Qədim Misir dini

Qədim Misir dini — Misirdə xristianlığın qəbul edilməsinə qədər yayılmış inanclar və ibadətlər O zaman Misirdə çox sayda regional tanrılara və inancları sitayiş etmişlər. Ancaq müəyyən zamanlarda ümumi dinə bənzər inanclar da olmuşdur. Ümumiyyətlə Misir dini politeistik olmuşdur. Bəzi misirşünaslara görə bir zamanlar orada monoteistik[1] inac da olmuşdur.

Çoxtanrılı panteon

[redaktə | mənbəni redaktə et]

Ayrıca məqalələrdə verilmişdir:

Mirir dinində yaradan və ölüb-dirilən tanrılar da olmuşdur. Onlar haqqında ayrıca məqalələr:

Qədim Misir dinində axirət inancı

[redaktə | mənbəni redaktə et]

Əski misirlilərin inanclarına görə, bu dünyadakı həyat ölümlə bitmir, məzarda davam edir. Buna görə də onlar ölülərin bədənlərini mumyalayaraq çürüməkdən qorumağa böyük önəm verirdilər. Bundan başqa, onlar ölülər üçün geniş məzarlar qazmış, oraya yeyəcəkləri, məişət əşyalarını qoyurdular. Məzar bağlandıqdan sonra ölünün orada dirilib bütün bunlardan yararlandığını sanırdılar. Daha sona ölülərin ruhlarının (BA-larının) məzarlardan çıxması, tanrıların yanına qalxmaları, yeraltı dünyada gəzməsi inancları yaranmışdır.

Ölümdən sonrakı yaşamdan söyləyən bir çox bir çox əski Misir yazıları günümüzə çatmışdır. Ancaq onlardan ən tanınmışı "Ölülər kitabıdır". Bu adı ona böyük alman alimi, misirşünaslığı yaradanlardan biri olmuş K.R. Lepsius vermişdir. Əski Misir dilində isə bu yazı "Rau nu peret em heru" (Günün işığına çıxış haqqında fəsillər) adlanır.

"Ölülər kitabı" əski Misir himnləri və başqa yazıları içəriləyən bir topludur. Onu ölünün məzarına oradakı sınaqlardan uğurla çıxsın deyə qoyurdular. Orada 160-190-a qədər bir biri ilə bağlı olmayan çeşidli həcmli yazılar vardır.

Deyimlərə görə, "Ölülər kitabı" çox əski dönəmlərdən (I-ci firon sülaləsinin çağlarından) günümüzə çatmışdır. Misirlilərin əski soyları bu kitaba dayanaraq öz inanclarını qurmuş, onun gücünə inanmışdırlar. O zaman onun himnləri ilə yalvarışlarını məzarların və tabutların üzərində yazırdılar. Buna görə də o, "Piramidaların" və "Məzarların" yazıları ilə uyuşmaqdadır. Təxminən XVIII-ci sülalənin dövründən başlayaraq onu papirusların üzərində yazmağa başlamışdırlar. Bu kimi papirusları Tebes şəhərinin məzarlıqlarında tapılmışdır. Orada mətnlərlə yanaşı rəsmlər də olmuşdur.

Sistemsiz yazılarla himnlərin toplusu olan "Ölülər kitabı"nda ölümdən sonrakı həyatlala bağlı şəkillər və başqa əxlaqi mətnlər də vardır (özəlliklə 1, 18, 30, 125-ci fəsillərdə). Bu da onun uzun yüzilliklər boyu oluşmasından xəbər verir. Özəlliklə bu kitabın maqiya ilə qarışığı olan mistik dini yazı adlandırmaq olar. Yazıların qarışıq olduğundan ayrı-ayrı yerlərdə onlara yozmalar da yazılmışdır. Örnək üçün onlar kitabın 17-ci fəsilində vardır.

Misirşünaslar "Ölülər kitabının" içindəkilərini şərti olaraq 4 bölümə ayırırlar:

  1. 1-16-cı bölümlər - ölünün məzarlığa aparılması, Günəşlə Osirisə deyilən himnlər;
  2. 17-63-cı bölümlər - Ölünün dirilməsi, onun qaranlığın gücləri üzərində üstünlüyü əldə etməsi, qarşıduranların gücsüzlüyü;
  3. 64-129-cı bölümlər - Ölünün tanrıya çevrilməsi, Günəş qayığında üzməsi, gizliliklərin açılması, məzarına dönməsi, məhkəmədə işinə baxılması;
  4. 130-162-cı bölümlər - Ölüyə təriflər, onun üçün oxunan yalvarışların vaxtları.[2]

Bundan başqa yazılar üçün çəkilən şəkillər də böyük önəmi olmuşdür. Dünyanın ilk şəkilli kitabı elə "Ölülər kitabı olmuşdur".

