Assassin's Creed Origins (azərb. Qatilin İnancı Başlanğıc) — "Ubisoft Montreal" tərəfindən hazırlanan, "Ubisoft" şirkəti tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan videooyun. "Assassin's Creed" oyun seriyasındakı 10-cu əsas epizoddur (ümumilikdə 17) və 2015-ci ildə satışa çıxarılan "Assassin's Creed Syndicate" videooyununun davamıdır. Oyun 27 oktyabr 2017-ci il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılmışdır.
Assassin's Creed Origins | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||
Hazırlayan | Ubisoft Montreal[qeyd 1] | ||||||||
Yayımlayan | Ubisoft | ||||||||
Lokalizatorlar | Softclub | ||||||||
Seriya | "Assassin's Creed" | ||||||||
Anons tarixi | 12 iyun 2017 | ||||||||
Buraxılış tarixi | 27 oktyabr 2017 | ||||||||
Janrlar |
Döyüş-macəra Stels-ekşen |
||||||||
Yaş reytinqləri |
BBFC: 18 ESRB: M — Mature USK: 18 |
||||||||
Rejissorlar | Əşrəf İsmayıl | ||||||||
Dizaynerlər | Erik Baptizat | ||||||||
Ssenaristlər |
Riçard Farreze Jan Qesdon Əşrəf İsmayıl Mustafa Məhra Alen Mersika Metyu Zaqurak |
||||||||
Rəssamlar | Rafael Lakost | ||||||||
Bəstəkarlar | Sara Şaxner | ||||||||
Texniki məlumat | |||||||||
Platformalar |
Microsoft Windows PlayStation 4 Xbox One |
||||||||
Mühərriklər | AnvilNext 2.0 | ||||||||
Oyun rejimləri | Birnəfərli oyun | ||||||||
İnterfeysin dili | ingilis dili, rus dili | ||||||||
Daşıyıcılar | DVD (PC üçün), Blu-Ray (PS4 və Xbox One üçün), rəqəmsal dağılım (Steam, PSN, Xbox Live) | ||||||||
Sistem tələbləri |
|
||||||||
İdarəetmə |
Klaviatura və siçan qeympad |
||||||||
Rəsmi saytı | |||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Oyun Qədim Misirin Ptolemeylər dövrünün sonuna yaxın bir vaxtda (e.ə 49–47), Kleopatranın hakimiyyətində keçir və tarixi hadisələri uydurma versiyaları ilə yenidən qurur. Oyunun hekayəsi azadlığı dəstəkləməklə sülh üçün vuruşan "Gizli Olanlar" (ing. The Hidden Ones) – "Assasin Qardaşlığı"nın (ing. Assasin Brotherhood) sələfi və məcburi şəkildə qayda-qanunun təmin olunmasıyla sülh arzulayan "Qədimlər Ordeni" (ing. Order of Ancients) – "Tampliyer Ordeni"nin (ing. Templar Order) sələfi arasında olan və əsrlərdir davam edən münaqişənin mənşəyini öyrənir. Oyunun baş qəhrəmanı Sivalı Bayek mecaydır – xalqı qorumağa and içmiş ali vəzifə. Oyunçular Qədim Misirin açıq dünyasını at, dəvə və ya qayıqla gəzə bilərlər.
"Origins" tənqidçilərdən müsbət rəylər almışdır. Oyun hekayəsi, personajları, səs aktyorluğu, yenidən işlənmiş geympley sistemləri, böyük dünyası və vizuallarına görə təriflənmiş, ancaq texniki problemlərinə görə tənqidlənmişdir. Oyun bir çox tənqidçi tərəfindən seriyanın ən yaxşı və ya ən yaxşı oyunlarından biri seçilmişdir. Oyunun davamı – "Assassin's Creed Odyssey"in əsas süjeti Qədim Yunanıstanda cərəyan edir və 2018-ci ildə satışa çıxarılmışdır.
"Origins"in xəritəsi Aşağı Misiri və Şərqi Liviyanı əhatə edir. Oyundakı ərazini yükləmə ekranı olmadan gəzmək olar. Oyunun xəritəsi tənqidçilər tərəfindən "Black Flag"in Karib dənizi, ancaq qurudadır."[2] Oyunçular Giza, Memfis, Kirena və İsgəndəriyyə kimi böyük şəhərləri, eləcə də kiçik kəndlər və yaşayış məntəqələrini gəzə bilərlər.[3]
Keçmiş "Assassin's Creed" oyunlarından fərqli olaraq, "Origins"in mini-xəritəsi yoxdur. Bunun yerinə oyuna "Elder Scrolls" oyunlarında olan kompas sətri var.[4] Bayekin qartal yoldaşı və onunla simbiotik əlaqəsi olan Senu, oyunun "Qartal görüşü" funksiyasını yerinə yetirir. Onun gətirdiyi hava perspektivi oyunçulara düşmənləri tapmaq və işarələmək, xəzinə sandıqları, yaratma resursları və gizli keçidləri tapmaq imkanı yaradır.[5] Senu düşmənlərə hücum etmək və ya onları yayındırmaq funksiyasını əldə etmək üçün inkişaf edilə bilər. Senudan vasitəsilə xəritənin dumanlı hissələrini açmaz, bunun yerinə oyunçular xəritənin həmin hissəsinin dumanını açmaq üçün regionun torpaqlarına ayaq basmalıdır. Daxili yerlərə girmək mümkündür, İsgəndəriyyə kitabxanasını da gəzmək mümkündür.[6] Oyunun ənənəvi "Qartal görüşünü" ehtiva etməməsinə baxmayaraq, oyun əşyaları ön plana çıxaran "Animus nəbzi" funksiyasını daşıyır. Senunun təqdim edilməsinin nəticəsində, nəzər nöqtələri sahə və ətraflarının məlumatlarını aşkar etmək üçün istifadə edilmir. Bunun yerinə onlar qartalın aşkar etmə həcmini artırır.[5] Nəzər nöqtələrinin sinxronlaşdırılması oyunçuya həmin yerə sürətli səyahət etməsinə imkan verir.[4]
"Black Flag"dəki sualtı mühitlər oyuna geri qayıdır. Oyunçular artıq suyun dərinliklərinə qədər üzə bilər, sualtı xarabalıqları və gəmi qalıqlarını araşdıra bilərlər. Timsahlar və begemotlar kimi düşmən heyvanlar sularda yaşadıqlarından, oyuna yeni bir sualtı döyüş sistemidə əlavə edilmişdir. Bayek suda qayıq və felyuka, quruda isə atlar, dəvələr və arabalar vasitəsilə səyahət edə bilərlər.[4] Əlavə olaraq, oyunda araşdırmaq üçün 20 dənə türbə var. Bu türbələrin bəziləri gerçək, bəziləri isə uydurmadır. Türbələrdə tələlər və yüngül tapmacalar var, ancaq türbələr əsasən araşdırma və xəzinə axtarışı üçündür.[2] Bayek qaranlıq hissələri araşdırmaq üçün məşəl yandıra bilər.[7]
"Syndicate" kimi, "Origins" də oyunçuya hərəkətlərindən asılı olaraq təcrübə xalı verən bir irəliləmə sistemi var. Səviyyə artırmaq Bayeki gücləndirmir, bunun yerinı oyunçuya oyunun qabiliyyət ağacındakı bacarıqları açmaq üçün bacarıq balları verir. Bacarıq ağacının üç əsas qolu var.
