ehtiramla yad edən sadə kənd camaatı, Bakıdan getmiş elm adamları, şairlər, İsaxanın döğmaları iştirak edirdilər.

Borçalı aşıq məktəbinin görkəmli nümayəndəsi Aşıq Kamandar, Gürcüstan aşıqlar birliyinin sədri, şair Osman Əhmədoğlu, el şairi Zahid Ələmpaşalı Qaçaq İsaxana şeirlər həsr etmiş, Arif Mustafazadə "Qaçaq İsaxan haqqında elegiya" yazmışdır:

  • Aşıq Kamandar: "İsaxan baba". Vahid Ömərli. Qarayazı. 1-ci cild. Çaşıoğlu, Bakı-2001, səh.185–186; Mən ellər aşığı Xan Kamandaram. Pedaqogika nəşriyyatı, Bakı — 2008, səh.102.
  • Osman Əhmədoğlu: "İsaxanım". Vahid Ömərli. Qarayazı. 1-ci cild. Çaşıoğlu, Bakı-2001, səh.184.
  • Zahid Ələmpaşalı: "Qaçaq İsaxan dastanı". Xəzər Universiteti Nəşriyyatı, Bakı, 2009.
  • Arif Mustafazadə: "Qaçaq İsaxan haqqında elegiya". Hardan yadıma düşdün İsaxan. "Xəzər-Xəbər" (jurnal), 15 may 1999, səh.10. Həmçinin: Vahid Ömərli. Qarayazı. 1-ci cild. Çaşıoğlu, Bakı-2001, səh.187.
  • Hamlet İsaxanlı: "Bir diri ceyran balası". Ziyarət. Xəzər Universiteti Nəşriyyatı, 2009, səh.121–122.

"Ziyarət" poeması, ümumiyyətlə, müəllifin (Hamlet İsaxanlının) doğma kəndini ziyarəti ilə bağlı xatirələr üzərində qurulmuşdur. Əsərdə Qaçaq İsaxan, xüsusilə onun ölümündən sonra nəslin qayğısını öz üzərinə götürən həyat yoldaşı Zeynəb və uşaqlarının keşməkeşli həyatının bəzi məqamları öz bədii təsvirini tapmışdır.

Qaçaq İsaxan. Film 2001-ci ildə Azərbaycan televiziyasında nümayiş etdirilmişdir.

Nəslindən görkəmli şəxsiyyətlər

[redaktə | mənbəni redaktə et]

Hamlet İsaxanlı: "Mən İsaxanın nəvəsiyəm. Uşaqlıqdan hər yerdə İsaxanla bağlı çox söhbətlərin şahidi olmuşam. Onu gözü ilə görən ağsaqqallar, ağbirçəklər, aşıqlar, hökumət adamları, ailə və nəsil, sadə insanlar, ermənilər, gürcülər və onu heç vaxt görməmiş insanlar içlərində bir İsaxan əfsanəsi yaşadır, yeri düşən ilk anda bu barədə ehtirasla danışardılar. Mən böyüyəndə, tənqidi düşüncə sahibinə çevriləndə danışılanların bir hissəsinin şişirdildiyini zənn edir, bunu xalqın öz qəhrəmanını daha böyük görməsi ilə izah edirdim. Sadəcə düşünürdüm ki, bu cür hadisələr yalnız nağıllarda, əfsanə və dastanlarda, kitablarda ola bilər. Nəhayət, Tiflisdə arxivlərdə işləmək, axtarış aparmaq qərarına gəldim. İlk dəfə uyğun sənədləri tapanda nə cür hisslər keçirdiyimi sözlərlə ifadə etməkdə acizəm. Üsyanın xalq arasında deyildiyindən daha böyük olduğunu, İsaxan və onun yoldaşlarının göstərdiyi şücaət və qəhrəmanlıqların söylənilənlərdən daha artıq olduğunu gördüm. İsaxan haqqında saatlarla məhəbbətlə söz açanları daha yaxşı anladım" (Hamlet İsaxanlı: Dastanlaşan tarix: Bax: Zahid Ələmpaşalı. "Qaçaq İsaxan dastanı", Bakı, 2009, Xəzər Universitəsi Nəşriyyatı, səh.3–14.)

  1. Записка по прямому проводу – Москва ОГПУ, Ягода, Евдокимов, от Реденца – Берии. Ф.13, д.38, опись 8, кор.4, л.120
  2. Особая папка заседания секретариата ЗКК ВКП(б), секретарь ЗКК ВКП(б) Криницкий. Ф.13, д.38, опись 8, кор.4, л.120
  3. Совершенно секретно, Москва – Секретариат ЦК ВКП(б), от секретаря ЦК КП(б) Грузии – Кахиани. Ф.14, д.10, опись 6, кор.3, л.68–74
  4. Hamlet İsaxanlı. Qafqazda Sovet totalitarizmi (20–30-cu illər): Elmı konfransın materialları. 6–7 noyabr, 1998-ci il. Bakı, Xəzər Universitəsi nəşriyyatı, 1998, səh.55–58.
  5. Hamlet İsaxanlı. "Mərkəzi Zaqafqaziyanin sovetləşməsi və kollektivləşdirilməsi dövrünün ictimai-siyasi mənzərəsi və İSAXAN üsyanı". Azərbaycanda ictimai–siyasi fikir: XX əsr, konfransın əsərləri, Bakı, 12 may, 1996. Xəzər Universitəsi nəşriyyatı, 1996. səh. 1–16
  6. Nağı Bayramgil. Kızıl istilanın doğurduğu Azerbaycan isyanlarından hatiralar. TÜRK İZİ, 1954/55

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]