Kitabın 125-ci fəslində ölülər dünyasının tanrısı Osiris ölmüşləri mühakimə edir. Bu mövzuda yazılardan başqa burada şəkillər də çəkilmişdir. Bu şəkillərdə çar geyiminə bürünmüş Osiris uca taxtda oturmuşdur. Orada 42 əski Misir tanrıları da olmuşdur.

Məhkəmə yerində çəki qurulmuşdur. Onun bir gözündə ölmüşün günahları (ürəyi), başqa gözündə isə həqiqət qoyulmuşdur[3]. Dünya həyatında o kəs inanclı olub yaxşı işlər görmüşdürsə, onun günahları ilə həqiqətin çəkiləri tarazlıq təşkil etmişdir. Belə olanda onu cənnətə göndərirdilər. Kimsə inancsız olub pis işlər görmüşdürsə, onun günahlarının ağırlığı həqiqətin çəkisini üstələyirdi. Belə olanda onu bir əjdaha yeyirdi[4]. Bundan başqa, kitabın 30-cu bölümündə hallanan bir kəs öz ürəyini ona qarşı şahidlik etməməyə çağırır.

Huneferin axirətdə mühakimə olunması. "Ölülər kitabından" şəkil.

Tebesdə 19-cu sülalənin dövründə saray yazarı olmuş, təxminən eramızdan öncə 1310-cu ildə doğulmuş Hunefer "Ölülər kitabının" bir surətini yazılmışdır. Orada o özünü də Osirisin məhkəməsində təsvir etmişdir. Bu papirusda çaqqalbaşlı tanrı olan Anubis olmüş Hüneferi məhkəməyə gətirir. Orada onun günahları çəkiyə qoyulur. O özü isə Ammut tanrıcası ilə birlikdə olaraq, tanrı Totun yazısını gözləyir. Sonra sınaqlardan uğurla çıxmış Huneferi şahin başlı tanrı Horus, eləcə də tanrıcalar olan İsisNeftis Osirisə təqdim edirlər.

İslam axirəti ilə bənzər məqamlar

[redaktə | mənbəni redaktə et]

Ölümdən sonra baş verən məhkəmə və orada qurulan çəki (tərəzi) monoteist dinlərdə də vardır. Quranda ona "Mizan" deyilir. Buna örnək olaraq Quranın aşağıdakı ayələrini göstərmək olar;

  1. "Biz qiyamət günü üçün ədalət tərəzisi qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz" (21: 47);
  2. "Elə çəkiləri ağır gələnlər (dünyada yaxşı işləri çox olanlar) qurtuluş taparlar" (23: 102).

Beləliklə, öləndən sonrakı həyatda məhkəmə səhnələri ən qədim zamanlardan bəri bilinməkdədir. Ancaq Misir deyimlərindən fərqli olaraq, İslamda bu çəki birbaşa ölümdən sonra deyil, gələcəkdə olan Qiyamət günü qurulacaq. Son məhkəmə də o zaman olacaq.

Ancaq İslam ənənəsində də ilkin sorğu-sual ölümdən sonra məzarda olur[5]. Bunun üçün ölü hansısa mənada qalxır, məzara enmiş Nakir və Münkər adlı mələklərin suallarına cavab verir. Burada da əski misirlilərin və başqa xalqların inancları ilə bəlli qədər bənzərliklər görsənməkdədir. Belə ki, onlar da ölünün məzarda diriləcəyinə inanırdılar. Buna görə də oraya yeyəcəklər və başqa şeylər qoyurdular.

Qədim Misir ilahiyyatında dünyanın yaranması

[redaktə | mənbəni redaktə et]

Bilindiyi kimi, əsatirlər hər bir mədəniyyətlə bağlı olan rəvayətlər toplusu kimi tərif edilir. Əsatirlərdə dünyanın yaradılışı, insanın dünyadaki yeyi və rolu haqqında baxışlar əks olunur. Həmçinin, əsatirlərdə ilk insanın yaranması və yer üzündə məskunlaşması mövzusu özəl bir yer tutur. İnsanlardan daha uca olan tanrılar da bu cür rəvayətlərin mərkəzi mövzularındandır. Əsatirlər həmdə mədəniyyətlərin dəyərləri və inancları haqqında bilgi verir. Tədqiq olunmuş hər bir mədəniyyətin öz əsatirlər toplusu vardır.