Qabiliyyətlərdən başqa, oyunda tam həcmli bir yaratma sistemi var. Bu yaratma sisteminin əsası ovçuluq edərək, hərbi-ticari nəqliyyatları yağmalayaraq, silahları sökərək və ya oyundaxili valyuta ilə əldə edilən materiallardır (möhkəm dəri, yumşaq dəri və şir-pələng dərisi). Bu materiallardan istifadə edərək Bayekin qol zirehini, doş zirehini, gizli bıcağını, oxqabını, stabilləşdirmə əlcəyini və alət çantasını inkişaf etdirmək mümkündür.[2][8]
"Origins" "Assassin's Creed" franşayzının ənənəvi missiya sistemini silmişdir. Bunun yerinə oyunçu açıq dünyada gəzərkən sinxronlaşma pozulmadan istədiyi missiyanı seçə və istədiyi zaman bitirə bilər.[4] Oyunçular səhranı gəzərkən istivurmaya məruz qala bilərlər. Sistem istivurma zamanı oyuna hallyusinasiyalar kimi fərqli-fərqli elementlər gətirir.[9]
"Origins"in döyüş sistemi tamamilə dəyişdirilmişdir. Yeni sistem zərbə-qutusu sistemindən istifadə edir. Bunun nəticəsində, yerləşdirmə, eləcə də təchiz olunmuş silahın həcmi və sürəti zərbənin uğurlu olub olmamasında böyük rol oynayır. Əlavə olaraq, toppuz kimi böyük silahlar zərbə başına çox zərər versə də, bu oyunçunu əks-hücumlara daha açıq bir vəziyyətdə buraxır. Oyunçular düşmən hücumlarından özlərini qorumaq üçün qalxandan istifadə edə bilərlər.[2][10] Yenidən işlənmiş döyüş sisteminə əlavə olaraq, oyunda "Adrenalin sayğacı" (ing. Adrenaline Gauge) var. Bu sayğac döyüş əsnasında enerji yığır, bu da oyunçuya düşmənlərinə dağıcı bir hərəkət etmək və ya Bayeki dəli etmək imkanı yaradır. Bayek dəli olduğu zaman daha sürətli, daha güclü və zərbələrə daha davamlıdır.[4]
"Origins" müxtəlif silahlar ehtiva edir. Bunların arasında qılınclar, yaylar, ağır silahlar, uzun silahlar, bombalar və qalxanlar var.[11] Ümumi olaraq oyunda 150-dən çox silahlar. Hər bir silahla yüngül və ya ağır zərbələr endirə bilərsiz. Yüngül zərbələr tez olsalar da zərər dərəcələri az olur. Ağır zərbələr gec endirilir, nəticəsində zərbələrin zərər dərəcəsi ağır olsa da, düşmənin əks-hücum etmə ehtimalını artırır. Silahlar üç qrupa – "adi" (ing. common), "nadir" (ing. rare) və "əfsanəvi" (ing. legendary) qruplarına bölünür. Bəzi silahların kritik zərər ehtimalının çoxluğu və ya zərbədə qanama kimi müəyyən atributları var.[2] Oyunda silahsız döyüş seçimi də var. Oyunda nəhəng döyüşçülər və qəribə məxluqlara qarşı olan boss döyüşləri də var.[4]
Oyuna azarkeş bazası tərəfindən tez-tez xahiş edilən xüsusiyyətlər əlavə edilmişdir. Bunlara menyu ekranından Bayekin kapüşönunun bağlı və ya açıq olmasını seçmək və son iki oyundan çıxarılmış çoxlu-yaddaş faylları aiddir.[12] Oyunçular günün vaxtını da (gündüz və gecə) dəyişə bilərlər.[13] Gecə zamanı bəzi qəyyumlar yatır, bunun nəticəsində oyunçular çox diqqət cəlb etmədən gizli səyahət edə bilərlər.[4] "Origins" əsasən birnəfərli oyundur, ancaq oyunda onlayn funksiyalar da var.[14]
Oyunçu Ptolemeylər dövründə (e.ə. 48-ci il), böyük çevriliş zamanı krallıq xalqını qorumağa çalışan bir mecay, yəni Bayeki və arvadı Ayanı idarə edir. Firon olan XIII Ptolomey öz hakimiyyətini ələ almaqda çətinlik çəkir, halbuki krallığını genişləndirmək istəyir. Onun bacısı yeni devrilmiş olan Kleopatra əks-çevriliş başlatmaq üçün loyalistləri cəmləşdirməyə başlayır. Bundan başqa, Yuli Sezar rəhbərliyindəki Roma Respublikası təhdidi də hakimiyyəti qorxudur. Bayekin mecaylıq vəzifəsi onu və arvadı Ayanı bu hadisələri idarə edən gizli qüvvələrlə əlaqəyə girməsinə və nəticədə ilk assasinlər olmalarına gətirib çıxarır.
Müasir tarixdə "Abstergonun Tarixi Araşdırma Diviziyası"nda araşdırmaçı olan Leyla Həsən dostu və iş yoldaşı olan Dina Ciri ilə birlikdə Misirdəki bir artefaktı tapmaq və almaq ilə vəzifələndirilmişdir, lakin o qədim assasinlər olan Bayek və Ayanın mumiyalarını ehtiva edən bir türbə tapır. Leyla şirkətin "Animus" layihəsindək yerini qoruyacaq məlumatları tapmaq ümidiylə Dinanın etirazlarına baxmayaraq, rəislərinə demədən assasinlərin xatirələrinə daxil olur.
