Prince of Persia (azərb. Fars şahzadəsi) – Action-adventure (ing. Hərəkət-macəra) janrında olan oyun seriyalarıdır.
"Prince of Persia" seriyası | |
---|---|
Janrlar | Hərəkət-macəra |
Yaradıcılar | Cordan Mexner |
Nəşrçilər | Brøderbund Mattel Interactive Konami Ubisoft Gameloft Red Orb Entertainment The Learning Company |
İlk buraxılış | Prince of Persia 1989 |
"Prince of Persia" videooyununun ilk versiyası Cordan Mexner və "Brøderbund" oyun şirkəti tərəfindən 1989-cu ildə Prince of Persia adı altında yaradılmışdır. Yaradılan oyun 2D formatındadır. Kompaniya oyunun müxtəlif seriyalarını yaradaraq məşhurluq qazanmışdır. "Prince of Persia" oyununun sonuncu seriyaları müxtəlif kompaniyalar tərəfindən hazırlanmışdır. 1999-cu ildə ilk dəfə olaraq oyun seriyasının ilk 3D formatında Prince of Persia 3D adı altında hazırlanılır. Bu oyun 3D formatında yaradılmasına baxmayaraq əvvəlki 2D formatındakı oyun seriyalarına görə çox məşhur olmamışdır. 2003-cü ildə dövrünə görə məşhur olan Prince of Persia: The Sands of Time (azərb. Fars şahzadəsi: Zamanın qumları) oyunu yaradılır. "Zamanın qumları" adı altında "Prince of Persia" oyununun yeni seriyaları yaradılmışdır. 2010-cu ildə isə oyunun eyni adlı filmi olan Fars Şahzadəsi: Zamanın qumları filmi[1] istehsal edilmişdir.[2] Film ilinə görə digər filmlərdən məşhur olmuşdur. Filmə Walt Disney Pictures studiyası sponsorluq etmişdir. Film 9 may 2010-cu il tarixində London premyerasında göstərilmişdir.[3]