Qədim Misirdə əsatirlər şox yayılmış və xalqın dünyagörüşünü əks etdirirdi. Onların arasında dünyanın yaradılışı haqqında ilahiyyat mövzulu əsatirlər özəl yer tutmuşdur. Onlar bir birindən fərqli olsalar da, bənzər cəhətləri də vardır. Məsələn, əsatirlərin hamısında ilkim Su (Okean), ilkin Təpə anlayışları vardır. Əsatirlərə əsaslanmış dünyanın yaranması haqqında qədim misirlilərin dünyagörüşü ölkənin dörd siyasi və dini mərkəzlərində: Heliopolis’də, Memfis’də, Hermopolis’də və Tebes’də, formalaşmışdır.

Heliopolis ilahiyyatı

[redaktə | mənbəni redaktə et]

Qədim misirlilər kainatda öz yerləri haqqında düşünmüşdürlər. Buna görə də onların əsatirləri təbiət, yer, göy, ay, gönəş, ulduzlar və Nil çayı ilə bağlı mövzuları əhatə etmişdir. Misirlilər hal-hazırda Qahirənin yaxınlığında xarabalıqları tapılan Heliopolisi (Ἡλιούπολις) günəş şəhəri sayırdılar və onun adı da yunancadan bu mənada tərcümə olunur. Qədim Misir dilində isə bu şəhərin adı İunu (sütunlar şəhəri) olmuşdur. Orada ilahiyyat və mədəni mərkəzlər yerləşmişdir. Həmdə bu şəhər uzun müddət Misirin siyasi mərkəzi olmuşdur. Heliopolisin əsatirlərində kainatın yaranmasına yer verilsə də onlar fraqmentar şəkildə bir çox yazılı mətnlərdə bizə çatmışdır. Bunlardan biri məşhur “Piramidaların mətnləri” kimi tanınan qədim Misirin yazılar toplusudur Bu barədə hansısa bir tam rəvayət yoxdur.

Bu fraqmentlərə görə, hər şeyin başlanqıcında xaos şəklində olan sonsuz su burulğanı olan Nun okeanı durmuşdur. Sonra nədənsə sular geri çəkildi və yer üzə çıxdı. Su burulğanından çıxan ilk tanrı Atum olmuşdur. Beləliklə Atum Nun’dan zamanın başlanqıcında günəş tanrısı kimi çıxmış və dünyanı yaratmışdır. O dünyada tənha olanda özü özü ilə cinsi əlaqəyə girmişdir. Beləliklə o, ikicinsli olmiş; həm kişi, həm də qadın idi. Bunun nəticəsində o, oğlu Şu’nu və qızı Tefnut’u doğmuşdur. Şu hava olaraq həyatın, Tefnut isə yaqmur olaraq nizamın prinsipləri kimi təsəvvür edilirdilər. Bu üçlük Nun’un su burulğanında qalmışdır. Sonra isə Atum uşaqlarından ayrıldı. Onlar yenidən bir araya gəldikdən sonra Atum göz yaşları axıtdı. Bu göz yaşları yerə dəyəndə dünya yarandı. Şu və Tefnut isə, fironların taxtlarının agibətini həll edən, yer tanrısı Geb’i doğdular. Göy tanrıcası olan Nut da Şu və Tefnut’dan doğuldu və göyü yerdən ayırdı. Geb və Nut isə Osiris, İsis, Set, and Neftis tanrılarını doğdular. Qədim Misir mifologiyasında tanrılar bir-birləri ilə gohumluq bağları ilə bağlı idilər. Atum həmdə misirlilərin sitayiş etdikləri peyin böcəyi olan Kepri, qanadlı günəş diski Ra-Harakte, günorta çağının günəşi Ra, üfüqdə olan günəş diski Aton və ya Horus kimi də tanınırdı. Atumu hansı adla çağırıldığından asılı olmayaraq o, kainatın yaradıcısı sayılmışdır. Atum gün ərzində Nut’la səyahət etmiş və sonra onun tərəfindən udulurdu. Səhər çağlarında isə Nut onu hər dəfə yenidən doğur və göy işıqlanır.