E.ə 49-cu ildə Siva oazisini qoruyan hörmətli bir mecay olan Bayek oğlu Xemu ilə birlikdə oğurlanır və beş maskalı adam tərəfindən Amonun məbədində yerləşən yeraltı bir sığınacağa gətirilir. Maskalılardan biri Bayekə qızıl bir kürə verir və sığınacağın girişini açmağını tələb edir. Xemu Bayekə qaçması üçün kömək edir, ancaq maskalılardan birini öldürmək istəyərkən Bayek yanlışlıqla öz oğlunu sinəsindən bıçaqlayır və öldürür.[15]
Bir il sonra, yəni e.ə 48-ci ildə Bayek oğlunun intiqamını almaq üçün Sivadan qaçır. Bayek ilk maskalını, ləqəbi "Vağ" olan Ruceki tapır və öldürür.[16] Bayek ləqəbi "İbis" olan və xalqa zülm verən yerli bir keşişi, Medunamunu öldürmək üçün Sivaya qayıdır.[17][18] Bayek Medunamunu öldürdükdən[15] sonra İsgəndəriyyə şəhərinə gedir.[19] Arvadı Aya şəhərdə yaşayan maskalıları öldürmək üçün onları axtarırdı. Bayek Aya ilə görüşdüyü zaman Aya ona Akteon və Ktesi öldürdüyünü deyir.[20] Bunun nəticəsində Bayekin öldürəcəyi tək bir şəxs qalır, "İlan". Aya "İlan"ın kim olduğunu tapmaq üçün Siciliyalı Apollodor və Kleopatra ilə işlədiyini də deyir. Aya Bayekə ilk gizli bıçağını verir. Bayek "İlan"ın İsgəndəriyyəli Evdor olduğuna inanır və onu hamamda öldürür.[21]
Bayek Evdorun öldürüldükdən əvvəl dediklərini xatırlayır və onda "İlan" haqda şübhələr yaranır. O, cavab almaq üçün Apollodor və Kleopatra ilə görüşmək qərarına gəlir. Görüş zamanı Kleopatra Bayekə özlərini "Qədimlər Ordeni" adlandıran maskalılar tərəfindən devrildiyini və Ptolemeydən istifadə edərək Misirə sahib olmaq istədiklərini deyir. Bundan başqa, Bayek "İlan"ın yalnız Evdorun, yəni "Begemot"un olmadığını, əslində ordenin qolu olduğunu öyrənir. Bu qolun daha beş üzvü var – "Skrabey", "Kaftar", "Kərtənkələ" və "Timsah". Bu məlumatları öyrənən Bayek Kleopatranın Mecayı olmaq və ordenin qalan üzvlərini öldürmək qərarına gəlir.[22] Nəticədə Bayek onların hamısını axtarıb tapır və öldürür. Həmin vaxtda Aya Kleopatra ilə müttəfiq olması üçün Böyük Pompeylə danışır.[23]
Oyun indiki vaxta geri dönür. Leyla və Dina "Abstergo" əsgərləri tərəfindən hücuma uğrayır. Leylanın hücumçuları öldürməsinə baxmayaraq, Dina öldürülür. Leyla tapşırığını bitirmək üçün tez "Animus"a qayıdır.
Bayek Ayadan bir məktub alır. Bu məktubda ordenin daha iki üzvü olduğunu öyrənir — "Əqrəb" və "Çaqqal". Bu iki şəxs Ptolomeyin krallıq qəyyumlarının üzvü və böyük ehtimalla Xemunun ölümünün günahkarlarıdır. Bayek çox vaxt keçmədən "Çaqqal"ın Lusi Septimi olduğunu öyrənir və onu axtarır, ancaq Septim Pompeyi öldürür.[24] Seçimsiz qalan Kleopatra Bayek və Aya ilə birlikdə Yuli Sezarla görüşmək üçün onun öz sarayına gedir. Kleopatra Sezar ilə müttəfiq olur.[25] Sezar və ordusu Kleopatraya yardım edir. Aya mayakı yandırmaqla vəzifənləndirilir, Bayeksə Sezara döyüşdə yardım edir. Romalılar İsgəndəriyyə şəhərindən Nil çayının ətrafına qədər vuruşur. Aya Ptolemeyin qaçmağa çalışarkən timsahlar tərəfindən yeyilməsinə seyr edərkən, Bayek "Əqrəb"i, yəni Potinusu öldürür.[26]
Vətəndaş müharibəsi bitdikdən sonra Kleopatra özünü firon və taxt-tacın sahibi elan edir. Septimi Sezarın müşaviri olur, Kleopatra isə Bayek və Aya ilə olan əlaqələrini kəsir. Bu Bayek və dəstəkçilərinin Kleopatra və Sezarın ordenlə müttəfiq olduğunu anlamasına səbəb olur. Səhvini anlayan Bayek bütün müttəfiqlərini bir yığıncağa çağırır. Görüşün sonunda ordenə qarşı vuruşmaq və xalqın azad iradəsini müdafiə etmək üçün bir qardaşlıq yaradılır. Bayek və Aya ordenin Böyük İsgəndərin türbəsinə olan marağını xatırlayır və oranı araşdırmağa gedirlər. Onlar orada yaralı Apollodoru tapır. Apollodor onlara Sezarın leytenantı, Flavi haqda danışır. Bayek və Aya Flavinin "Qədimlər Ordeni"nin gerçək rəhbəri və ləqəbinin "Şir" olduğunu öyrənirlər.[27] Bundan əlavə olaraq, Flavi Xemunun ölümünün əsas səbəbkarıdır.[28] Flavi və Septimi türbədəki kürəni və bir əsanı götürüb Sivadakı sığınacağa gedirlər.[29]
Amunetin (Aya) Bayekə olan son məktubu: |
---|
"Bayek, Sezar qətlə yetirildi. Septim də ölüb. Mən Roma şəhərinin ortasında bir büro yaratdım, ancaq heç kim bizim varlığımızdan xəbərdar deyil. Amon kimi biz də… "Gizli Olanlar"ıq. […] Azadlığın ironiyası. Biz bir-birimizdən azadıq, yalnız bu mənə xoşbəxtlik gətirmir. Biz irəli getməliyik. Qan poeziyamızın fırtınasında qalmalıyıq. Bunlara baxmayaraq, biz rəqs edirik və onlar ölür. Biz qaranlıqdan gəlib və qaranlıqda qalmalıyıq. İnsanlar sonsuza qədər davam etmir, lakin bu "İnanc" edəcək. "İnanc" dünyadakı tək əbədi şeydir. Heç nə səni kədərləndirməsin. Həyatın qısadır, vaxt onun itkisini tələb edəcək. Lakin, mən artıq əvvəllər olduğum şəxs deyiləm. Mən bir vaxtlar sahib olduğum bütün sevgidən imtina etdim. Mən Ayadan imtina etdim. Mən Ayanı öldürdüm. Mən artıq Amunet olaraq bilinən "Gizli Olan"am. […] Sənin qələbələrin çoxalsın." |
