İsgəndəriyyəli Aya (Assassin's Creed)

İsgəndəriyyəli Aya (misir , ing. Aya of Alexandria; e.ə. 78, İsgəndəriyyə, Qədim Misir (Ptolemeylər) – ???)) — "Assassin's Creed Origins" videooyununun üç protaqanistindən biri, Sivalı Bayekin arvadı, "Gizli Olanlar"ın qurucularından biri, Misir-Yunanıstan əsilli döyüşçü, Kleopatranın şəxsi cəsusu, assasin. E.ə. 44-cü ildə Aya keçmiş şəxsiyyətini silir və Amunet adını alır.

İsgəndəriyyəli Aya
Aya of Alexandria
Assassin's Creed personajı
İlk görünmə Assassin's Creed Origins (2017)
Yaradan Ubisoft Montreal
Səsləndirən Aliks Uilton Reqan
Məlumat
Cinsi Qadın
Peşə Cəsus, assasin
Ailə Herit (xalası)
Həyat yoldaşı Sivalı Bayek
Dini Misir dini
Milliyyəti Yunan, misirli

İsgəndəriyyə şəhərində bir zadəgan ailəsində anadan olan Aya əri ilə təşkilatı qurduqdan sonra, "Roma qardaşlığı"nın ilk müəllimi olmuşdur. Övladının ölümündən sonra İsgəndəriyyə geri qayıdan Aya xalası oğlu olan Gənc Fanosun köməyi ilə Kleopatra ilə tanış olur və daha sonra, onun şəxsi cəsusu olur. "Qədimlər Ordeni"nin bütün üzvlərini öldürəndən sonra, o, "Misir qardaşlığı"nın qurucu üzvlərin biri olur, ancaq daha sonra, Kleopatra ilə Roma şəhərinə gedir. Aya orada "Roma qardaşlığı"nı quru və Avropanın ilk assasin müəllimi olur.

Aya "Origins"də Aliks Uilton Reqan tərəfindən səsləndirilir.

Sivadakı həyat

[redaktə | mənbəni redaktə et]

Aya İsgəndəriyyə şəhərində yarı yunan və yarı misirli bir zadəgan ailəsində anadan olmuşdur. O, daha sonra erkən yaşlarında xalası Herit ilə yaşamaq üçün Sivaya köçmüş, alim valideynləri isə paytaxtda qalmışdır. Aya oazisin mecayının oğlu Bayek ilə yaxın münasibətə girmişdir. Bayekin atası Sabu bu münasibətə qarşı idi, çünki Ayanın etnik müxtəlifliyi onun Bayekə öyrətdiklərini pozacağına inanırdı.

Bayek mecay olmaq üçün hazırlaşırdı. Birdən bir rabitəçi Sivaya gəlir və Sabuya məktub verir. Bu məktubdan sonra, Sabu Siva oazisini heç bir səbəb göstərmədən tərk edir. Sivalı təbib Rabiya və Ahmozla müzakirə etdikdən sonra, Bayek öz atasını axtarmaq üçün Aya ilə brilikdə Misiri səyahət etmək qərarına gəlir. Onlar ilk olaraq, Syovt şəhərinə gedir və orada Sabunu məlumatlandıran rabitəçini tapırlar. Bayek burada Tuta adlı bir uşaqla tanış olur. Tuta Bayekin pul kisəsini oğurlayır. Evlərin damında Tutanın dalınca qaçan Bayek nəhayət onu tutur, ancaq bunu görən Tutanın atası, Paneb Bayeki boğur. Ölümün ayağında olan Bayek, onu təqib edən Aya tərəfindən xilas olunur. Bayek, Aya və Tuta Teben şəhərinə qaçır.

Onlar Tebendə Kensa ilə qarşılaşırlar. Atasını şəhərdə tapa bilməyən Bayek Menna adlı bir cinayətkarın Teben şəhəri yaxınlığında olduğunu öyrənir və Kensa, Aya, Tuta, Seri və Neka ilə məzar oğrusunu axtarmaq üçün yola düşürlər. Neka əsir götürülür və işgəncəyə məruz qalır. O, digərlərinin gecə Nekanın oğurlandığı yerə gəlməsindən sonra xilas olmuşdur. Döyüş zamanı Menna arabaya minib qaçır. O, Bayek və Kensa tərəfindən təqib olunur və nəticədə araba qəzasında həlak olur. Kensa Bayekin atasının, yəni Sabunun Elefantina adasındakı bir çuxurda saxlanıldığı barədə məlumat əldə edir. Buna görə də, o, Bayek və Aya ilə həmin yerə səyahət edir. Qum qasırğası zamanı gözə görünməyən qrup Elefantina adasına sızır, ancaq Sabunu orada tapa bilmirlər. Qrup sahənin keşikçilərindən qaçdıqdan sonra, Sabu özünü qrupa göstərir. Mecayları öldürmək üçün "Qədimlər Ordeni" tərəfindən işə götürülən köhnə əsgər Bion adaya Bayek və Sabunu öldürməyə gəlir, ancaq tələyə düşüb yaralanır və oradan qaçır.

Bir neçə il keçir və Sabu hələ də Bayekə bir mecay olması üçün təlim verməyə davam edir. Öz növbəsində, Bayek Ayaya təlim verir. Onlar təlim üzərində illər sərf etdilər. Nəticədə, Bayek Ayaya evlilik təklifi verir, ancaq o, bu təklifi rədd etdi. Aya buna səbəb olaraq, bir mecayın arvadı olmağının çətin olmasını və böyük İsgəndəriyyə kitabxanasında işləmək istədiyini göstərir. Aya xalasının ağır xəstəliyinə görə təlimi tərk etmək qərarına gəlir. Sivaya geri qayıdan Aya, pabda at oğruları ilə üzləşir. Oğrularla döyüşən Ayaya Bion kömək edir. Bion Ayanın mecaylarla yaxın münasibətdə olduğunu bilirdi, ona görə də Aya ilə dostluq qurmaq qərarına gəlmişdi. Aya Bionu mecayların məşq düşərgəsinə gətirir. Bion gizlincə oxu ilə Sabunu vurur və tez Bayekə hücum edir. Nəticə etibarilə, döyüşçülərin üçü də bu qanlı döyüşdə ağır yaralanır. Məğlubiyyətin yaxın olduğunu görən Sabu ölüm ayağındakı oğlunu xilas etmək üçün onu çaya itələyir. Bayekin bihuş bədəni çayın axını ilə getməsinə baxmayaraq, Bion Sabunu öldürür.

Hamilə olduğunu öyrənən Aya İsgəndəriyyə şəhərinə getmək fikrindən imtina edir və Bayeklə evlənir. Onun Xemu adlı bir oğlu olur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]