Enneada Tanrıları

[redaktə | mənbəni redaktə et]

Beləliklə yaradılış Heliopolis ilahiyyatında aşağıkadı sxemdə göstərilmiş kimi baş verib:

  1. Atumdan (1) Şu (2) və Tefnut (3) doğulur. Onlar isə yer tanrısı Geb’i (4) və Göy tanrıcası Nut’u (5) doğdular.
  2. Onlar da aşağıdakı tanrıları doğdular:
  3. Osiris (6) (dirçəliş və yeraltı dünya tanrısı)
  4. İsis (7) ya da İsida (münbitlik, su, hava, qadınlıq sədaqət tanrıcası, Osirisin arvadı)
  5. Set (8) (səhralar tanrısı, şər tanrısı, Osirisin qatili)
  6. Neftis (9) (Setin arvadı, onun haqqında biliklər azdır, bəlkə də səhralar tanrıcası olmuşdur).

Bu tanrılar Misirin ən böyük və sayılan tanrıları idilər. Onlar birlikdə təsəvvür edilirdilər və "Enneada" (doqquzluq) adlandırırdılar. Qədim Misir dilində bu doqquzluq “Pesdjet” adlanır.

Heliopolis kosmoqoniyasının daha bir fərqli versiyası vardır. Orada dünya tanrı Ra tərəfindən yaradılır.

Bu da qədim misirlilərdə hələ firon Ehnatonun islahatlarından öncə monoteizmin olduğuna dəlalət edir. Bu versiya “Bremer-Rhind” adlanan bir parirusda tapılmışdır.

“Piramidaların mətnlərində” dünyanın yaradılışı

[redaktə | mənbəni redaktə et]
" 1587: Salam olsun sənə Atum. Salam olsun sənə özünü yaratmış Kepri. Sən öz adında “Təpə” yüksək zirvəsinə çatmısan. Sən buna öz adın olan Xepri ilə yüksəlmisən.[6]

1248: Atum masturbasiya edərək özü-özünü Heliopolis’də yaratmışdır. O öz kişi cinsi alətini əlinə alaraq şəhvətlənmiş və tumunu ifraz etmişdir. Bundan da Şu və Tefnut yaranmışdırlar.[7]

1652: Ey Atum-Kepri, sən Heliopolis’də əbədi Ben-Ben təpəsindəki Venu məbədində yüksələndə, Şu’nu özündən tüpürmün, Tefnutu qusdun. Sən onları ilahi Ka olan öz əllərinlə bağrına basdın ki, səndə olan Ka onlarda olsun.[8]

"

Bremer-Rhind papirusunun fraqmentləri

[redaktə | mənbəni redaktə et]

26.21-27.1:

" Mən (Ra) Kepri kimi var olmuşam. Qalan şeylər məndən sonra var oldular və çoxları mənim ağzımdan çıxdılar. Yer və göy olmamışdır. Torpaq və onun üzərində olan ilanlar da olmamışdırlar. Mən onları yoxluqdan, Nundan yaratmışam. Mən özümə orada yer tapmadım və (yaradılışı) öz ürəyimdə düşündüm. Mən, bir olaraq, bütün obrazları yaratdım. Çünki o zaman mən hələ Şu’nu tüpürməmişdim, Tefnu’tu qusmamışdım. Mənimlə danışan başqa varlıq olmamışdır. Mən öz yumruğumla birləşdim, əlimlə cinsi əlaqəyə girdim, cinsi toxumum mənim ağzıma düşdü. Bunun nəticəsində mən Şu’nu tüpürdüm, Tefnu’tu qusdum. Mənim atam Nun dedi: “Qoy onlar böyüsünlər”. Biz ayrılanda, mənim Gözüm onları qorumuşdur.[9] "

27.1-27.4:

" Mən tək tanrı olanda mənimlə üç tanrı da olmuşdur – Nun, Şu və Tefnut. Mən bu dünyada olanda Şu və Tefnut, olduqları Nunda sevinirdilər. Onlar mənim Gözümü gətirdilər. O zaman mən öz üzvlərimi bir yerə yığdım. Mən onların üstünə öz göz yaşlarımı tökdüm və onlardan insanlar çıxdılar. Gözüm geriyə qayıdıb gördü ki, mən onu daha da möhtəşəm (Gözlə) əvəz etmişəm. Lakin mən onu mənim (mühafizəçim kimi) irəliyə çəkdim, ona yer verdim. Mən köklərdən yarandım, mən bütün ilanları və onlarla olanı yaratdım.[10] "

Memfis ilahiyyatı. Monoteizmin əlamətləri.