Sivaya geri qayıdarkən, Bayek və Aya Flavinin kənd əhalisinə qarşı bir cinayət törəddiyini və sığınacaq qapısının açıq olduğunu görürlər. Sığınacağa daxil olan zaman Flavi və əsgərləri oradan qaçırlar. İçəri daxil olanda Bayek ən yaxın dostu Hepzefanın öldürüldüyünü görür. Bayek Flavinin arxasınca qaçmaq yerinə Hepzefanı məzarlığa aparır. Bu hadisədən sonra Bayek və Aya düşmənlərini ayrı-ayrı öldürmək qərarına gəlirlər. Bayek Kirenaya gedib Flavini, Aya isə İsgəndəriyyəyə gedib Septimini öldürəcəkdi. Bayek "Cənnətin alması"nı (ing. Apple of Eden, franşayzda mühüm rol oynayan sehrli əşya) daşıyan Flavini tapır. Bayek Flavini öldürür və bununla Xemunun intiqamını almış olur.[29] Bayek İsgəndəriyyə şəhərinə, Ayanın yanına qayıdır. Bayek və Aya Mark Yuni Brut və Qay Kassiy Lonqin ilə müttəfiq olur. Aya Qay Yuli Sezarı və Septimini öldürmək üçün Brut və Kassiy ilə Romaya gedir. Bayek və Aya ayrılmaq, "Gizli Olanlar" təşkilatını qurmaq və dünyanı kölgələrdə qorumaq qəranına gəlirlər. Ayrılmazdan əvvəl Bayekin qartal kəlləsi tilsimini quma atır, bu da yeni qurulan qardaşlığın simvolu olur.[30]
Bundan sonra Leyla "Animus"dan oyanır və "Assasinlər Qardaşlığı"nın hal-hazırkı ustası Uilyam Maylsı tapır. Leyla Uilyamın assasinlərə qoşulmaq təklifini qəbul edir.
Romaya çatan Aya "Cənnətin əsası"nı (ing. Staff of Eden) daşıyan Septimi ilə döyüşür. Onu öldürdükdən sonra Aya Roma senatına daxil olur və Sezarı öldürür. Daha sonra o Kleopatra ilə görüşür və ona ədalətli bir rəhbər olmasa onu öldürəcəyini deyir.[31] Bu hadisələrdən sonra, Bayek və Aya (artıq özünü Amunet adlandırır)[qeyd 2] Misir və Romada "Assasin Qardaşlığı"nı yaradır və assasinlərə təlim verirlər.[32]
Oyunun üç əsas personajı (Sivalı Bayek, İsgəndəriyyəli Aya və Leyla Həsən) var. Bayek Misirin son Mecayıdır və "Gizli Olanlar" (ing. The Hidden Ones) – "Assasinlər Qardaşlığı"nın sələfinin qurucularından biridir.[33] İsgəndəriyyəli Aya Misir-Yunanıstan əsilli Misirin son fironu, yəni Kleopatranın cəsusu və Bayekin arvadıdır. "Gizli Olanlar" yaradıldıqdan sonra öz adını Amunet olaraq dəyişdirmişdir.[34] Leyla Həsən Misir əsilli ABŞ elmi işçisi və "Abstergo Industries"in keçmiş işçisidir.[35] Oyunda mühüm rol oynayan personajlar – Dina Ciri, Uilyam Mayls, Kleopatra, Ptolemey, Qay Yuli Sezar, Lusi Septimi, Mark Yuni Brut və Qney Pompey.[36]
"Assassin's Creed Origins"in istehsalı 2014-cü ilin əvvəllərində, "Assassin's Creed IV: Black Flag"in satışa çıxarılmasından sonra başlamışdır.[37] Oyun seriyası 2015-ci ildə "Assassin's Creed Syndicate"in satışa çıxarılmasına qədər illik oyun çıxarırdı, lakin şirkət oyun buraxılışını 2017-ci ilə qədər təxirə salacağını rəsmi saytında açıqlamışdır.[38] "Ubisoft"un baş direktoru İv Qiymo şirkətin diqqət mərkəzinin oyunların keyfiyyətində olduğunu demişdir. Bu qərarın əsas səbəblərindən biri "Assassin's Creed Syndicate"in məyyus edici satışları idi. Komanda "Origins"in PC versiyasını konsol versiyalarına paralel istehsalı üçün "Ubisoft Kiev"i işə almışdır.
"Ubisoft Montreal" Originsin əsas yaradıcısıdır. İşçilərin əksəriyyəti "Assassin's Creed IV: Black Flag"də də işləmişdir. "Ubisoft Sofia", "Ubisoft Singapore", "Ubisoft Chengdu", "Ubisoft Shanghai", "Ubisoft Bucharest", "Ubisoft Kiev" və "Ubisoft Philippines" və "Sperasoft Studio" da oyunun inkişafında böyük rol oynamışdır. Oyunun məzmununun digər oyunlarından daha keçmişdə olmasından tarix kitablarından çox istifadə edilməmişdir. Oyunun tarixi araşdırmaçısı Maksim Durand boş yerləri doldurmaq üçün müxtəlif tarixşünaslar və Misir mütəxəssisləri ilə yaxın işləmişdir.[39]
Oyunun orijinal musiqisinin bəstəkarı Sara Şaxnerdir. Şaxner "Assassin's Creed IV: Black Flag" və "Assassin's Creed Unity" videooyunlarının da musiqilərinin bəstəkarıdır.[40] Oyunun rəssamı fransız əsilli Rafael Lakostur. Lakost 2009-cu ildən bəri "Assassin's Creed" seriyasının baş əsər rejissorudur.[41]
Oyun "Anvil" oyun mühərrikinin yenilənmiş versiyası olan "AnvilNext 2.0"-dən istifadə edir. "AnvilNext 2.0" ilk dəfə 2014-cü ildə "Assassin's Creed Unity" üçün istifadə edilmişdir. Mühərrik daha sonra "Assassin's Creed Syndicate" (2015), "Tom Clancy's Rainbow Six Siege" (2015), "Steep" (2016), "For Honor" (2017), "Tom Clancy's Ghost Recon Wildlands" (2017) və son olaraq "Assassin's Creed Origins" (2017) videooyunlarında istifadə edilmişdir.[42]
Oyunun rəngləri nümayiş etməsini yenidən işləmək üçün komanda yeni bir rəng-təsnifatı sistemi yaratmışdır. Komanda Misir təbiətininin rəngini doğru işləmək üçün peyk görüntülərindən də istifadə etmişdir. Oyunun digər diqqətə layiq xüsusiyyəti işıqlandırmadır. Komanda hava zərrəciklərinin işıqlandırmaya təsirini öyrənmək üçün "NASA"nın texniki sənədlərinə nəzər yetirmişdir.[43]
Oyun üçün yeni bir süni intellekt strukturu qurulmuşdur. Bunun səbəbi yaradıcı komandanın oyundakı bütün qeyri-oyunçu personajların öz şəxsi gündəlik fəaliyyətlərinin olmasını istəməsi idi. Oyunun daha canlı və dinamik olması üçün tam gün dövranı yaradılmışdır.[44]