[redaktə | mənbəni redaktə et]

    Əsas məqalə: Ptah

Memfis ilahiyyatının səciyyəvi özəlliyi bir Tanrı tərəfindən dünyanın yaradılmasıdır. Bu da Ptah adlı tanrı idi. O tanrıları doğmuş, O şəhərlər salmış, O dünyanı, onun sakinlərini yaratmış, vilayətləri (nomları) qurmuş, tanrıları ibadət yerlərində yerləşdirmiş, onların bədənlərini istədikləri kimi qurmuşdur. O, öz düşüncəsi və sözü ilə dünyanı yaratmışdır. Beləliklə, monoteizm elementləri ilə yazılmış ən qədim yaradılış əsatiri məhz budur. Ptahla monoteistik dinlərdəki Tanrının bir çox bənzər əlamətləri vardır.

Hermopolis ilahiyyatı

[redaktə | mənbəni redaktə et]

Hermopolis (Ἑρμοῦ πόλις) yunan dilində onların tanrısı olan "Hermesin şəhəri" deməkdir. Məsələ burasındadır ki, onlar bu şəhərin tanrısı olan Jehuti’ni (yunanca Tot’u) Hermeslə eyniləşdirmişlər. Çünki onların hər ikisi müdrikliyin, yazının və şəfanın tanrıları olmuşdurlar. Misir dilində şəhərin adı Kmun (Səkkiz-şəhər) olmuşdur. Şəhərdə XXX-cu firon sülaləsi zamanı inşa edilən Tot tanrısının böyük tapınaqı (məbədi) olmuşdur. Ancaq ola bilsin ki, bu tapınaqın tarixi daha qədim zamanlara yüksəlir. Orada həm də Gədim Misir tarixinin yeni və orta çarlıqları dönəminə aid olan tapınaqlar də olmuşdur. Bundan başqa şəhərdə Tot’un əntər (pavian) meymunu formasında böyük heykəli olmuşdur.

Burada yaranan “Oqdoada” (Böyük Səkkizlik) adlanan yaradılış əsatirində ilkin simalaşdırılmış güclərdən söhbət açılır. Onlar oncə olan xaosa qarşı mübarizə aparmışdırlar. Oqdoada dörd tanrı cütlüyündə təsəvvür edilirdi. Dörd rəqəmi tamlıq kimi anlaşılırdı. Bunun mənası dəqiqliklə bilinmir. Ümumiyyətlə Hermopolisin xarabalıqlarında yaradılışı açıqlayan o qədər də çox yazılar tapılmamışdır. Bu barədə ən erkən dövrə aid olan xəbər “Piramidaların mətnlərində” (§ 446) tapılmışdır. Orada deyilir:

" Sizə təklif olunmuş çörəyiniz vardır. Ey Niu və Nenet siz tanrıların iki qoruyucularısınız. Siz öz kölgələrinizlə tanrıları qoruyursunuz. Sizə təklif olunmuş çörəyiniz vardır, Ey AmonAmaunet. Siz tanrıları öz kölgənizlə qoruyursunuz. Sizə təklif olunmuş çörəyiniz vardır. Ey AtumRuti,siz özünüz öz tanrılığınızı və şəxsiyyətlərinizi yaratmısınız. Ey tanrıları yapan, gəliştirən və quran ŞuTefnut.[11] "

Oqdoadada bir-birini tamamlayan dörd tanrı cütlüyü vardır. Hər tanrının tanrıcası vardır. Bu cütlük misirlilərin düşüncəsində bir tamlıq kimi təsəvvür edilirdi. Tanrı qurbağa, tanrıca isə ilan başlı təsvir olunurdurlar.Bu cütluklər və onların mənaları aşağıdakılardır:

Nun İlkin su Naunet
Huh Sonsuzluq Hauhet
Kuk Zülmət Kauket
Amon Hava Amaunet

Misirliləin inancına görə bu ilkin substansiyaların ixtilafları olmuş və bunun nəticəsində böyük partlayış baş vermiş, ilkin Təpə yaranmışdır. Sonra bu yerdə Hermopolis şəhəri salınmışdır. Ancaq öncə bu yerə “Od adası” demişdirlər, çünki misirlilərin inanclarına görə, günəş tanrısı burada doğulmuş və göyə yüksəlmişdir. Beləliklə, hər şeyin atası və anası olmuşdur. Bu cütlüklər günəşi doğmuş və Atumu yaratmışdırlar.[12]

Birlik kimi təsəvvür edilən Oqdoada ilkin sudan (Nu’dan) qırağda olan yerdə Kosmik Yumurtanı yaratmışdırlar. O zaman hələ günəş olmadığından o, gözə görünməz olmuşdur. Başqa qaynaqlarda isə, yumurta sonra "Amon – Amaunet" cütlüyünə keçmiş, hava ilə dolu olmuşdur. “Məzarların mətnlərində” hər şeyin ilkin yaradılışı haqqında belə deyilmişdir:

" Ey Atum mənə sənin burnunda olan havanı ver. Çünki mən Böyük səsli-küylü quş olan bu yumurtayam. Mən yeri göydən ayıran böyük dirəyin qoruyucusuyam. Mən yaşayıramsa, o yaşayacaq; mən qocalıramsa, o qocalacaq; mən havanı nəfəsimə alıramsa, bu hava ilə nəfəs alacaq.Mən dəmiri parçalayanam. Mən yumurtanı dolanıram. (Mən) sabahın rəbbiyəm.[13][14] "

Əsatirin başqa mətnlərində yumurtanı isidən və onun üstündə oturan qazdır. Bu İlk Qazla Atum yaradıcı kimi eyniləşdililmişdir. İnanca görə bu Qaz yaradılışdan öncə yumurtanı özündə gəzdirmişdir. Bu əsatir bizə tam variantda çatmasa da, bir mənalı demək olar ki, orada guş şəklində olan günəş yumurtadan çıxmışdır; İlk Qazın oturduğu və qızdırdığı yumurtadan çıxmışdır. Bu yumurtanı İlk Qaz yaradılışın sularına qoymuşdur. O həmdə yaradan tanrı olan Atum’un forması olmuşdur.

Beləliklə Ogdoada’ya görə: 1. Yaradılış İlk Təpə və ya Kosmik Yumurta vasitəsilə yaradılır; 2. Kosmik Yumurta İlk Gaz tərəfindən yaradılır; 3. Kosmik Yumurta havanı və ya quşu özündə saxlayır; 4.Quş günəşin formasıdır.

İlkin yaradılışın formaları ilkin suların qaranlığında baş vermişdir. Yaradılış yumurta kimi siklik (dairəvi) şəkildə olmuş, eniş-ölüm-dirilmə-yeniləşmədən ibarətdir. Deməli hər şey var olmaqdan öncə ideya şəklində olmuşdur. Bu varlıqlardan biri Nun, başqaları qurbağalar və ilanlar olmuşdurlar. Qurbağalar münbitliyin, ilanlar isə (dərilərini dəyişdirdiklərinə görə), dirçəlmənin simvolları olmuşdurlar. İlk yaradıcı Nundan başqa yaradılışlarla əlaqədə yaranmışdır. Yaradıcı tanrı qalan kosmosu yaratmışdır.

Tebes ilahiyyatı

[redaktə | mənbəni redaktə et]

Tebes (lat. Thebes) şəhəri qədim qədim Misirin orta və yeni çarlıqları dönəmlərində ölkənin baş şəhəri olmuşdur. Yunanlar onu Thēbai (Θῆβαι), ərəblər Ṭībah (طيبة‎) adlandırırlar. Qədim Misir dilində isə şəhərin adı Uaset olmuşdur. Paytaxt şəhər olmazdan öncə orada göy tanrısı Min, günəş tanrısı Amon və savaş tanrısı Montu’ya ibadət edirdilər. Sonra isə Montunu münbitlik, yağmur, insanın seksual gücü kimi tanımışdırlar.

XI-ci sülalənin yönətimi çağlarında Misirin şimalı və cənubu birləşmiş Tebes isə dövlətin paytaxtı olmuşdur. Bu zaman Montu da çox tanınmışdır. Sülalənin fironları öz adlarını onunla bağlayırdılar. Buna örnək kimi firon Mentuhotep’i (Montu ondan razıdır) göstərmək olar. O zaman Montu panteonun baş tanrısı olmuş və günəşlə eyniləşdirilmişdir. O Ra (Atum) tanrısının təcəssümü elan edilmişdir.

Orta çarlıq dönəmində Tebesdə Amon tanrısının əhəmiyyəti artmışdır. XII sülalənin fironları öz adlarını onunla bağlayırdılar. Örnək kimi Amenemhet’i (Aton başda olan) göstərmək olar. Bəlkə də Hermopolis ilahiyyatı daha da önəmli olmiş və Tebes kahinləri Montu kultunu Amonla əvəz etmişdirlər. O zaman Amon və Min tanrıları eyniləşdirilmişdirlər. Amon kultu isə Günəş tanrısı Ra ilə bərabərləşmiş və onların hər ikisinə ibadət edilmişdir. Yeni çarlıq dönəmində onlar da eyniləşdirilmişdir. Halbuki Heliopolisdə bu tanrı olmamış, Hermopolisdə isə ikinci dərəcəli olmuşdur.