"Assassin's Creed Origins"in satışa çıxarılmasından sonra "Ubisoft" oyunun ümumi geympleyini yaxşılaşdırmaq və oyuna yeni məzmunlar əlavə etmək üçün bir neçə yeniləmələr buraxmışdır. 2 noyabr 2017-ci il tarixində buraxılan və 1.0.3 adıyla kodlanan ilk yeniləmə həcmi Xbox One üçün 1.8GB, PS4 üçün 1.5GB, PC üçünsə 1.3GB idi. Yeniləmə oyunun şəkil rejiminə bir neçə xüsusiyyət gətirmiş və bir çox texniki və vizual problemləri aradan qaldırmışdır. Yeniləmə oyundakı tamamlanan yerlərin ikonlarının üzərlərinə nişan gətirmişdir.[45] 6 noyabr 2017-ci il tarixində buraxılan və 1.0.4 adıyla kodlanan ikinci yeniləmə yalnız Xbox One (180 MB) və PS4 (150 MB) platformaları üçün idi. Yeniləmə oyunun ümumi sabitliyini yaxşılaşdırmışdır. 7 noyabr 2017-ci il tarixində "Ubisoft" oyuna "Tanrıların sınağı" (ing. Trial of the Gods) adlı bir tədbir gətirmişdir. Tanrı Anubisi məğlub edən oyunçulara oyundaxili hədiyyələr verilmişdir.[46][47] 1.0.5 adıyla kodlanan üçüncü yeniləmə PC və PS4 üçün 16 noyabr, Xbox One üçünsə 20 noyabr tarixində buraxılmışdır. Yeniləmə "Dənizdə pusqu" (ing. Ambush at Sea) yan-tapşırığında yaranan problemi aradan qaldırmışdır. Bundan başqa, oyunçular bu yeniləməylə Bayekin saçını və saqqalını geri qaytara bilirdilər.[48]
"Origins" haqda olan ilk məlumatlar 2017-ci ilin yanvar ayında, "Assassin's Creed Empire" adlanan layihəyə aid bir neçə skrinşotun sızmasıyla buraxılmışdır.[49] 2011-ci ilin noyabr ayında, "Assassin's Creed III"ün istehsalı zamanı "Ubisoft" oyun azarkeşləri arasında bir sorğu keçirmişdi. Sorğunun əsas məqsədi oyunçuların gələcək "Assassin's Creed" oyunlarında nəyi görmək istədikləri öyrənmək idi. Qədim Misir ən məşhur seçimlərdən biri idi,[50] ancaq "Assassin's Creed III"ün kreativ rejissoru Aleks Huçkinson nəticələri rədd etmişdir. Bunun səbəbi onun Qədim Misiri, feodal Yaponiya və İkinci Dünya müharibəsi fikirlərini "ən pis fikirlər" adlandırması idi.[51]
"Ubisoft" "Origins"i rəsmi olaraq 11 iyun 2017-ci il tarixində, E3 2017-də elan etmişdir.[52] Həmin gün oyunun Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün 27 oktyabr 2017-ci il tarixində satışa çıxarılacağı açıqlanmışdır. Bundan əlavə olaraq, ön-sifariş edən oyunçuların "İlk piramidaların sirləri" (ing. Secrets of the First Pyramids) adlı yan-tapşırığına sahib olacağı da deyilmişdir.[53] "Ubisoft" sonrakı günlərdə oyunun geympleyi və məzmunu haqda daha ətraflı məlumatlar vermişdir.[37] "Ubisoft" oyunu noyabr ayında Xbox One S, Xbox One X və PS4 Pro konsolları üçün satışa çıxarmışdır.[46]
"Origins"in elanından dərhal sonra oyunun ön-sifarişi mövcud olmuşdur. Ön-sifariş edən oyunçulara "İlk piramidaların sirləri" (ing. Secrets of the First Pyramids) adlı yan-tapşırıq da veriləcəkdi.[53] Oyunun 6 fərqli buraxılışı var. Adi buraxılış, delyuks buraxılış, qızıl buraxılış, tanrılar buraxılışı, inancın şəfəqi buraxılışı, inancın şəfəqi əfsanəvi buraxılışı. Adi buraxılış sadəcə oyunu ehtiva edir. Delyuks buraxılışı oyunun fərqli afişalı qabını və "Dənizdə pusqu" (ing. Ambush at Sea) adlı bir yan-tapşırıq, oyundaxili geyimlər və silahları ehtiva edən "Səhra kobrası paketi" (ing. Desert Cobra Pack) və 3 bacarıq balını ehtiva edən "delyuks paketi"indən ibarətdir.[54] Qızıl buraxılışı oyunun fərqli afişalı qabını və bütün əsas genişləmələri və alət setlərini ehtiva edən "Mövsüm bileti"ndən (ing. Season Pass) ibarətdir.[55] Tanrılar buraxılışı oyunun pərakəndə versiyası, Bayekin aksiya fiquru, kollektor qutusu, rəsmi əsər kitabçasının nüsxəsi, oyun xəritəsi, rəsmi saundtreki, delyuks paketi və "İlk piramidaların sirləri" yan-tapşırığından ibarətdir.[56] İnancın şəfəqi buraxılışı oyunun pərakəndə versiyası, Bayek ve Senununun aksiya fiquru, Bayekin qartal kəlləsi tilsimi, kollektor qutusu, rəsmi əsər kitabçasının nüsxəsi, oyun xəritəsi, rəsmi saundtreki, iki orijinal əsər vərəqəsi və "mövsüm bileti"ndən ibarətdir. Oyunun son buraxılışı olan inancın şəfəqi əfsanəvi buraxılışı oyunun pərakəndə versiyası, Bayek ve Senununun aksiya fiquru, Bayekin qartal kəlləsi tilsimi, kollektor qutusu, rəsmi əsər kitabçasının nüsxəsi, oyun xəritəsi, rəsmi saundtreki, iki orijinal əsər vərəqəsi, dörd böyük litoqrafdan və "mövsüm bileti"ndən ibarətdir.[57]
2017-ci ilin avqust ayında Square Enix "Assassin's Creed Origins" və "Final Fantasy XV" videooyunları arasında reklam məqsədli bir kross-over edəcəklərini açıqlamışdır.[58] "Final Fantasy XV" oyuna "Assassin's Creed" temalı məzmun əlavə etmişdir.[59] "Assassin's Creed Origins"ə "Final Fantasy XV" temalı və "Tanrılardan bir hədiyyə" (ing. A Gift From Gods) adlı bir yan-tapşırıq əlavə edilmişdir.[60] "Tom Clancy's Ghost Recon Wildlands" və "South Park: The Fractured but Whole" kimi digər "Ubisoft" oyunlarına da "Assassin's Creed" temalı məzmun əlavə edilmişdir.