Hiksoslar Misiri fəth edəndən sonra Tebesin əhəmiyyəti enmişdir. Şəhərin dirçəlməsi və yenidən paytaxt olması XVIII sülalənin dönəmində (e.ə. II minilliyin ortalarında) baş vermişdir. O zaman Amon və Ra tanrıları birləşmiş və Amon-Ra kainatın və insanların yaradıcısı, tanrıların atası, fironların himayəçisi kimi tanınmışdır. Amonun arvadı Mut tanrıcası olmuşdur. Onların oğlu Honsu tanrısı olmuşdur. Amon-Mut-Honsu üçlüyu Thebesdə tanrı birliyi kimi gəbul edilmişdir. Ona “Tebes üçlüyü” deyirlər.

Beləliklə Tebes ilahiyyatında, Memfis ilahiyyatında olduğu kimi, tanrı üçlüyu vardır. Tebes yaradılış əsatirləri bir çox məqamlarda anlaşılmır. Tapılmış mətnlərin fraqmentlərinə görə onun qısa məzmunu belədir:

Zamanın başlanqıcında Kam-at-f (öz zamanına çatmış) adlı ilan olmuşdur. Adından görsəndiyi kimi vaxtı çatanda o ölmüşdür. Onun Ir-ta (yeri yaradan) adlı oğlu olmuşdur. O atasının başladığı yaradılış işini davam etdirmiş və Hermopolis səkkizliyinin tanrılarını (oqdoadanı) yaratmışdır. Orada Amon-Amonet cütlüyü də olmuşdur. Amon özünü ilkin ilan elan etmişdir. Yaranandan sonra Səkkizlik Memfit və Heliopolisə getdilər, orada Ptah və Atumu yaratdılar.

Misir dini ilə monoteistik dinlərin bəzi bənzərlik örnəkləri

[redaktə | mənbəni redaktə et]

1. Tanrının yaratdığından məmnun qalması

Şabakanın daşı Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine, 1: 31
Sonra Ptah öz yaratdığı bütün şeylərdən və ilahi Sözlərdən məmnun qalmışdır. Tanrı gördü ki, yaratdığı hər şey çox yaxşıdır

2. Tanrının sözü/kəlamı

Şabakanın daşı Quran, 18: 109 Arxivləşdirilib 2014-10-25 at the Wayback Machine Yəhya Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine, 1: 4
Sonra Ptah öz yaratdığı bütün şeylərdən və ilahi Sözlərdən məmnun qalmışdır Əgər Rəbbimin Sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik belə, Rəbbimin Sözləri qurtarmadan öncə dənizin (suyu) qurtarardı Öncə söz olmuş və söz Tanrıda olmuş və söz Tanrı olmuşdur

3. Tanrının istirahət etməsi

Şabakanın daşı Yaradılış Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine, 2: 2 Quran, 50: 38 Arxivləşdirilib 2014-08-06 at the Wayback Machine
Ptah yaradılışdan sonra dincəldi Allah yeddinci günə qədər gördüyü işləri qurtardı və yeddinci gün gördüyü işlərdən ayrılıb istirahət etdi. Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi

4. Göylərin və yerin bir olması, sonra ayrılması

Heliopolis ilahiyyatı Quran, 21: 30 Arxivləşdirilib 2014-05-07 at the Wayback Machine
Geb (göy) və Nutun (yer) ayrılması Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?

5. Tanrının taxtı (ərş)

Şabakanın daşı Yeşaya Arxivləşdirilib 2014-06-27 at the Wayback Machine 6:1 Quran, 23:116 Arxivləşdirilib 2015-01-28 at the Wayback Machine
Böyük taxtın üzərində olan Ptah... Padşah Uzziya ölən il mən Xudavəndi gördüm. O, uca və əzəmətli taxtda oturmuş və geyimlərinin ətəyi məbədin döşəməsini örtmüşdü. O, şanlı Ərşin Rəbbidir

6. İlkin suların olması

Heliopolis kosmoqoniyası Quran, 11: 7 Arxivləşdirilib 2014-08-15 at the Wayback Machine
İlkin Nun okeanı Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün, Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur.

7. Olümdən sonra mühakimə və axirət tərəzisi

Ölülər kitabı, 125 Quran, 21: 47[ölü keçid]
Osirisin məhkəməsi və günahların tərəzidə çəkməsi. Biz dirilmə günü üçün doğruluq çəkisini qurarıq. Heç kəsə azacıq olsa belə doğrusuzluq yetirilməz.