Satışa çıxarıldığı vaxtda aşağıda göstərilən buraxılışlar mövcud idi:[61]
Xüsusiyyətlər | Standart buraxılış (konsollar və kompüter) |
Delyuks buraxılış (konsollar və kompüter) |
Qızıl buraxılış (konsollar və kompüter) |
Tanrının buraxılışı (konsollar və kompüter) |
İnancın şəfəqi buraxılışı (Uplay üçün eksklüziv) (konsollar və kompüter) |
İnancın şəfəqi – Əfsanəvi buraxılış (Uplay üçün eksklüziv) (konsollar və kompüter) |
---|---|---|---|---|---|---|
Oyun diski | Hə | Hə | Hə | Hə | Hə | Hə |
Oyundaxili məzmun | ||||||
İlk piramidaların sirləri tapşırığı | Hə (yalnız öncədən sifariş) | Hə | Hə | Hə | Hə | Hə |
Dənizdə pusqu tapşırığı | Yox | Hə | Hə | Hə | Hə | Hə |
Bonus Ability Points mission | Yox | Hə | Hə | Hə | Hə | Hə |
Səhra kobrası paketi | Yox | Hə | Hə | Hə | Hə | Hə |
Mövsüm bileti | Yox (ayrı şəkidlə satın alına bilər) | Yox (ayrı şəkidlə satın alına bilər) | Hə | Yox (ayrı şəkidlə satın alına bilər) | Hə | Hə |
Fiziki məzmun | ||||||
Poladdan hazırlanmış disk qabı | Yox | Yox | Yox | Yox | Hə | Hə |
Qədim Misirin xəritəsi | Yox | Yox | Yox | Hə | Hə | Hə |
Rəsmi saundtrek diski | Yox | Yox | Yox | Hə | Hə | Hə |
Əsər kitabçası | Yox | Yox | Yox | Hə | Hə | Hə |
Eksklüziv qablaşdırma | Yox | Yox | Yox | Hə | Hə | Hə |
Əsər kartları | Yox | Yox | Yox | Hə | Hə | Hə |
Heykəlçik | Yox | Yox | Yox | Hə Bayek Sxmet heykəlində (10.2"/ 27 sm) | Hə Bayek və Senu (14.5"/ 37 sm) | Hə Azsaylı Bayek və Senu (28.7"/ 73) |
Bayekin qartal kəlləsi tilsimi | Yox | Yox | Yox | Yox | Hə | Hə, premium |
4 böyük litoqraf | Yox | Yox | Yox | Yox | Yox | Hə |
Orijinallıq sertifikatı (COA) | Yox | Yox | Yox | Yox | Yox | Hə |
"Ubisoft" "Origins"i 11 iyun 2017-ci ildə elan etdiyi zaman oyunu ön-sifariş edən oyunçulara "İlk piramidaların sirləri" (ing. Secrets of the First Pyramids) adlı bir yan-tapşırığın da veriləcəyi açıqlanmışdır. Oyunun menyusunda "Mağaza" bölməsi var. Buradan "Heliks kreditləri"ndən (ing. Helix Credits) istifadə edərək oyundaxili silahlar, geyimlər və s. almaq mümkündür. "Ubisoft" oyun üçün bir "Mövsüm bileti"nin (ing. Season Pass) olacağını da açıqlamışdır. Mövsüm biletini alan oyunçulara bütün endirilə bilən məzmunlar və iki paket verilir – "Horus Pack" və "Roman Centurion Pack".
"The Hidden Ones" (azərb. Gizli olanlar) Assasinlər qardaşlığının yüksəlişini işıqlandıran məzmun-əsaslı bir "DLC"dir. "DLC" əsas oyundan 6 il sonra oyunçunun "Roma ordusu və üsyankar qüvvələr arasındakı münaqişəni araşdıracağı" yeni bir regionda – Sinay yarımadasında keçir.[62] Yeni bir hekayə fəslindən başqa, The Hidden Ones oyuna əlavə silahlar, geyimlər və vasitələr əlavə edir.[63] Genişləndirmə oyunun səviyyə limitini 45-ə qaldırır.[64] "The Hidden Ones" 23 yanvar 2018-ci il tarixində satışa çıxarılmışdır.
"The Curse of the Pharaohs" (azərb. Fironların lənəti) oyunçuların Teben şəhərinə gedib regionu təngə gətirən qədim bir lənəti araşdırdığı bir hekayə təqdim edən bir "DLC"dir.[65] "The Curse of the Pharaohs"un diqqət mərkəzi Qədim Misir mifologiyasıdır. Bu "DLC"də oyunçular məşhur fironlar, tanrılar və Misir canavarları ilə döyüşürlər. Genişləndirmə oyunun səviyyə limitini 50-ə qaldırır. "The Curse of the Pharaohs" 13 mart 2018-ci il tarixində satışa çıxarılmışdır.[63][64]
"Discovery Tour" (azərb. Kəşf turu) oyunçulara Qədim Misirin tarixi və günlük həyatını öyrənmək şansı verən maarifləndirici bir oyun rejimidir.[66] Bu rejim süjet xəttini, düşmənlərlə münaqişəni, vaxt limitlərini və geympley məhdudiyyətlərini söndürür.[67] Oyunun bu rejimində Misir, İsgəndəriyyə, Günlük həyat və Romalılar olmaqla 75 tur var. "Discovery Tour" 20 fevral 2018-ci il tarixində buraxılmışdır.[64][68] Pedaqoji bazarı da nəzərə alaraq, "Windows" platforması üçün sadəcə "Discovery Tour" rejimini ehtiva edən müstəqil bir genişləndirmə paketi buraxılmışdır.[69]
"Assassin's Creed: Origins" videooyununun rəsmi saundtreki ABŞ bəstəkarı Sara Şaxner tərəfindən bəstələnmişdir. Musiqi kolleksiyası 27 oktyabr 2017-ci il tarixində albom şəklində onlayn buraxılmışdır. "Origins"in "kollektor" və ya "xüsusi buraxılışlar"ını ön-sifariş edən oyunçulara saundtrekin CD versiyası da verilmişdir.[70] Ön-sifariş edən oyunçulara daha əlavə 15 musiqi də verilmişdir.[71] Oyunun bəstəkarı Sara Şaxner şəxsi "Twitter" səhifəsində saundtrekin CD versiyasının fərdi satışının olacağını demişdir,[72] ancaq daha çox məlumat verilməmişdir.
"Qatilin inancı: başlanğıc" orijinal saundtrek | |
---|---|
Növü | Saundtrek albomu |
Yayımlanma tarixi | 27 oktyabr 2017 |
Yazılma tarixi | Sara Şaxner |
Janr | döyüş-macəra oyunu, action/RPG |
Müddət | 1:11:45 |
Dil | ingilis dili, rus dili |
Prodüser | Sara Şaxner |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Assassin's Creed Origins Main Theme" | 3:15 |
2. | "Return of the Medjay" | 2:30 |
3. | "Bayek of Siwa" | 2:35 |
4. | "The Shimmering Sands" | 3:07 |
5. | "The Battle of Krokodilopolis" | 2:39 |
6. | "The Tongueless Land" | 3:29 |
7. | "Legions of Blood" | 2:38 |
8. | "Dead Kings and Living Gods" | 3:20 |
9. | "Fire in the Duat" | 3:17 |
10. | "Born of the Sun" | 2:38 |
11. | "Winds Of Cyrene" | 4:07 |
12. | "I Walk on Your Water" | 3:09 |
13. | "The Order of the Ancients" | 1:53 |
14. | "Nomads of the White Desert" | 2:54 |
15. | "Be My Eyes" | 1:48 |
16. | "The Cracked Wall" | 1:54 |
17. | "The Alexandrian Pleiad" | 3:44 |
18. | "Desert Delirium" | 1:56 |
19. | "Apep's Vengeance" | 2:40 |
20. | "Across the Dunes" | 2:34 |
21. | "The Last Medjay" | 2:14 |
22. | "Chthonic Invasion" | 1:44 |
23. | "A Divided Land" | 2:17 |
24. | "Ptolemy's Lament" | 2:41 |
25. | "The Hyena's Fire" | 2:51 |
26. | "Moonlight on the Nile" | 1:39 |
27. | "Ezio's Family (Origins Version)" | 2:23 |
Ümumi müddət: | 1:11:45 |
"Qatilin inancı: başlanğıc" — Saundtrek | |
---|---|
Növü | Saundtrek albomu |
Yayımlanma tarixi | 27 oktyabr 2017 |
Yazılma tarixi | Sara Şaxner |
Janr | döyüş-macəra oyunu, action/RPG |
Müddət | 15:28 |
Dil | ingilis dili, rus dili |
Prodüser | Sara Şaxner |
№ | Başlıq | Müddət |
---|---|---|
1. | "Eagle Mode Desert" | 0:40 |
2. | "Enter Biome Black Mountain" | 0:47 |
3. | "Enter Biome Nile Valley" | 0:46 |
4. | "Land Vehicle" | 0:41 |
5. | "Last NPC Remaining Variation 02" | 1:15 |
6. | "Normal Fight Variation 02" | 2:26 |
7. | "Outnumbered Fight Variation 01" | 2:23 |
8. | "Overheat" | 1:08 |
9. | "Reach High Point Cyrene" | 0:42 |
10. | "Reach High Point Faiyum" | 0:44 |
11. | "Sandstorm" | 1:16 |
12. | "Sea Vehicle" | 0:39 |
13. | "Stealth Variation 05" | 2:27 |
14. | "Time Without Conflict White Desert" | 0:56 |
15. | "Time Without Conflict Great Sea Sand" | 0:59 |
Ümumi müddət: | 15:28 |
Rəy toplayıcısı "Metacritic"ə əsasən "Assassin's Creed Origins" bütün platformalarda "ümumiyyətlə yaxşı" rəylər almışdır.[73][74][75]
"GameSpot" "Assassin's Creed Origins"in yeni mühitdə böyük yüksəkliklərə çatmasına baxmayaraq, oyun mütəmadi olaraq ümumi təcrübəni pozan problemlərlə toqquşur. Texniki problemler pis bir təcrübə yaradır və oyunun yeni geympley sütunları öz sisteminin ağırlığı altında çətinliklə dayanır. Bunlara baxmayaraq, "Origins"in dünyası səyahət etmək üçün yeni və həyəcanlandırıcıdır. Bu isə diqqətəlayiq bir dünya və tutarlı bir məzmuna vəziyyətnamədir" deyərək oyuna 7/10 xal vermişdir.[76]
"GamesRadar"ın işçisi Luiz Bleyn "Gözəl olduğu qədər ölümcül olan "Origins"in Misir meydançası nəyahət sizin istədiyiniz kimidir." deyərək oyuna 5 xaldan 5 vermiş və oyunu "franşayzın ən yaxşısı" adlandırmışdır.[77] "EGMNow" işçisi Rey Karsillo oyun haqda "Assassin's Creed Origins" ənənəvi "Assassin's Creed" formulasını oynamaq üçün yeni və əyləncəli bir yolda qarışdıran sağlam bir təcrübə gətirir. Oyun azarkeşlərin gözləmədikləri bir təkamülə iz atır" deyərək oyuna 9/10 xal vermişdir.[78]
"IGN" işçisi Alana Piyrs oyuna 9/10 xal vermişdir və oyun haqda "Assassin's Creed Origins" qədim Misirə zəngin mədəniyyətləri və səmimi personajlarıyla dərin bir dalışdır. Döyüş sistemi mürəkkəb və düşünülmüşdür. Qarət sistemi "Destiny 2" kimi oyunlara uyğunlaşmasa da oyunda sizi silahları dəyişdirmək və vəziyyətlərə uyğunlaşdırmaq üçün kifayət qədər fərqli silah növləri və xeyli düşmən müxtəlifliyi var. Oyunun RPG elementləri öz xüsusi çətinliklərini yaradır və texniki problemlərə baxmayaraq, oyunu ümudsiz halda durmadan oynamaq istəyirəm" demişdir.[79]
"Polygon" saytının işçisi Kolin Kampbell oyuna 8.5/10 xal vermişdir və oyun haqda "Qısa danışsaq, "Assassin's Creed Origins" demək olarki on il əvvəl çıxmış orjinal "Assassin's Creed" ilə eyni oyundur. Bu insanların oynamaq istədiyi bir formuladır və şübhəsiz ki illər ərzində itilənmiş və yaxşılaşdırılmışdır. Origins hələ ki, bu formulanın ən yaxşı versiyasıdır, ancaq mən təzə yanaşmalar və yeni ideyalar arzulayıram" yazmışdır.[80]