8. Üçlük

Memfis kosmoqoniyası Xristianlıq Quran, 4: 171 Arxivləşdirilib 2014-10-10 at the Wayback Machine
Osiris-İsis-Horus və başqa üçlüklər Ata-Oğul-Müqəddəs ruh inancı “(İlah ) üçdür!” deməyin. (Batil əqidənizə) son qoyun

9. Xaç

Həyat rəmzi olan "Ank" xaçı Xristian xaçı

İngilis dilində

  • Pinch, Geraldine, Magic in Ancient Egypt. British Museum Press, London, 1994. ISBN 0-7141-0971-1
  • Taylor, John H. (Editor), Ancient Egyptian Book of the Dead: Journey through the afterlife. British Museum Press, London, 2010. ISBN 978-0-7141-1993-9
  • Religion in Ancient Egypt: Gods, Myths, and Personal Practice. New-York, 1991.
  • Shafer, Byron E, ed. (1991). Religion in Ancient Egypt: Gods, Myths, and Personal Practice . Cornell University Press. ISBN 0-8014-9786-8.
  • Shafer, Byron E, ed. (1997). Temples of Ancient Egypt . IB Tauris. ISBN 1-85043-945-1.
  • Shaw, Ian, ed. (2000). The Oxford History of Ancient Egypt . Oxford University Press. ISBN 0-19-815034-2.
  • Silverman, David P (1991), Divinity and Deities in Ancient Egypt in Shafer 1991, pp. 55–58.
  • Simpson, William Kelly, ed. (1989). Religion and Philosophy in Ancient Egypt. Yale Egyptological Seminar. ISBN 0-912532-18-1.
  • Taylor, John (2001). Death and the Afterlife in Ancient Egypt . University of Chicago Press. ISBN 0-226-79164-5.
  • Teeter, Emily (2001), Cults: Divine Cults in Redford 2001, vol. I, pp. 340–44.
  • Tobin, Vincent Arieh, Myths: An Overview, in Redford 2001, vol. II, pp. 464–68.
  • Traunecker, Claude (2001) [1992]. The Gods of Egypt . Lorton, David transl. Cornell University Press. ISBN 0-8014-3834-9.
  • Van Dijk, Jacobus (2000), The Amarna Period and the Later New Kingdom in Shaw 2000, pp. 311–12.
  • Wilkinson, Richard H (2000). The Complete Temples of Ancient Egypt. Thames & Hudson. ISBN 0-500-05100-3.

Rus dilində

Швец Н. Н. Словарь египетской мифологии. — М.: ЗАО «Центрполиграф», 2008. — 251 с.

Əlaqəli keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Simson Najovits. Egypt, trunk of the tree Arxivləşdirilib 2014-05-12 at the Wayback Machine. — Algora Publishing, 2004. — Т. II. — С. 88—100. — 368 с.
  2. Taylor, John H. (Editor), Ancient Egyptian Book of the Dead: Journey through the afterlife. British Museum Press, London, 2010. P.136–137.
  3. Həmən kitabda, P.215
  4. Həmən kitabda, P. 215
  5. "Qəbirdə sorğu sual necə olacaq?". 2016-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-17.
  6. The Pyramid Texts. (1952) - Translation by Samuel A. B. Mercer. Charleston: Bibleolife, 2008.
  7. The Egyptian Coffin Texts, Volume 3: Texts of Spells 164-267. ( Adriaan de Buck). Chicago, 1947.
  8. Kurt Sethe. Die Altaegyptischen Pyramidentexte Pyramidentexte nach den Papierabdrucken und Photographien des Berliner Museums.Leipzig: J. C. Hinrichs'sche Buchhandlung, 1908.
  9. Faulkner, Raymond. (1935) "The Bremer-Rhind Papyrus," Journal of Egyptian Archaeology, 21.
  10. Həmən yerdə.
  11. The Memphite Theology Arxivləşdirilib 2017-05-14 at the Wayback Machine // KHEPER. transformation - evolution – metamorphosis.
  12. Religion in Ancient Egypt: Gods, Myths, and Personal Practice. New-York, 1991. P. 106-108.
  13. The Ogdoad of Hermopolis // ‎Leonard H. Lesko. The Ancient Egipt Religion.
  14. Lucy Lamy. Egyptian Mysteries. Art and Imagination Series, New York Paris: Thames & Hudson, 1981, p.11-12.