"Eurogamer" hazırladığı "2017-ci ilin ən yaxşı 50 oyunu" siyahısında oyunu 23-cü,[81] "EGMNow" hazırladığı "2017-ci ilin ən yaxşı 25 oyunu" siyahısında 6-cı,[82] "GamesRadar+" hazırladığı "2017-ci ilin ən yaxşı 25 oyunu" siyahısında 3-cü,[83] "Polygon" isə hazırladığı "2017-ci ilin ən yaxşı 50 oyunu" siyahısında 15-ci yerə[84] layiq görmüşdür. Oyun "2017 İlin Oyunu mükafatları"nda "PC Gamer"in təsis etdiyi "Ən yaxşı açıq dünya" mükafatına layiq görülmüş,[85] "Ən yaxşı qurma" və "İlin oyunu" kateqoriyalarına isə sadəcə nominasiya olmuşdur.[86] Oyun həmçinin həm "Destructoid"un təsis etdiyi "2017 İlin Oyunu mükafatları",[87] həm də "IGN"in təsis etdiyi "2017-ci ilin ən yaxşıları mükafatları"nda[88] "Ən yaxşı Xbox One oyunu" kateqoriyasına nominasiya olmuşdur. Oyun "IGN"in təsis etdiyi müsabiqənin "Ən yaxşı döyüş-macəra oyunu"[89] və "Ən yaxşı qrafikalar"[90] kateqoriyalarına da nominasiya olmuşdur. "Giant Bomb"un təsis etdiyi "2017 İlin Oyunu mükafatları"nda oyun "Ən yaxşı yeni personaj"[91] mükafatında birinci yerə, "Ən yaxşı dünya"[92] mükafatında isə ikinci yerə layiq görülmüşdür. Oyun "Game Informer"in təsis etdiyi "2017 İlin Döyüş Oyunu mükafatları"nın "Ən yaxşı qurma" kateqoriyasında birinciliyə layiq görülmüşdür.[93]
Onun satışa çıxarılmasından çox keçməmiş bəzi onlayn videooyun jurnalistləri rəy toplayıcısı "Metacritic"dəki oyun üçün olan istifadəçi rəylərinin süni yolla yaxşılaşdırıldığını aşkar etmişdir.[94] Bunun nəticəsində oyun və "Ubisoft" bir neçə videooyun tənqidçisi saytında istifadəçilər tərəfindən pislənmişdir.[95]
"Assassin's Creed Origins"in ilk 10 günündəki satışlar "Assassin's Creed Syndicate"dən 100% daha çox idi.[96] Satışların 35% rəqəmsal idi, bu rəqəm "Syndicate" 12% üçün idi.[95]
İl | Mükafat | Kateqoriya | Nəticə | İstinad |
---|---|---|---|---|
2017 | E3 2017 Oyun tənqidçiləri mükafatları | Şounun ən yaxşısı | Namizəd | |
Ən yaxşı konsol oyunu | Namizəd | |||
Ən yaxşı döyüş-macəra oyunu | Namizəd | |||
Gamescom 2017 | Ən yaxşı konsol oyunu (PlayStation 4) | Qazandı | [98][99] | |
Ən yaxşı konsol oyunu (Xbox One) | Namizəd | |||
Ən yaxşı kompüter oyunu | Namizəd | |||
Ən yaxşı rol oyunu | Namizəd | |||
XXXV İllik Qızıl Coystik mükafatları | İlin əsas oyunu | Namizəd | [100] | |
2017 Oyun mükafatları | Ən yaxşı döyüş-macəra oyunu | Namizəd | [101] | |
2018 | 2018 Nyu-York oyun mükafatları | Ən yaxşı dünya üçün "Azadlıq Heykəli" mükafatı | Namizəd | [102] |
XVI vizual effektlər cəmiyyəti mükafatları | Gerçək-zamanlı layihədə görkəmli vizual effektlər | Qazandı | [103][104] | |
Epizodik, kommersiya və ya gerçək-zamanlı layihədə yaradılmış görkəmli mühit | Namizəd | |||
XXI İllik D.I.C.E. mükafatları | Personajda görkəmli nailiyyət (Bayek) | Namizəd | [105][106] | |
Görkəmli texniki nailiyyət | Namizəd | |||
İlin macəra oyunu | Namizəd | |||
Video Oyun Ticarət Rəyçiləri Milli Akademiyası mükafatları | Əsər rejissorluğu, dövri təsir | Namizəd | [107][108] | |
Kontrol dizaynı, 3D | Namizəd | |||
Kostyum dizaynı | Namizəd | |||
Oyun, macəra franşayzı | Namizəd | |||
Qrafikalar, texniki | Namizəd | |||
İşıqlandırma/Tekstura | Namizəd | |||
Orijinal dramatik oyun musiqisi, franşayz | Namizəd | |||
Səsdən istifadə, franşayz | Namizəd | |||
SXSW Oyunçuluq Mükafatları | Vizual nailiyyətdə üstünlük | Namizəd | [109][110] | |
Animasiyada üstünlük | Namizəd | |||
Oyun Tərtibatçıları Seçim Mükafatları | Ən yaxşı texnologiya | Namizəd | [111][112] | |
XIV Britaniya Akademiyası Oyunları Mükafatları | Ən yaxşı oyun | Namizəd | [113][114] | |
Oyun dizaynı | Namizəd | |||
İfaçı (Əbu Bəkr Səlim) | Namizəd | |||
ASCAP Bəstəkarların Seçim Mükafatları | 2017 ASCAP İlin Video Oyun Musiqisi | Namizəd | [115][116] |
Ignis: Ah, the Leap of Faith ... one of the Assassins' finest acrobatic feats.
not that I know of, but there will be a vinyl edition.
<ref>
teqi; Metacritic: PC
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Metacritic: PS4
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Metacritic: XB1
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; GameSpot: Review
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; GamesRadar+: review
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; EGMNOW: review
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; IGN: Review
adlı istinad üçün mətn göstərilməyib<ref>
teqi; Polygon: review
adlı istinad üçün mətn göstərilməyib
Videooyunlar portalı Qədim Misir portalı |